Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə24/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   355
INFORMATIKA KITAB BUTOV-1

şini və ünvan şini
mövcuddur. Verilənlər şini ötürücü və yardımçı elementlər 
sistemi olub, informasiyanın mikroprosessora verilməsi və ondan alınması 
prosesini həyata keçirir. Verilənlər şini müxtəlif dərəcəliliyə malik olur. Şinin 
dərəcəliliyinin informasiyanın ötürülmə sürətinə təsir etməsi nəticəsində 
kompüter
in işləmə sürəti də dəyişir.
Ünvan şini
də ötürücü və yardımçı elementlər sistemi olub, fərdi 
kompüter
in yaddaşında saxlanılacaq və yazılacaq informasiyanın tutduğu 
sahənin yerini təyin edir. Ünvan şini də dərəcəliliyə malikdir. Ünvan şininin 
dərəcəliliyi mikroprosessorun müraciət etdiyi yaddaşın tutumuna təsir edir. 
İstehsal olunan fərdi kompüterlərdə iki, bəzi hallarda isə üç verilənlər 
şinindən istifadə olunur. Kompüterdə aşağıdakı şinlər istifadə olunur: 

IBM tipli fərdi kompüterlər üçün xüsusi olaraq yaradılmış 
ISA
(Industry 
Standardt Architecture) şini. Şinin müsbət cəhəti sadə və çox ucuz qiymətə
mənfi cəhəti isə informasiya ötürməsinin aşağı sürətdə olmasıdır. 

Yüksək sürətli qlobal 
EISA
(Extended Industry Standard Architecture) 
şini. Şinin müsbət cəhəti yüksək sürətlə buraxma qabiliyyəti, mənfi cəhəti isə 
qiymətinin yüksək olmasıdır.

Yüksək sürətli və ucuz qiymətli 
PCI
(Peripheral Component Interconnect 
bus) lokal şini.
Son zamanlar xüsusi olaraq qrafik materialların ekrana çıxarılmasını 
sürətləndirmək və mərkəzi mikroprosessoru iş prosesində yükdən azad etmək 


22 
üçün PCI ilə müştərək funksiya yerinə yetirən 
AGP 
lokal şini də istifadəyə 
buraxılmışdır. 
Fərdi kompüterə əlavə qurğuların (sican, klaviatura, rəqəmli kamera və 
s.) qoşulmasını sadələşdirmək məqsədilə istifadəçilər USB lokal şinindən də 
geniş istifadə edirlər.

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə