Mübariz Xəlilov, Nazlı Həsənova


JPG  – qrafiki fayl  MPG



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə268/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   264   265   266   267   268   269   270   271   ...   355
INFORMATIKA KITAB BUTOV-1

JPG 
– qrafiki fayl 
MPG
- videofayl 
MP3
- auduofayl 
Arxivləşmədən sonra tərkibində itkisi olmayan fayl tipləri: 
GIF, TIF, PCX AVI ZIP, ARJ, RAR, LZH, LH, CAB, DOC, XLS, 
PPT
və müxtəlif verilənlər bazası
10.2. WinRAR 
arxivləşdirmə proqramı 
WinRAR
arxivləşdirmə proqramı olub, öz sadə işçi interfeysinə, 
informasiyanı yüksək dərəcəli sıxmaq, digər arxiv faylları (ZİP, ARJ, LZH) ilə 
işləmə, özü açılan –SFX13, adi və çoxcildli arxivlərin yaradılması, xarab olmuş 
arxivlərin bərpası kimi keyfiyyətlərə malikdir.
Proqram Baş menyunun Proqramlar bölməsinin eyni adlı-WinRAR 
əmrini yerinə yetirməklə yüklənir. WinRAR proqram pəncərəsi sərlövhə, 
menyu, cari 
vəziyyət sətrlərinə, alətlər panelinə, diskə baxış sətrinə, fayl 
pəncərəsinə malikdir 
13
İngiliscə SELF EXTRACTIHD sözündəndir. 


308 
Sərlövhə sətri digər proqram pəncərələrində olduğu kimi pəncərənin idarə 
olunması (bağlanması, böyüdülməsi, ekranda yerinin dəyişdirilməsi və s.) 
funksiyalarını yerinə yetirir.
Alətlər panelindəki alətlər 
Команды
(
Əmrlər) menyusunun əmrlərinə 
ekvivalentdir, 
yəni panelin bu və ya digər düyməsini sıxdıqda 
Команды
(Əmrlər) menyusunun müvafiq əmri yerinə yetirilir. Alətlərin bir qismi faylın 
idarə olunması, bir qismi arxivin idarə olunması, digərləri isə hər 2 rejimdə 
işləyir. Alətlərin ölçüsü və alətlərin adının
14
görünməsi kursoru alətlər panelinin 
üzərinə qoyub, siçanın sağ düyməsini 
sıxdıqda açılmış kontekst menyunun 
Большие кнопки
(Böyük düymələr), 
Показать текст
(Mətni göstərmək)
əmrləri vasitəsilə tənzimlənir.
Disklərə baxış sətrində disklər 
siyahısından cari diski və ya işçi stolu 
seçirlər. Sətrin sol kənarındakı düymə 
diskin 
ağacvari qovluqlar strukturunda 
bir 
pillə yuxarı səviyyəyə keçidi təmin
edir. Qeyd 
edək ki, cari diskin 
seçilməsi Ctrl+D «qızğın» düymələri 
vasitəsilə və ya cari vəziyyət sətrinin 
sol 
kənarındakı diskovod işarəsini 
sıxdıqda açılmış disklər siyahısından seçməklə də həyata keçirilə bilər.
Fayl pəncərəsində faylların və ya arxivin idarə olunma rejimlərindən asılı 
olaraq cari qovluğun və ya arxivin tərkibi əks olunur. Fayl pəncərəsi faylın 
adını, ölçüsünü, tipini, dəyişmə tarixi haqda, arxiv faylları üçün isə əlavə olaraq 
sıxılmadan sonra faylın ölçüsü haqda informasiyaları əks etdirən sütunlardan 
təşkil olunmuşdur. Faylların nizamlanma ardıcıllığı 
Имя
(Ad) 
sütunundakı 

və ya 

işarələri ilə tənzimlənir. Cari vəziyyət sətrinin sarı rəngli «açar»
düyməsi arxivə avtomatik müəyyən olunan parolu müəyyən etməyə imkan 
14
Alətin adı yerinə yetirdiyi əmrin adı ilə eynidir. 


309 
verir.
Düyməni sıxdıqda açılan pəncərədə parol daxil edilməlidir. Bundan 
sonra 
yaradılan arxivlər məhz bu parolla yaradılacaq. 
Faylları və qovluqları arxivləşdirmək üçün ilk növbədə onların 
yerləşdiyi diski seçmək və onun tərkibi Fayl pəncərəsində əks olunduqdan 
sonra 
arxivləşəcək faylları və qovluqları klaviaturanın SHİFT düyməsini 
sıxmaqla qeyd etmək lazımdır. Sonrakı mərhələdə alətlər panelinin

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə