Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə270/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   266   267   268   269   270   271   272   273   ...   355
INFORMATIKA KITAB BUTOV-1

WinRar 
arxivləşdirmə proqramında yaradılmış fayların genişlənməsi 
.rar
formasinda olur.
 

10.3. WinZip 
arxivləşdirmə proqramı 
 
WinZip 
arxivləşdirmə proqramı sadə qrafiki işçi interfeysinə malikdir. 
Arxivləşdirmə və arxivdən azad olma əməliyyatı menyu sətrinin müvafiq 
əmrlərini yerinə yetirməklə və ya alətlər paneli vasitəsilə yerinə yetirilir. Yeni 
arxiv yaratmaq üçün 
alətlər panelinin Yeni (New) düyməsini və ya Fayl (File) 
menyusunun Yeni arxiv (New archive) 
əmrini yerinə yetirmək, açılan 
pəncərədə yaradılacaq arxivə ad verib OK düyməsini sıxmaq lazımdır. Daha 
sonra 
açılan növbəti pəncərədə arxivə daxil olunacaq faylları qeyd edib Əlavə 
(Add) 
düyməsini sıxmaq lazımdır. Qeyd edək ki, parolla yaradılan arxivi qeyri 
leqal 
istifadədən müdafiə etmək olar. Bunun üçün pəncərənin Parol (Password) 


311 
düyməsini sıxmaq və arxivə parol vermək lazımdır. Arxiv yaradıldıqda onun 
tərkibi proqramın işçi sahəsində əks olunacaqdır. 
Arxivə yeni fayllar əlavə etmək və faylları arxivdən azad etmək üçün ilk 
növbədə Fayl (File) menyusunun Arxivi açmaq (Open archive) əmrinin yerinə 
yetirməklə və ya Açmaq (Open) duyməsini sıxmaqla arxiv faylını diskdən 
çağırmaq lazımdır
16
. Bundan sonra 
arxivə yeni fayllar daxil etmək üçün Əlavə 
etmək (Add) düyməsini
17

faylları arxivdən azad etmək üçün isə Arxivdən azad 
etmək (Exctract) düyməsinin sıxmaq kifayətdir
18

Əlavə etmək (Add) 
düyməsini sıxdıqda açılan pəncərədə əlavə olunacaq fayllar, Arxivdən azad 
etmək (Exctract) düyməsinin sıxdıqda isə arxivdən azad olunmuş faylların
ünvanını və arxivdən azad etmə parametrləri müəyyən olunmalıdır. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə