Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə31/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Planşetli skanerlər.
Planşetli skanerlər şəffaf (aydın) və qeyri-şəffaf 
(tutqun) 
vərəqdən qrafiki informasiyaları daxil etmək üçün nəzərdə 
tutulmuşdur. 
Bu qurğuların fəaliyyət prinsipi ondan ibarətdir ki, materialın səthindən 
əks olunmuş (və ya aydın materialın içərisindən keçən) işıq şüası xüsusi 
elementlərlə qeyd olunurlar. Qeyd edək ki, planşetli skanerlərin köməyilə kağız 
üzərindəki mətnləri də daxil etmək olur. Bu halda mətnin qrafiki obrazı 
kompüter
ə daxil olunur və bundan sonra xüsusi OCR (optik simvolların 
oxunması) proqramları vasitəsilə qrafiki obraz elektron mətnə çevrilir. Planşetli 
skanerlərin əsas parametrləri bunlardır: 

skaneretmə imkanı (skaneretmə zamanı bir düymdəki nöqtələrin sayı); 

məhsuldarlıq; 

dinamik diapazon (dinamik diapazon təsvirin daha işıqlı sahələrin 
parlaqlığının daha tutqun sahələrin parlaqlığına nisbətinin loqarifmi ilə təyin 
olunur); 

skanerə olunan materialın maksimal ölçüsü. 
Ofis işlərində istifadə edilən planşetli skanerlərin skaneretmə 
imkanının tipik göstəricisi: 600-1200 dpi (dpi-dots per inch-bir 
düymdə olan nöqtələrin miqdarı) aralığıdır. 
Əl skanerləri
. Əl skanerlərinin iş prinsipi əsasən planşetli skanerin 
iş prinsipinə uyğun gəlir. Fərq onunla bağlıdır ki, skanerləşmənin 
müntəzəmliyi və dəqiqliyi qeyri-qənaətbəxş təmin olunur. Əl skanerinin 
skanerəetmə imkanı 150-300 dpi-dən ibarətdir. 
Barabanlı skaner
. Bu tip skanerlərdə 
skanerləşmə üçün nəzərdə tutulan əsas material yüksək 
sürətlə fırlanan barabanın silindrik səthinə bərkidilir. Bu 
tip qurğu fotoelektron artırıcıları sayəsində ən yüksək 
skanerəetmə imkanı (2400-5000 dpi aralığında) təmin 
edirlər. Onları yüksək keyfiyyətə malik olan ilkin 
təsvirlər üçün istifadə edirlər, lakin onlar az xətti ölçüyə 
(fotoneqativlər, slaydlar və b.) malik olan təsvirlər üçün yaramır. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə