Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə37/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   33   34   35   36   37   38   39   40   ...   163

91

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Hazırlıq mərhələsi

Yeni silahlara qoyulan operativ tələblər: Onlar ədalətli rəqabət üçün 

imkan yaradacaqmı?  Onların alqısı  əməliyyat ehtiyaclarından doğur, 

yoxsa sadəcə reklam kitabçasında görünüb?  

Yeni silahlara qoyulan texniki tələblər:  onların alqısı real əməliyyat 

tələbləri əsasında edilir yoxsa konkret bir məmulatın texniki xarakteristika 

surətidir?  Onlar dəqiq və obyektivdirmi? Onlar ədalətli rəqabətə imkan 

yaradırmı?  Əgər cavab “yox” olursa, o zaman qəbul edilən qərar dəqiq 

əsaslanmış və aydındırmı?

Planlaşdırma və büdcə  tərtibi:  Təhcizat planı müdafi ə qabiliyyəti üçün 

silah,texnika və sistemlər almağa hazırlanıb yoxsa ayrıca məmulatlar 

üçün?  Alqı-satqının həcmi ehtiyaclara uyğundurmu? Bütöv alış üçün 

nəzərdə tutulan büdcə  gələcək büdcə ilində  də istifadə ediləcəkmi? 

Plandan kənar, təcili əməliyyat ehtiyacları üçün alınan silahlar nə dərəcədə 

möhkəm əsaslandırılıb?   

Alq -Satq  zaman  korrupsiyanin qar s n n al nmas - açar suallar ve açar nöqt l r 

m liyyat t l bl ri

Alq -satq  plan   v  büdc  

Planla d r lmam  al lar 

Vahid m nb li alq -satq  v  tender

Qiym tl ndirm kriteriyas  

Maraqlar toqqu mas  

Keyfiyy t t mini,test 

Müqavil  

Müqavil nin icras  

Bu uy undurmu v  t kc  d yi iklikl r  sasl d r? 

Bu d qiqdirmi v  MN-nin hüq-  t min edirmi? 

Uy un testl r gözl nilirmi? 

Onun ba  verm m sini önl yirsinizmi? 

Onlar d qiq v do rudurmu? 

Vahid m nb alq -satq s   sasland r l bm ? 

T cili  m liyyat ehtiyaclar  il   sasland r l r? 

Silahlar n say  real ehtiyaclara uy undurmu?

Onlar d qiq v do rudurmu? 

dal tli r qab t imkan verirmi? 

Texniki t l bl r



92

Hərbi Təhcizat

Təhcizat işlərinin gedişi  

Rəqabətlilik:  Tender prosesi rəqabətliliyi təmin edirmi? Əgər cavab 

“yox”-sa, o zaman texnika və silahların bir mənbədən alqısı və ya məhdud 

tenderlə  işləmək doğrudurmu?  Alqı proseduru nə  qədər rəqabətliliyin 

tələblərinə cavab verir?



Qiymətləndirmə kriteriyası, sənədləşmə:  Onlar açıq və  dəqiqdirlərmi?  

Onlar bütün rəqabət iştirakçıları üçün ədalətli tərtib olunubmu? Obyektiv 

kriteriyanın (məsələn,alınan avadanlığın bütöv həyat dövrəsinin qiyməti) 

çəkisi subyektiv kriteriyadan (məsələn, əlavə hərbi imkanlar) böyükdürmü?  

Bütün tender sənədləşmələri aydin və obyektivdirmi?

Maraq toqquşmaları: Tender komissiyası üzvləri, həmçinin hazırlıq 

və icra mərhələlərində  iştirak edən başqa rəsmilər, potensial satıcılarla 

maraqlar toqquşması sayıla biləcək hər hansı bir münasibətdə olduqları 

müəyyən edilibmi? Onlar maraqlar toqquşması olmadığı haqda bəyanatı 

imzalamışlarmı? Əgər belədirsə, bu necə yoxlanılır?  

Tender komissiyasının işi: Bu komissiya sənədləşmədə yazılan və 

razılaşdırılan kimi işləyirmi? 



Müqavilə və onun yerinə yetirilməsi

Keyfi yyətin təmin edilməsi, sınaq. Uyğun testlər gözlənilirmi? (obyektiv 

və etibarlı metodologiya əsasında). Müqaviləni yerinə yetirən zaman 

keyfi yyəti təmin etm mərhələsi gözlənilirmi?

Müqavilənin tamamlanmamış və son forması:  Müqavilə dəqiq və səliqəli 

yazılıbmı və o Müdafi ə Nazirliyinin hüquqlarını təmin edirmi?



Müqavilənin icrası: Müqavilə imzalandığı formada da həyata keçirilirmi? 

Müqaviləyə edilən dəyişiklik və düzəlişlər əsaslandırılıbmı?  

Prosesin şəffafl ığını təmin etmək üçün qərar qəbul etmə mexanizminin 

dürüst olması əsasdır. Elə hallara da rast gəlmək olur ki, məsələn, “şəffafl ığı 

sübut etmək üçün” tender yarışı televiziya ekranları qarşısında aparılır, ancaq 

tenderin şərtləri elə yazılır ki, o şərtlər ancaq xüsusi bir şirkətin xeyrinə qul-

luq edir və ya onun bütün başqa rəqiblərini sıradan çıxarır. Hərbi təhcizat za-

manı şəffafl ığın təmin edilməsi ilə bağlı əlavə tədbirlərə aşağıdakılar daxildir:

•  Silahlı qüvvələrin modernizasiyasını açıq-aydın, ardıçıl və etibarlı 

prinsip və istiqamətlərlə təmin edən müdafi ə siyasəti sənədlərinin ictimaiyyətə 

açıq olması və kütləvi informasiya vasitələri ilə işıqlandırılması;

•  Gözlənilən silah alma planları və onlara irəli sürülən tələblərlə bağ-




93

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

lı, potensial təminatçıları, o cümlədən yerli müdafi ə  sənayesi  şirkətlərini 

əvvəlcədən xəbərdar edilməsi;

•  Avropa Müdafi ə Akademiyası (European Defence Agency)tərəfi ndən 

yaradılan və işlədilən Müdafi ə Müqavilələri İmkanları

48

 (Defence Contracts 



Opportunities)haqda Avropa Bülletenini Şurasının (European Bulletin Board)

köməyi ilə açıq rəqabətli tenderlərin təmin edilməsi;

•  Silah və texnika alqı-satqı planlaşdırılması  və  rəqabətdə olan 

təminatçıların təklifl ərinin müqayisəsi zamanı, sadəcə satış qiymətini yox, si-

lah və texnikannın işlədildiyi bütün həyat dövrü ərzində hansı qiymətə başa 

gələcəyinin nəzərə alınması

49

;və


•   Alınacaq silah və texnika ilə bağlı ciddi risk qiymətləndirmələri apa-

rılması və bu risklərin idarə edilməsidə şəffafl ığın təmin edilməsı.

Haşiyə 7.3 hərbi təhcizat zamanı şəffafl ığın olmadığı təqdirdə meydana 

gələn mənfi  nəticələri, o cümlədən, yüksək korrupsiya risklərinin siyahısını 

verir. 

Hərbi təhcizat zamanı baş verən boşluqları doldurmaq və dürüstlüyü 



möhkəmləndirmək üçün Müdafi ə Nazirliyi və bu işlə məşğul olan parlament 

komitələri beynəlxalq standartların İSO15288

50

 müddəalarını və NATO-nun 



uyğun nəşrləri olan AAP-48 standartlarının həyata keçirilməsinə baxmalıdır-

lar. NATO-nun özü İSO/İEC 15288 standartları ilə hərəkət edərək, avadanlı-

ğın bütün həyat dövrünü əhatə edən planlaşdırmanı nəzərdə tutur və bu stan-

darta görə həyat dövrü altı mərhələyə bölünür.

1.Konsepsiyaların hazırlanması

2.İşləyib hazırlama

3.İstehsal

4.İstismar

5.İstismar dövründə xidmət

6.İstismar dövrü bitəndən sonra istifadə.

48 

 Bax  www.eda.europa.eu/ebbweb. 



49

  Hərbi avadanlığın istifadə edildiyi dövrdəki xərclərinin fərqli qiymətləndirilməsi və 

həmçinin səmərəli meyar(etalon) analizinin təmin edilməsi üçün standart dəyər modellərinin 

tətbiq edilməsi tövsiyə olunur . Bax: Code of Practice for Life Cycle Costing, RTO-TR-

SAS-069 (Paris: NATO Research and Technology Agency, September 2009); Methods and 

Models for Life Cycle Costing, RTO-TR-SAS-054 (Paris: NATO Research and Technology 

Agency, June 2007); and Cost Structure and Life Cycle Costs for Military Systems, RTO-

TR-058 (Paris: NATO Research and Technology Agency, September 2003).

50

 Bax: ISO/IEC 12207:2008, “Systems and Software Engineering – System Life Cycle Proc-



esses,” edition 2 (International Organization for Standardization, 2008).


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə