115
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
tövsiyələrdə, korrupsiya ilə mübarizə üçün “komissiyalar” və ofsetlərin
ya tam aradan qaldırılması, ya da bu zaman nəzarətin gücləndirilməsi tələb
olunur.
Mənbələr: “Arms deal crusader is back in court,” Business Day (25 February 2008),
http://www.armsdeal-vpo.co.za/articles12/crusader.html; “Arms probe reopened,” Mail
& Guardian (20 March 2008), www.mg.co.za/article/2008-03-20-arms-probe-reopened;
Jeremy Druker, “Czech-BAE corruption probe worries Prague,” ISN Security Watch (27
February 2007); “Israel Police Raid IAI,” Defense News (30 September 2005); “Romania
Will Sue BAE Systems for Breach of Contract,” Jurnalul National (03 Septem¬ber 2007);
“U.S. Warns Taiwan: Clean Up Defense Procurement,” Defense News (11 September2006)
• Razılaşdırılmış ofset öhdəliklərinin yerinə yetirilmədiyi hallarda;
qeyri-qənaətbəxş və ya mövcud olmayan cəza mexanizmləri;
• Hüquqi nəzarət, vasitəçilik və ya məhkəmə prosesi üçün qeyri-
qənaətbəxş proseslərin mövcudluğu;
• Ofset təklifl ərini hazırlamaq üçün tender iştirakçılarına verilən zama-
nın çox qısa olması;
• Dəqiq tələbləri və aydın seçmə kriteriyaları olmayan çox rəngarəng
ofset variantları;
• Potensial tender iştirakçılarının təcrübə və imkanlarından kənara çı-
xan çoxlu sayda ofset variantları;
• Ofset variantlarını qiymətləndirə biləcək təcrübəli mütəxəssislərin ol-
maması;
• Ofset təklifl əri və onların yerinə yetirilməsini qiymətləndirə biləcək
nəzarət komitələri üzvlərinin təcrübəsiz olması.
Ofsetlərdə Konkret Korrupsiya Riskləri
Ofsetlərlə əlaqədər üç əsas korrupsiya riskləri mövcuddur:
Hərbi imkanlar üçün Lazım olan Tələbatlara Uyğunsuz Təsir Etmə
Hökümətin verə biləcəyi qərara- hansı hərbi imkanlara ehtiyac var və ya
bu imkanlara ehtiyac varmı- seçiminə hərbi alış zamanı satışda olan digər
cəlbedici təklifl ər də təsir edə bilər. Hərbi satınalmalar az hallarda sadəcə
iqtisadi satınalma sayılır. Bu cür satınalmaların həmişə beynəlxalq siyasi bo-
yutları da mövcuddur, çünki alıcı ölkə, satan ölkə ilə bu alqı vasitəsi ilə özü-
nün siyasi münasibətlərini də dərinləşdirmək ümidində olur. Bu cür böyük
həcmli hərbi satınalmalar daxili siyasi gündəmə olacaq təsiri də qaçılmazdır.
Bu cür hallarda, çoxlu sayda malın pulsuz verilməsi təklifi daxili siyasəti də
bu alqının xeyrinə yönəldir. Bundan başqa, əlavə mənfəətlərin cəlbediciliyi,
116
Ofset Mexanizmləri
tələbata ehtiyacı olmayan malları da cəlbedici etmək imkanı yaradır. Bu Çex
Respublikası halında iddia olunur, yəni orada ilk mənada qırıcı təyarələrə nə
qədər ehtiyac olduğunu sual edən proseslər davam edir. Cənubi Afrika silah
sazişində isə, Müdafi ə Nazirliyi qanunsuzluq və lazımsız hərbi avadanlıq al-
maq fi kirləri ilə ittiham edilirdi.
Rəqabətli Qərarlara Qeyri-Şəffaf Yollarla Təsir Etmə
Tender iştirakçılarının ofset təklifl ərinin üstünlüklərini başqa qərar-
vermə kriteriyaları fonunda qiymətləndirməsi həmişə aydın olmur və bəzən
bu təklifl ər elə yazılır ki, o tam aydın olmasın. Hansı halda ofset təklifl ərinin
üstünlükləri iqtisadi, texniki və digər kriteriyalar fonunda müqayisə edilir?
Kriteriyaların çox fərqli təbiətinə görə bunu etmək çox çətindir. Bu kriteri-
yalar düzgün aparılmadığı halda iddialar tez-tez olur,məsələn Cənubi Afrika
silah alışı buna misaldır.
“Hörmət” edilməsi imkanları
Bir çox hallarda, ofset sazişlərinə müqavilə bağlanana qədər öhdəlik kimi
baxılır və üzərində dayanılmır. Bir çox hallarda onun razılaşdırılması illər
ərzində olur. Vaxtın uzanması və məsələyə siyasilərin və KİV-lərin diqqətinin
azalması qara işlər üçün və müqavilənin bağlanmasını təmin edən dəstəyə
“hörmət” edilməsi üçün münbit şərait yaranır. Ofset müqavilələri çox pis mo-
nitorinq edilir, ona görə də bu cür korrupsiyanı üzə çıxarmaq da çətin olur.
Ofsetlərlə Bağlı Korrupsiya Risklərinin Azaldılması
Bu risklərlə mübarizə üçün iki geniş seçim etmək olar: 1) hərbi
müqavilələrdə ofsetlərdən imtina və ya 2) bu işlər üzərində nəzarət və gözal-
tında saxlamaq mexanizmlərini gücləndirmək. Bu cür nəzarət mexanizmləri
ofsetlər proqramının mövcud olduğu bütün dövr ərzində qüvvədə olmalıdır,
hətta bu dövr 20 il və ya çox olarsa yenə də bu mexanizmlər nəzarəti həyata
keçirməlidirlər.
Bir çox əlamətlərə görə, ofsetlərdə korrupsiya riskləri ilə mübarizənin
getdiyini görürük. Məsələn, aşağıdakı nümunə bu qəbildəndir:
• Əsas müqavilə imzalanandan sonra ofset danışıqlarının getməsi prak-
tikası son illər ərzində dramatik surətdə dəyişmişdir. İndi daha çox ölkələr,
ofset sazişlərinin əsas müqavilə imzalamadan öncə danışılıb yekunlaşdırıl-
masını tələb edirlər. Hərbi sənaye ekspertləri gözləyirlər ki, bu tendensiya
davam edəcək və bu cür praktika ölkələrin ofsetlər üzrə istisna yox, standart
siyasətinə çevriləcəkdir.
117
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
• Ofset sözləşmələrinin yerinə yetirilmədiyi hallarda, rəsmi müəyyən
edilmiş cəza və məsuliyyət rejimi gücləndirilir. Bir çox ölkədə cəzanın
ölçüləri ofset müqaviləsinin konkret mərhələlərindəki yerinə yetirilməyən
öhdəliklərin dəyərinin 3%-10% arasında dəyişir. Bu cəza həm də ofset sazi-
şin sonundakı öhdəliklərə də və ya hər iki halda da tətbiq oluna bilər. Bu çox
ölkələrdə cərimə ümumi əsas müqavilənin dəyərlərindən asılı olaraq müəyyən
edilir. Dəyişən ancaq bu cəzaların formasıdır. Normalda onlar zərəri aradan
götürən formada olur, yəni siz cəriməni ödəməklə bütün öhdəliyinizi “aradan
qaldırırsız” və ya özünüzün qalan öhdəliyinizi bağlayırsınız. Son zamanlar
müdafi ə sənayesi ofset ekspertlərinin fi kirincə, çoxlu ölkələr zərəri aradan
qaldırmamaq yolunu tuturlar, yəni siz zərəri ödəmək üçün cəriməni ödəyirsiz,
ancaq müqavilədəki öz öhdəliyinizi yerinə yetirməkdə davam edirsiniz və ya
öz öhdəliyinizi yerinə yetirənədək sonrakı hökümətin hərbi təhcizat proqram-
ları üçün qara siyahıya düşürsünüz. Əlavə olaraq, hərbi podratçılardan, ofset
sazişinin tələblərini yerinə yetirmədiyi halda itkiləri ödəmək üçün zəmanət
qoymaları tələb edilir.Əgər hərbi podratçı, ofset öhdəliklərini ödəmək üçün
kredit alırsa, o zaman zəmanət haqqı da proporsional olaraq alınan kreditin
məbləğinə görə aşağı salınır.
• 2008-ci ilin Mayında özünün əsas illlik konfrasında, iri ofsetlər birlikləri
tərəfi ndən təşkil olunan Qlobal Sənaye Əməkdaşlığı Konfransı(Global İn-
dustry Cooperation Conference) ofsetlərlə bağlı korrupsiya risklərinin
müzakirəsi və korrupsiya praktikalarının qarşısının alınması yolları haqda
müzakirələr aparmışdir.
• NATO-nun “Dürüstlüyün təmin edilməsi və Müdafi ə Təşkilatlarının
Qurulması” konfransında təşkil (2009-cu ilin Fevralında Monterreydə
keçirilən, Kaliforniya ştatı)olunan ofset seminarı, ali hərbi rəhbərliyi və Avro-
pa və Amerikadan mülki hərbi şirkətləri bir yerə gətirmişdir. Onların NATO-
ya verdikləri çoxlu sayda təklifl ərə indi baxılır.
Bütün bunlar ofsetlər zamanı korrupsiya risklərinin azaldılması
istiqamətində əhəmiyyətli addımlardır və bu addımlar aşağıdakı əsaslarda
qurulmalıdırlar:
• Şəffafl ığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi;
• Məsuliyyət və cavabdehliyin və dürüstlüyün gücləndirilməsi;
• Funksional proseslərin təkmilləşməsi;
• Maraq toqquşmalarının açıqlanması; və
• Həlledici fi qurların aktiv işə cəlb olunması.
Bütün bu sahələr üzrə təklif olunan təkmilləşmələr və təklifl ər bütövlükdə
götürsək, yaxşı praktikanı təşkil edəcək. Oxucular bilməlidirlər ki, bu
təklıfl ərin çoxu, kənardan faydalı və konstruktiv görünsə də, davamlı surətdə
Dostları ilə paylaş: |