409
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
varlanması üçün istifadə etmişlər. Nazirlər və onların ali rəhbərliyi dövlət
siyasətinin qurulması və həyata keçirilməsi ilə yox, daha çox korrupsiya üçün
istixana rolunu oynayırdılar.
Bu səviyyə üçün strategiyalar çox istiqamətli olmalıdır və geniş spekt-
rli problemləri, büdcə kəsirlərini, gündəmdəki məsələləri əhatə etməlidir.
Müdafi ə Nazirliyinin Planlaşdırma, Proqramlaşdırma və Büdcələmə Siste-
mi (PPBS) tətbiq etmək cəhdlərinə baxmayaraq, hərbi imkanlar planlaşdır-
ma metodları, qabaqcıl hərbi alqı-satqı idarəetmə prinsipləri və s. ilə bağlı
yerinə yetirilmə çox vaxt səhti olur, diğər tərəfdən Sovet münasibəti və pro-
sedurları qalmaqda davam edir. Maliyyə və maddi-texniki baza planlaşdır-
ması, həyata keçirilməsi və hesabat verilməsi sahələrindəki problemlər ən
kəskindir və orada büdcə gəlirləri və xərclərin idarə edilməsinə əsas yer ve-
rilir və çox vaxt qərarlar siyasi məqsədlərə və sağlam planlaşdırmaya uyğun
yox, məqsədəuyğunluq əsasında qəbul edilir.
Resurs ayrılması qərarlarının hədsiz mərkəzləşdirilməsi, şəffafl ıq olma-
dıqda ixtiyari qaydalara və korrupsiyaya kömək edir. Əsas hərbi alqı-satqı
proseslərinə, artıq avadanlıq və infrastrukturun utilizasiyası proseslərinə par-
lament nəzarəti olmadıqda və hərbi və təhlükəsizlik sektorunun real ehtiyac-
ları və büdcə səviyyəsi üçün açıq müzakirələr getmədikdə, müvafi q nəzarət
və audit olmadıqda vəziyyət daha da pisləşir. Post-kommunust ölkələrində
ayrılmış resursların nə dərəcədə təhlükəsizlik gətirdiyi haqda obyektiv
qiymətləndirmə nümunələri tapmaq çox çətindir.
Lakin buna baxmayaraq müəyyən ümüdverici irəliləyişlər də var-
dır. Məsələn, 2007-ci ildə Müdafi ə Nazirliyinin auditi, Bolqarıstan Audit
İdarəsi büdcənin qanunlara nə qədər uyğun xərcləndiyi və həmçinin nə qədər
səmərəli istifadə edildiyi haqda qiymətləndirmə apardı. Qiymətləndirmə he-
sabatı açıq-aydın ifadə edilmiş, qiymətləndirilə bilən, həyata keçirilə bilən
məqsədləri ifadə edən lazımi siyasi sənədlərin olmadığını qeyd etdi və or-
dunun tələbatlarının müəyyən edilmədiyini üzə çıxardı. Hesabat, həmçinin
,bəyan etmişdir ki, Müdafi ə Nazirliyi geniş və mürəkkəb, beş səviyyəli
idarəetmə ierarxiyasından istifadə edir və nazirliyin proqram və büdcələri
planlaşdırması, proqramlaşdırması, yerinə yetirməsi və mühasibatın aparıl-
ması ilə həddən artıq işcilərin məsul olduğu bir idarəçiliyin olduğunu üzə
çıxarmışdır.
Əgər söhbət oturuşmuş idarəçilik mexanizmi üzərində qurulmuş
ölkədən gedirsə, onda hesabatda deyilənlər əhəmiyyətsiz görünə bilərdi,lakin
xüsusi bir mədəniyyət kontekstində müşahidəçilər bu hesabatı”inqilabi” iş
adlandırdılar.
410
Dürüstlük Proqramlarının Yerinə Yetirilməsində Mədəni Xüsusiyyətlərin Dərki
Haşiyə 24.2. Müdafi ə Sektorunda Dürüstlüyün Post-Kommunist
Ölkələrində Möhkəmləndirilməsi
Dürüstlük əsasında dəyişim prosesləri,o cümlədən siyasi, beynəlxalq,
strateji konsepsiyaların həyata keçirilməsi və dövlət institutlarının
qurulmasında Bolqarıstanın təcrübəsi bir neçə nümunə ilə təqdim edilir.
1999-cu ilin Hərbi Doktrinası: Siyasi Dürüstlük Nümunəsi
1997-ci ildəki seçkilərdən sonra, Bolqarıstan hökuməti ölkənin NATO və
AB-nə daxil olması üçün qəti qərar verdi. Həmin qərara uyğun olaraq
parlament yeni milli təhlükəsizlik konsepsiyası qəbul etdi və bir il sonra
yeni Hərbi Doktrinanı qəbul etdi. Doktrina Bolqarıstana faktiki NATO
və AB üzvü kimi baxırdı və bu istiqamətdə fəaliyyət planları üçün
siyasi baxış, strategiya və baza prinsipləri müəyyən etdi. Bu müdafi ə
sektorunda həqiqi islahatlara bir ildən çox aparılan səylərin nəticəsində
baş vermişdir. Konservativ hərbi rəhbərlik bu səylərin qarşısını almağa
cəhdlər göstərirdi və islahatları maskalanmış uyğunlaşma formaları ilə
əvəz etməklə və bir neçə ali hərbi və siyasi rəsmilərin dəyişdirilməsində
görürdülər. Ekspert məsləhətləri, hərbi-siyasi əməkdaşlıq və ictimai
müzakirələr hərbi islahatları irəliyə aparırdı. Hərbi Doktrina layihəsinin
açıq müzakirələri zamanı aydın oldu ki, ordunun konservativ üzvlərinin
istifadə etdiyi arqumentlər real müzakirələrdə dəstək ala bilmədi.
1999-cu ilin Kosovo böhranı: Beynəlxalq səviyyədə Dürüstlük
Kosovo böhranı, uğur qazanmaq üçün həlledici prinsip kimi, dürüstlüyün
əhəmiyyətini və dəyərini nümayiş etdirir. İlk növbədə, NATO-nun
Kosovo əməliiyatı dürüstlüyün praktikada ən yaxşı nümunəsi oldu və
Bolqar xalqına beynəlxalq səviyyədə siyasi dürüstlüyün nə olduğu haqda
yaxşı nümunə göstərdi. İkincisi, eyni dürüstlük prinsipi bu münaqişə
ilə bağlı hökumətin qərarlarında həlledici kriteriya oldu, xüsusilə də
hökumətin Kosovo müdaxiləsini dəstəkləmək siyasətində. Bu siyasət
Bolqarıstanın Təhlükəsizlik Konsepsiyası və hərbi doktrinası ilə tam
uyğun idi və o zamanlar hazırlanmaqda olan hərbi islahat planının əsasını
təşkil edən həlledici ideyalar üçün sınaq idi. Siyasi strategiyanın və faktiki
fəaliyyətin ardıcıllığı, xalqın dəstəyini qazanmaq üçün və NATO-ilə və
fərdi ölkələrlə bütün məsləhətləşmələri aparmağa, o cümlədən Rusiyanın
hərbi təyyarələrinin Bolqarıstan hava məkanından istidafəsinə izn
verilməməsinə də möhkəm əsaslar yaratdı.
411
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
2004 Planı:Doktrinanı Yerinə Yetirərkən Drüstlük
“Plan 2004” adlanan Hərbi islahat planını hazırlanması, Bolqarıstanın
1999-cu ilədək gördüyü oxşar fəaliyyətlərdən tam fərqli idi. Birincisi
o,baş nazirin açıq rəhbərliyi altında və prezident və parlamentin dəstəyi
ilə Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrina üzərində
qurulmuşdur. İkincisi, o, struktur, ordunun gücü, silah və texnikası və
hərbi hazırlığı ilə bağlı çoxlu sayda variantların operativ analizi və silahlı
qüvvələrin mümkün əməliyyat planları əsasında hazırlanmışdır. Üçüncü,
güc və güc vasitələrinin inkişafı, təhsil və təlim, kəşfi yyat və əks –
kəşfi yyat, tibbi yardım, logistik dəstək, sosial dəstək, təhcizat və tədqiqat,
funksiyaların və strukturların müdafi ə nazirliyindən kənara ötürülməsi,
Müdafə Nazirliyindən kənardakı hərbi qruplaşmaların mülki təşkilatlara
verilməsi və.s, planları ilə koordinasiya edilmiş, və hamısı aydın həyata
keçirmə mexanizmləri və təşkilatları və sağlam büdcə proqnozları ilə
dəstəklənmişdir. Bu plan təkcə ixtisar və strukturların yenilənməsini
nəzərdə tutmurdu, habelə Planlaşdırma, Proqramlaşdırma və Büdcələmə
Sisteminin (PPBS) tətbiqini, hərbi qərarlar qəbul edilən zaman operativ
analizdən istifadə edilməsini və həmçinin,şəffafl ıq, cavabdehlik və
məsuliyyət və əldə edilmiş nəticələrin məhsuldarlığının ölçülməsinı də
əhatə edirdi
Hərbi İdarəetmə, Dürüstlük və Hərbi Təşkilatların Qurulması
Hərbi Doktrinanın və Plan 2004-ün həyata keçirilməsi, PPBS-in tətbiq
edilməsi və hərbi idarəçilik və idarəetmə üzrə xüsusi araşdırmanın
əsasında aparıldı. Mülki-hərbi münasibətlər və parlament nəzarəti haqda
1998-ci ildən başlayaraq tədqiqatlar edilmişdi və Plan 2004 bəyənildiktən
sonra Böyük Britaniyanın Müdafi ə Nazirliyinin məsləhət və idarəetmə
xidməti (UK MoD Department for Consultancy and Management
Services-DCMS) tərəfi ndən qabaqcıl idarəçiliyin və hərbi idarəetmənin
praktikalarını institutlaşdırmaq üçün yeni tədqiqat təşəbbüsü irəli sürüldü,
o cümlədən, Müdafi ə Nazirliyi haqda təlimata və Bolqarıstan “Müdafi ə
Qanunu”-na əlavə və dəyişikliklər edildi. Şəffafl ığı, məsuliyyət və
cavabdehliyi və idarəetmə proseslərinin ölçmə parametrlərini artırmaq
üçün, müdafə naziri Proqramlaşdırma, İnteqrasiya və Modernizasiya
Şuraları (Programming, İntegration and Modernization Councils) yaratdı
və bu Şura paralel olaraq yeni yaranmış Hərbi Planlaşdırma, Avroatlantik
İnteqrasiya və Silahlanma Siyasəti direktorluqları, həmçinin, baş ştabda
yeni təşkil olunmuş siyasət və proqlramların planlaşdırılması idarəsi və
silahlı qüvvələrin digər növlərinin qərargahlarında eyni strukrurlarla
birgə fəaliyyət göstərəcəktir.
Dostları ilə paylaş: |