Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

Linqvistik  tipologiya
33
cür dillərin zamanını daha qədimə apardıqda belə çıxır ki, elə 
bütün dillər eyni mənşədən törəyib və sonralar bu dillər ayrılıb 
müstəqil dillərə çevriliblər. Morris Svodeş, hətta, bu dillərin ya-
ranma zamanını təyin etmək məqsədi ilə müvafiq düsturlar da 
müəyyənləşdirmişdir. Onun qlottoxronologiya barədəki fikirlə-
ri aşağıdakı əsərlərində ümumiləşdirilib: 1.”Лингвистические 
связи  Америки и  Евроазии”,-“Етимология”,  1964, 1965; 2. 
Лексикостатистическое датирование этнических контактов 
– “Новое в лингвистике”, вып. 1. М., 1960. 
Dilin yaranması barədəki bütün fikir və mülahizələri müqa-
yisə edərək aşağıdakı nəticələrə gəlmək olar:
1. Dilin yaranması yer üzündə insanın yaranması ilə bağlı-
dır. İnsan nə zaman yaranmışdır və necə yaranmışdır? – sualla-
rına isə cavab olmadığı faktdır. Onda insanın nədən yaranması 
sualına cavab tapılmalıdır. Bu sualın cavabı isə maddi aləmin 
özündədir.  Yəni  yer  üzündə  bitkidən  tutmuş  insana  qədər  nə 
varsa hamısı maddi aləmin məhsuludur. Görünür, zaman-zaman 
yer üzündə maddi aləmin bizə məlum olmayan elementlərinin 
qaynayıb-qarışmasından,  qarşılıqlı  mübadiləsindən  müəyyən 
müddətə həm bitki ötrüyü, həm heyvanlar, suda-quruda yaşayan 
canlılar, həm də insanlar yaranmışdır. “Quran”ın 36-cı (Yasin) 
surəsinin 33-cü ayəsində deyilir ki, “Ölü torpaq onlar üçün (in-
sanlar üçün) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, 
buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyir-
lər”. Görünür, doğrudan da təbiətdə elə bir hadisə baş vermişdir 
ki, yer maddəsi ilə göy maddəsinin təmasından min və milyon 
illər ərzində bitki örtüyü, insanlar və digər canlı məxluqlar ya-
ranmışdır. Ancaq bütün canlılardan fərqli olaraq təfəkkür sahi-
bi kimi yaranmış insanlar sonrakı dövrlərdə böyük kəşflər əldə 
etmələrinə baxmayaraq özlərinin yaranmaları haqqında heç bir 
məlumata malik ola bilməmişlər. Böyük mütəfəkkir Məhəmməd 
Füzuli də belə deyir ki, 


Mübariz Yusifov
34
Yox özündən xəbəri kim ki, gəlir dünyayə
Bəzmdən dışra qomaz piri-muğan huşyarı. I, 314, 5.
(Dünyaya  gələnin  özündən  xəbəri  yoxdur  (dünyaya  necə 
gəldiyini  özü  bilmir),  o  ayıq  olsa  idi  (batini  aləmin  sirlərinə 
bələd olsa idi) muğlar piri (ilahi varlıq) onu dünya sınağından 
keçmək üçün məclisdən (ilahi dərgahdan) çıxmağa ehtiyac gör-
məzdi). Bu, Füzulinin dünya haqqındakı panteist düşüncəsi idi. 
Ancaq  biz  deyə  bilmərik  ki,  nə  üçün  insanlara  xeyir  verən  it 
yarandığı halda həm də ziyanlıq verən canavar, şir, pələng və 
başqa heyvanlar və o cümlədən zəhərli həşəratlar yaranmışdır. 
Yeməli meyvə verən ağaclarla meyvəsi ziyanlı olanlar da yaran-
mışdır. Xeyirli bitkilərlə yanaşı ziyanlı olanlar da yaranmışdır. 
Nəyə görə canlıların bədən materiyası ətdən ibarət olmuşdur? 
Necə olmuşdur ki, canlıların bir qisminin əti həm də digərləri 
üçün yem kimi yaranmışdır? Görünür, burada təbiətin nizamını 
tənzim edən zəncirvari elə bir əlaqə var ki, onu pozmaq olmaz. 
Məsələn,  mümkündür  ki,  canlıların  bir  qisminin  məhv  olması 
təbiətdəki hansısa nizamın pozulmasına səbəb olsun. 
2. Təbiətin bir tərkib hissəsi kimi insanın da yer maddəsin-
dən yarandığını təkzib edən əlavə bir dəlil yoxdursa onda belə 
mülahizə etmək məntiqsiz görünməz ki, insan yer üzünün onun 
həyat  şəraiti  üçün  münasib  olan  məkanlarında  yarana  bilərdi. 
Bu məkanlar, əlbəttəki, buz üstü yox, səhra yox, münbit şəra-
iti olan ərazilər ola bilərdi. Yer üzündə nə qədər belə ərazilər 
var? Saymaqla qurtarmaq olmaz. Deməli, insan da başqa var-
lıqlar kimi əlbəttə ki, maddələr mübadiləsinin yetişdirdiyi yer 
üzü sakinlərinin bir qismidir. Mümkündür ki, insan yer üzündəki 
ayrı-ayrı, bir-biri ilə məsafəcə yaxın olmayan ərazilərdə yaranıb 
məskunlaşmış  olsun.  Həmçinin,  belə  də  hökm  vermək  olmaz 
ki, bütün ərazilərdə canlılar birdən-birə torpaqdan baş qaldırmış 


Linqvistik  tipologiya
35
olsun. Ancaq insan yer üzünün münbit şəraiti olan məkanların-
da yaranmışsa deməli dil də bir məkanda yox, insanın formala-
şa biləcəyi ayrı-ayrı məkanlarda yaranmışdır. Belə olduqda bu 
gün müxtəlifsistemli dillərdə müşahidə olunan müştərək köklü 
sözlərin mövcudluğunun səbəblərini necə izah etmək mümkün-
dür? Biz bildiyimiz kimi sadə və asan olmayan bu sualın cavabı 
hələ ki, qalır və güman ki, bundan sonrakı zamanlarda da onun 
açılmasına çoxlu-çoxlu cəhdlər baş verəcəkdir. Onu da nəzərə 
almaq lazımdır ki, yerin ayrı-ayrı qurşaqlarında yaranmış insan-
ların dərilərinin rəngi də təbiətlə həmahəng olaraq bir-birindən 
fərqlənir. Yer qurşağının bir ərazisində ağ, bir ərazisində sarı, bir 
ərazisində qara, digər bir ərazisində qırmızı, başqa bir ərazisində 
isə xurmayı dərili insanlar yaranmışdır. Bu məsələlər paleoant-
ropologiya elminə aid olsa da onların açılması dilin yaranması 
barədəki  bir  çox  müəmmaların  aydınlaşdırılmasının  təməlinə 
çevriləcəkdir.
3. Dilin yaranmasında insan və ətraf mühit amilinin aparıcı 
olduğu  barədə  təbiət  nəzəriyyəsində  müəyyən  müddəalar  irəli 
sürülmüşdür. Ancaq görünür, bu müddəalar özünü tam şəkildə 
doğrulda bilmədiyindən sonralar başqa fərziyyələr və baxışlar 
da  irəli  sürülmüşdür.  Doğrudur,  insan  şüuru  idrak  prosesi  nə-
ticəsində  ətraf  aləmi  qavrayır.  Bu  qavrayış  təfəkkürə  çevrilir. 
Təfəkkür  isə  ətraf  aləm  hadisələrini  beyində  imitasiya  edərək 
onu söz emalına çevirir. Ancaq sözlərin yaranması təkcə ətraf 
aləmin qavranılıb təfəkkür süzgəcindən keçirilməsi ilə bitib başa 
çatmaqla yekunlaşırmı? Əlbəttə ki, yox. Çünki insan təfəkkü-
rünün hüdudları təkcə ətraf aləmi, təbiəti və təbiətdə baş verən 
hadisələri əhatə etmir. İnsan təfəkkürü, həmçinin insana məxsus 
duyğu və düşüncələri, emosiya və münasibətləri, zahirə və ba-
tinə aid olanları, bir sözlə, gözlə görülə bilən və təsəvvürə gəti-
rilə bilən hər şeyi qavramağa qadirdir. Ona görə də dilin yaran-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə