Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə57/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

çəkirdi  (83,  s.  46-51).  M.B.Məmmədzadə  isə  “Bakı  uğrunda 
müharibə”  (1919)  faciəsinin  ilk  pərdələrini  mart  soyqırımına 
həsr etmişdi (82).
Hökumətin  1918-ci il 9 oktyabr tarixli qərarına əsasən teatr işi 
Xalq Maarifi  Nazirliyinin  sərəncamına verilmiş və oktyabrın  18- 
də Dövlət Teatrının təşkili haqqında nazirin məruzəsi  dinlənərək, 
Mayılov  qardaşları  teatrının  binasının  həmin  teatr üçün  alınması 
barədə  qərar  qəbul  edilmişdir.  M.B.Məmmədzadə  “Hökumət və 
teatro”  adlı  məqaləsində  Dövlət  Teatrının  açılması,  onun  tarixi 
əhəmiyyəti və vəzifələri, aktyorluq sənəti və teatr qarşısında duran 
aktual problemlər haqqında geniş məlumat vermişdir (8, s. 88).
1919-cu  il  17  noyabr tarixli  iclasında Xalq Maarifi  Naziri­
nin türk  opera-dram teatrının  təşkili  haqqında  məruzəsi  Nazir­
lər  Şurasında  dinlənilmiş  və  Dövlət  Türk  Opera-Dram  Teatrı­
nın  yaradılmasını  nəzərdə  tutan  qanun  layihəsini  bəyənmişdir. 
Beləliklə,  teatr milliləşdirilmiş və  dövlət xidmətinin  şərtləri  ilə 
tanış  olmaq  üçün  aktyor  və  aktrisaların  dövlət  teatrına  dəvət 
olunmasına  başlanılmışdır.  Bunu  nəticəsi  olaraq,  1919-cu  il 
oktyabrın  24-də  teatr  mövsümün  Azərbaycan  Dövlət  Dram 
Teatrının  opera  və  operetta  truppası  açmışdır.  Parlament  və 
Hökumət üzvlərinin iştirak etdiyi  açılışda İsa bəy Aşurbəyovun 
“Azərbaycan”  adlı  tarixi  pyesi  böyük  uğurla  oynanılmışdır  (8, 
s.  90).  Ümumiyyətlə,  Cümhuriyyət  dövründə  Xalq  Maarifi 
Nazirliyi teatrın inkişafına qayğı  ilə yanaşmış, Parlamentə teatr 
kollektivləri  və  digər  mədəniyyət  müəssisələri  üzərinə  qoyul­
muş  vergilərin  ləğv  olunması  barəsində  məruzə  təqdim  etmiş­
dir.  Məruzədə  həmin  vergilərin  hədsiz  dərəcədə  çox  olmasını 
təsdiq  edən  faktlar  göstərilirdi.  Nəticədə,  Parlament  teatr 
tamaşalarına  və  digər  kütləvi  tamaşalara  qoyulmuş  dövlət 
vergilərini yarıbayarı azaltmışdır.
Cümhuriyyət  dövrünün  öz  böyük  poeziyası,  nəsri,  drama­
turgiyası  və  teatrı  olmuşdur.  Üzeyir  Hacıbəyli,  Məhəmməd 
Hadi,  Abdulla  Şaiq,  Cəfər  Cabbarlı,  Əhməd  Cavad  kimi 
qabaqcıl  milli  ziyalılar  Cümhuriyyətin  rəhbər  tutduğu  milli
170


azadlıq və istiqlal xəttinin fəal ideoloqları olmuşlar (50,  s.  365). 
Məhz  Cümhuriyyət ziyalılarının əlbir işi və təşəbbüskar fəaliy­
yətlərinin nəticəsi idi ki, mədəniyyət quruculuğu sahəsində qısa 
müddətdə bir sıra uğurlara imza atılmışdır.
Azərbaycan  hökumətinin  milliləşmə  məqsədilə  həyata 
keçirdiyi  fəaliyyətlərdən  biri  də  xalqın  tarixi  yaddaşının,  milli 
hafizənin canlandırılması  sahəsində görülən işlər idi  ki,  burada 
tarixi  yer,  qəsəbə və  şəhər  adlarının bərpası  xüsusi  yer tuturdu 
(143,  s.  138-139).  İstiqlal  muzeyinin yaradılması  da ziyalıların 
bu  sahəyə nə  qədər diqqət və  qayğı  göstərdiklərinin göstəricisi 
sayıla bilər.  Parlamentin nəzdində fəaliyyət göstərmiş  muzeyin 
açılışının  Azərbaycan  Parlamentinin  fəaliyyətinin  bir  illiyi 
gününə  təsadüf  etməsi  də  rəmzi  məna  kəsb  edirdi  (8,  s.  77). 
Muzeydə  Azərbaycanın  azadlıq  və  istiqlalına  dair  sənəd  və 
materiallar,  tarixi  və  maddi  mədəniyyət  örnəkləri,  arxeoloji 
tapıntılar,  silahlar,  numizmatika  nümunələri,  rəsm  əsərləri, 
xalça  və  xalça  məmulatı,  bədii  tikmələr,  dulus  və  mis  qablar, 
bəzək  əşyaları  və  digər  sənət  əsərləri,  Qurani-Kərimin  nadir 
nüsxələri,  müxtəlif əlyazmalar və  s.  toplanmışdı.  Muzeyin açı­
lışına hazırlıq görülərkən  1919  il  noyabrın  6-da tərtib  olunmuş 
bir  sənəddə  göstərilirdi  ki,  muzeyə  verilən  hər  bir  əşya  milli 
sərvətdir,  əşya  sahiblərinin  ailə  üzvləri  gələcəkdə  onları  tələb 
edə  bilməzlər.  Muzeyə  hədiyyə  olunmuş  əşyalar  geri  qaytarıl­
mır.  Sənədin  3-cü  bəndində  deyilirdi:  “İstiqlal  muzeyi  milli  bir 
müəssisə  olduğu  üçün  muzeydə  mövcud  bütün  əşya  milli  mal 
hesab  edilir.  Heç  kəs  və  heç  bir  müəssisə  o  şeylərə  sahib  ola 
bilməz”.  Muzeyin  təşkili  və  fəaliyyəti  ilə  bağlı  bütün  xərclər 
Azərbaycan Parlamenti rəyasət heyətinin hesabına idi (9,  s.  65).
Cümhuriyyət  Hökuməti  əhalinin  maariflənməsində,  elmi 
biliklərə  yiyələnməsində  mühüm  rol  oynayan  kitabxana  şəbə­
kəsinin  genişlənməsinə  xüsusi  diqqət  yetirmiş,  bu  məqsədlə 
Bakıda dövlət və kütləvi xalq kitabxanalarının açılması haqqın­
da  layihələr işləyib  hazırlanmışdır.  Bakının  mərkəzi  hissəsində 
açılması  nəzərdə  tutulmuş  Milli  kitabxananın  yaradılması  və
171


Azərbaycana  aid  kitabları,  qəzet  və jurnalları,  əlyazmaları  və 
digər  qaynaqları  toplamaq  üçün  Hökumət  tərəfindən  İstanbul, 
Qahirə,  Beyrut  və  Avropanın  bir  sıra  paytaxt  şəhərlərinə  mü­
təxəssislər  ezam  edilmişdir.  Parlamentin  1919-cu  il  sentyabr 
18-də  qəbul  etdiyi  qanuna  görə,  xalq  məktəbləri  kitabxanala­
rına türk  dilində yeni  kitablar  almaq  üçün  dövlət xəzinəsindən 
Xalq  Maarifi  Nazirliyinin  sərəncamına  1  milyon  manat 
ayrılmışdır (8,  s.  77-78).
Mədəniyyət  quruculuğu,  o  cümlədən  təhsil  sahəsində  milli­
ləşmə adı altında aparılan türkçülük fəaliyyətləri, cəmiyyət həya­
tının  digər  sahələrində  də  sürətli  bir  şəkildə  həyata  keçirilirdi. 
Bunlardan  ən  əhəmiyyətlisi,  vaxtilə  İstanbulda  Ə.Hüseynzadə, 
Ə.Ağaoğlu  və  M.Ə.Rəsulzadənin  yaxından  iştirak  etdikləri 
“Türk  Ocaqları”  tipində  “Bakı  Ocağı”  adlı  mədəni  cəmiyyətin 
qurulması  idi.  “Bakı  Ocağı”  ilə  bağlı  dövri  mətbuatda  çıxan 
yazılarda  cəmiyyətin  quruluş  məqsədinin,  “Osmanlı  türklərinin 
Azərbaycan  türkləri  ilə  yaxınlaşmasını  təmin  etmək  və  kültürəl 
əlaqələri  genişləndirmək olduğu bildirilirdi”  (9,  s.  410).  Cəmiy­
yətin  qurucuları  arasında  Abdulla  Şaiq,  Kazımzadə  Nağıyev, 
Mikayılov  kimi  dövrün  milliyyətçi  ziyalıları  vardı.  1919-cu ilin 
dekabrında  Müsavat Partiyasının Bakı  şöbəsinin təklifi  ilə  Türk 
ocaqlarının  siyasi  klubunun təşkil  edilməsi  qərara alınmış və bu 
məqsədlə  M.Ə.Rəsulzadə, 
G.R.Şərifzadə, 
Ş.Rüstəmbəyov, 
R.Ağabəyov  və  M.Şeyxzamanovdan  ibarət  komissiya  yaradıl­
mışdı  (9,  s.  410).  Klub  tərəfindən geniş xalq kütlələrinin iştirakı 
ilə  təşkil  edilən  toplantılarda  türkçülük  təbliğatı  aparılır,  siyasi 
məsələlərdə  panellər  təşkil  edilirdi.  Bakıda,  “Türk  Ocağı”ndan 
başqa milli  düşüncəli  şair, yazar və kültür adamlarını birləşdirən 
“İttifaqi-Müəllim”,  “Əhali  ittifaqı”,  “Müsəlman  şagirdləri 
ittifaqı”, “Qurtuluş” cəmiyyəti və onun “Turan”  şöbəsi vardı.  Bu 
cəmiyyətlərin başlıca məqsədini milli kimliyin cəmiyyətə təbliği 
və  mənimsədilməsi  təşkil  edirdi.  Milli-mədəni  dəyərlərin  elmi 
baxımdan  araşdırılmasına  xüsusi  diqqət  göstərilirdi.  Azərbay­
canın  tarixi,  ədəbiyyatı,  iqtisadiyyatı,  coğrafiyası  mövzularında
172


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə