84
Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi
Şəxsi heyət, əməliyyatlar və xidmət,təhçizat və elmi-texniki təlimatlar
normativ hala gətirilib və bütün maraqlı tərəfl ər üçün açıqdır. İşə götürmək
və maaşı müəyyən etmək üçün aydın şəkildə müəyyən edilmiş kriteriyalar
rəqabət əsasında işə qəbulu təmin edir. Hərbi təhcizatın açıq tender əsasında
keçirilməsi üçün, hərbi elmi texniki araşdırmalar və digər müqaviləli
xidmətlər üçün açıq və geniş təlimatlar tərtib edilmiş və bu işlərin icrası üçün
peşə baxımından münasib kadrlar cəlb olunur. Bütün bu təlimatlar praktikada
tam həyata keçirilir.
b.Audit etmə
Müdafi ə Nazirliyi sistemində və ya icra strukturunda daxili yoxlamalar
üçün güclü imkanlar var.Daxili yoxlama prosedurları açıq səkildə müəyyən
edilir və kənar auditorların da ciddi nəzarəti altında olur. Həm maliyyə
uyğunluğu baxımından, həm da fəaliyyət səmərəliliyi baxımından güc-
lü audit imkanları mövcuddur (“pulu sərf etməyə dəyərmi”). Əlavə olaraq,
müstəqil auditlərin fəaliyyəti üçün,məsələn, parlamentə tabe olan Milli Au-
dit İdarəsi vasitəsilə güclü imkanlar yaranır. Müstəqil audit və prosedurlar
üçün tələblər açıqca qanunla təsbit edilir. Maliyyə uyğunluğunu yoxlamaq
üçün və eləcədə dələduzluq və mənimsəmə hallarını müəyyən etmək üçün,
həmçinin, “pulu sərf etməyə dəyərmi” auditləri üçün güclü müstəqil audit
imkanları vardır. Müstəqil düşüncə mərkəzləri (universitetlər,institutlar və
başqa qeyri-hökumət təşkilatları) da onları maraqlandıran xüsusi sahələrdə,
məsələn,qüvvələrin modernizasiya proqramları ilə bağlı, “pulu sərf etməyə
dəyərmi” auditləri apara bilərlər. Özlərinin diqqətəlayiq bacarıqları və uğur-
lu işləri ilə tanınan qeyri hökumət təşkilatları vardır. Onların hesabatlarının
siyasətçilərə və cəmiyyətin münasibətinə nəzərəçarpan təsiri olmuşdur.
c. Hesabat
Hökumət xalqa və parlamentə geniş illik hesabatlar verir. İlin ortasın-
da növbəti il üçün hesablanmış büdcə parlamentə təqdim olunur. Daha tez-
tez-- üç aylıq və bir aylıq-- hesabatlar da verilir.Yekun hesabat isə, maliyyə
ili bitəndən sonra, altı ay ərzində parlamentə təqdim olunur.Bu hesabatlar,
əsas hərbi proqramların necə icra edildiyi haqda ətrafl ı və dərin analizlər ilə
müşaiyət olunur.
42
4. Hərbi Büdcələrin Şəffafl ığı
a.
Şəffaf qərar qəbul-etmə
42
Məsələn, Bolqarıstan Baş Naziri ölkə qanununa görə parlamentə “Müdafi ə Sektoru və
Silahlı Qüvvələr haqda İllik Hesabat”təqdim etməlidir. Qanunla tələb olmasa da,
gözləntilər
odur ki, hesabat fəaliyyəti analiz edəcək və onu sərf olunmuş hərbi xərclərlə əlaqələndirəcək.
85
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Hərbi büdcələmınin bütün cəhətləri (planlaşdırma, büdcədən istifadə və iç-
ranın qiymətləndirilməsi) siyasi rəhbərlik və xalq üçün şəffaf olur. Büdcələmə
prosesinin bütün iştirakçıları-- mülki və hərbi planlaşdırıcılar,müdafi ə və
maliyyə nazirləri, hökumət şuraları, qanunverici orqan və onun komitələri,
dövlət başcısı, audit ofi si,lobbi qrupları,qeyri-hökumət gəlirli və gəlirsiz
təşkilatları, media və cəmiyyətin böyük təbəqəsi –açıq qaydalara uyğun ola-
raq və hərbi büdcələmənin bütün cəhətlərini tam başa düşərək özlərinin nüfu-
zu ilə bu prosesə təsir edir və qanun aliliyi prinsipiniə riayət edirlər.
b. Məlumatlar əldə etmək imkanları
Hərbi büdcələrin və uyğun məlumatların dərc edilməsi-- əsas təhlükəsizlik
və müdafi ə siyasəti ilə bağlı sənədlər, hərbi proqramlar,icra və audit hesabatla-
rı --ictimaiyyət üçün açıqdır.Hərbi büdcələr və uyğun məlumatları əldə etmək
qaydaları da ictimaiyyətə açıqdır.Onlar qanunla açıq surətdə müəyyən olunur
və bu məsələlər ilə bağlı icra strukturlarının ixtiyarında çox kiçik səlahiyyət
qalır. Hökumət və uyğun idarələr hərbi büdcələri ilə bağlı məlumatları
ətrafl ı surətdə dərc etməyə hüquqi cəhətdən məsuldurlar və belə məlumatlar,
məlumatlı müşahidəçiyə düzgün analiz etməyə imkan verir.Məlumatlar çap
formasında və onlayn olur,həm yerli dildə, həm də daha çox işlənən, məsələn,
ingilis dilində verilir. Daha sonra,rəhbərlik ,məsələn, müdafi ə naziri, kiminsə
məlumat almaq sorğusuna yazılı sürətdə cavab verməyə qanunla borcludur.
Əgər hər hansı təşkilat və ya şəxs məlumat üçün müraciət edirsə və veriləcək
cavabın bir hissəsi məxvidirsə
43
,həmin hissə cavab məktubundan çıxarılır.
Büdcə haqda ümumi məlumatlar,cari və ya iki il öncəki büdcə ilinin
gözlənilən nəticələrini asan əldə etmək olur.Cari büdcə ilinin sonunda, beş və
ya çox il sonra üçün nəzərdə tutulan büdcə təklifl əri ilə bağlı da məlumatlar
almaq mümkündür.
Ölkə hərbi büdcələmə məlumatlarının açıqlanması ilə bağlı beynəlxalq
müqavilə və sazişlərin tələblərinə uyğun olaraq--BMT və ATƏT –in sazişləri
və Stabillik Paktı təşəbbüsləri nəzərdə tutulur-- daimi vaxtlı-vaxtında tam və
dəqiq məlumatlarla onları təmin edir.
5. Büdcə tərtibi prosesində dürüstlüyün təmin edilməsi
Hərbi budcələmənin formalaşdırilması və yerinə yetrilməsi prosesləri,
büdcə məhdudluğunun ciddi və etibarlı prognozları əsasında qurulur və prog-
nozlaşdırılan makroekonomik göstəricilərin kəmiyyətcə qiymətləndirilən va-
43
Ümumi qayda kimi yox, amma verilən xüsusi qərar əsasında xüsusi bir məlumatı
sistemləşdirmək.