Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə73/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   69   70   71   72   73   74   75   76   ...   163

188

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

başqa ölkəyə  işləyir”

99

. “Düşmənlər atəşkəs xəttinin o biri tərəfi ndədirlər” 



bəhanəsi altında hədsiz məxviləşmə parlament komitələri və audit palataları 

kimi kənar nəzarətin səmərəliliyini də azaldır, həmçinin vətəndaş cəmiyyəti 

təşkilatları vasitəsilə xalqın nəzarətini əngəlləyir. Ərazi mübahisələri və don-

muş münaqişələr olan ölkələrdəki mövcud siyasi mühit,qanun və qaydalar, 

düşmənin ideoloji sabotajının və informasiya müharibəsinin qarşısını al-

maq bəhanəsilə, korrupsiyalaşmış rəhbərliyə medianı və başqa informasiya 

şəbəkələrini nəzarət etməyə kömək edir. 

Hüquqi Vakuum 

Şəffafl ıq, cavabdehlik və  məsuliyyət separatçı anklavların mövcudluğu 

ilə daha da heçə endirilir. Onlar beynəlxalq sistemdə “qara deşik” adlanır 

və beynəlxalq tanınma olmadan və beynəlxalq hüquqdan kənarda hərəkət 

etməklə  fərqlənir. Çox hallarda dondurulmuş münaqişələrdəki separatçı 

tərəfl ər, de facto müstəqil  ərazilər yaradıb (adətən münaqişənin “qaynar” 

mərhələsində) və onu əllərində saxlayırlar(dondurulmuş dönəm). Separatçı 

qüvvələr adətən bu vəziyyəti özlərinin bölgədəki böyük himayəçisinin hərbi, 

maliyyə və informasiya dəstəyi ilə həyata keçirir. Rəsmi münasibətlər olmasa 

da, ancaq görüşlərə, müzakirələrə, danışıqlara və  hətta sazişlər bağlamağa 

ehtiyac olduğunda, sərhədyanı münasibətlər üçün yeganə mümkün yol qeyri-

rəsmi təmaslar olur.  Bu cür təmaslar çox az şəffafdır və beləliklə, daha çox 

cinayətkar və korrupsiyalı xarakter alması ehtimalı da vardır. Eynilə, separat-

çı qurumlar qanun baxımından vakuumda yerləşirlər, çünki onlar nə nominal 

olaraq bağlı olduqları ölkənin daxili qanunlarına,  nə  də himayəçi ölkənin 

qanunlarına bağlıdırlar. Bu təəccüblü olmalı deyil, ona görə də, o cür korrup-

siyalı və cinayətkar fəaliyyətlər bu cür qurumların əsas gəlir mənbələridir.

Nəzarətsiz Qüvvələr

Hüquqi vakuum nəzarətsiz qüvvələri, o cümlədən, separatistlər və yaraq-

lıların hesabına daha da mürəkkəbləşir. Separatist qüvvələr beynəlxalq  birlik  

tərəfi ndən  tanınmır və beləliklə onlar özlərinin qeyri-qanuni silah təhcizatı ilə 

silahlanırlar. Silah qaçaqmalçılığı həm yüngül, həm də ağır korrupsiyalaşmış 

mexanizmlər vasitəsilə  hər iki münaqişə  tərəfi nin mülki və  hərbi rəsmiləri 

ilə, həmçinin üçüncü tərəfi n  köməyi ilə baş verir. Məsələn, Çeçenistanda 

müharibə gedən zaman, Rusiya hərbi qulluqçuları Çeçen separatçıları ilə qa-

nunsuz silah satışı sövdələşmələrinə cəlb olunmuşdular, həmçinin, münaqişə 

99 


  Rezonansi qəzetində müsahibə, 11/07/05


189

   Həll Olunmamış Ərazi Mübahisələri və ya Dondurulmuş Münaqişələr olan Ölkələrdə Hərbi Xarakterlı Korrupsiyaya Qarşı Mübarizə

sonrası bərpa dövründə də qoyulan hərbi sərfəli yatırımların mənimsəməsində 

iştirak etmişdilər. Eyni zamanda Rusiya qanunsuz olaraq Abxaz və Osetin 

separatçılarını tanklar,piyadaların zirehli texnikası,ağır silahlar, hərbi vertol-

yotlar və yüngül silahla təmin edirdi, həmçinin, onların silahlı qüvvələrinə 

hərbi təlim keçirdi.

Yaraqlı  nəzarətsiz “könüllülər”-dən təşkil olunan birləşmələr, adətən 

qarət və korrupsiyaya ən çox meylli olanlardır, cünki onlar nizamlı 

qüvvələrdən fərqli olaraq intizamsız və strukturlaşmış deyillər. Digər yan-

dan, hüquq mühavizə strukturlarının zəifl iyi, zorakılıq mədəniyyəti tamah və 

nifrətlə birləşəndə geniş cinayətkarlıq və korrupsiya üçün münbit şərait ya-

radır. Beləliklə, korrupsiyalaşmış tərəfl ərə hökümət və hərbi rəsmilər, hərbi 

şirkətlər, hərbi zabitlər və  əsgərlər, partizanlar, peşəkar qaçaqçılar və  hətta 

mülkilər daxildirlər. Onlar çox geniş qanunsuz fəaliyyətlə məşğuldurlar: si-

lah ticarəti, insan alveri, narkotik qaçaqçılığı və dinc əhalidən pul və digər 

qiymətli əşyaları dələduzluk yolu ilə əldə etmək. Sonuncu xüsusilə dağıdıcı-

dır, çünki o təhlükəsizliyi cinayətləşdirir. 

Dondurulmuş Münaqişələrin Korrupsiya Formalarına 

Təsiri 

Ümumi baxsaq, korrupsiyanı üç növə bölmək olar: ehtiyacdan doğan və 

ya “kiçik” korrupsiya,tamahdan doğan və ya “elita” korrupsiyası; ”pirami-

dasayağı” korrupsiya isə yüksək səviyyəli hökümət və hərbi rəsmləri aşağı 

və orta-səviyyəli hərbçilərlə birləşdirir

100


. Dondurulmuş münaqişələr bütün 

üç korrupsiya növünə  təsir edərək, yüksək və  aşağı  səviyyəli korrupsiya 

ilə mütəşəkkil cinayət və qaçaqmalçılıqın birləşməsinə  sərait yaradır. Bu 

şəbəkələr tez-tez münaqişə zonalarının fərqli tərəfl əri üzrə asanlıqla işləyirlər. 



Kiçik korrupsiya aşağı  və orta-səviyyəli hərbçiləri  əhatə edir. Onlar 

özlərinın başlıca sosial ehtiyaclarını öz aşağı maaşları  və sosial qazancları 

ilə təmin edə bilmirlər. Hətta çoxlu sayda hərbi qulluqçular kiçik oğurluğa 

və büdcədən sui-istifadəyə qoşulsalar belə, normal şəraitdə bu səviyyəli kor-

rupsiya çox kiçik görünə bilər. Lakin münaqişə zonalarında  baş verən ki-

çik korrupsiya mərhəmətsiz ola bilər.Hərbçilər qan tökməyin nə olduğunu 

özlərinin şəxsi döyüş təcrübələri və hətta hərbi cinayətləri hesabına bilirlər. 

Müharibədən sonrakı dövrdə və ya dondurulmuş münaqişə halında əsgərlər, 

100

  Mats R. Berdal and David M. Malone, eds., Greed and Grievance: Economic Agendas 



in Civil Wars (London: Lynne Rienner, 2000).


190

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

döyüşdə iştirak etdiklərinə görə, özlərinin yaxşı yaşamağa layiq olduğunu he-

sab edirlər; lakin onlar öz məqsədlərinə çatmaq üçün cinayət yolundan başqa 

bir vasitə görmürlər. Bu cür qəddar mühitdə, hərbi qulluqçulara yerli əhalini 

qarət, öldürmə, qaçırma, girov götürmə və hətta işgəncə ilə terror etmələri 

psixoloji baxımdan asan olur.



Elita korrupsiyasına yüksək səviyyəli hərbi və hökümət rəsmiləri, 

həmçinin, özəl şirkətlər və vasitəçi/dəllallar cəlb olunur. Ən çox yayılmış for-

ma ölkə və beynəlxalq səviyyədə aparılan təhcizat və silah ticarəti ilə bağlı-

dır. Birbaşa verilən rüşvət, məsləhətçi xidmət üçün ödənişlər, aşağı səviyyəli 

mal üçün podryatçılara ödənilən yuxarı ödənişlər təhcizat sistemində rast 

gəlinən ümumi sxemlərdir. İnşaat, başqa bir yüksək- riskli  korrupsiya zonası 

sayılır, xüsusilə də, dağıdılmış hərbi obyektlərin tikilməsi və bərpa edilməsi 

zamanı və müharibədən sonrakı dövrdə infrastrukturun qurulması zamanı bu 

hala təsadüf edilir.Yüksək rütbəli rəsmilər maliyyə, hərbi və hüquq-mühafi zə  

resursları üzərində  nəzarəti həyata keçirdiklərinə görə, onların mütəşəkkil 

cinayət qruplarına arxalanmağa ehtiyacları yoxdur. Ancaq dövlət və kriminal 

strukturların, xüsusilə də separatist anklavın içində və ya ətrafında simvolik 

olaraq birləşməsi mümkündür. Elita korrupsiyası kiçik korrupsiyadan fərqli 

olaraq geniş ictimaiyyətin gözünün qarşısında baş vermir, o adi insanların bir-

başa maraqlarına toxunmur, siyasi dairələrin nəzərindən qaça da bilər(siyasi 

məqsədlərə istifadə olunmazsa). Sonucda, bu cür korrupsiya ölkənin milli 

təhlükəsizliyinə ciddi mənfi  təsir edir.

Piramida korrupsiyası yüksək rütbəli hökümət və hərbi rəsmiləri, aşağı 

və orta-səviyyəli hərbi qulluqçularla bir yerdə birləşdirir,nəticədə qanunsuz 

gəlirləri və korrupsiyadan gələn pulları aşağıdan yuxarıya paylayır. Bu cür 

korrupsiya forması adətən korrupsiyalaşmış  rəsmiləri və  hərbi qulluqçu-

ları mütəşəkkil cinayətkar qruplarla və peşəkar silah alverçiləri ilə birbaşa 

əlaqələndirir. Bu cür sistem avtoritar ölkələr, post-sovet və separatist ank-

lavlar üçün səciyyəvidir. Bir çox hallarda peşəkar cinayətkar qruplar dövləti 

zəbt edir və ya hətta “kriminal totalitarizm” forması yaradırlar. Korrupsiya-

laşmış  rəsmilərlə cinayətkar qruplar arasındakı bağlılıq hərbi strukturların 

həqsız cinayətləşməsinə apara bilər, o nöqteyə çata bilər ki, “adi” korrupsiya-

laşmış hərbi qulluqçularla peşəkar cinayətkarları bir-birindən ayırmaq çətin 

olar.  Hərbi və  hərbiləşmiş strukturlar(bəzən sülh məramlı qüvvələr də ola 

bilir) silah alveri, siqaret alveri, oğurlanmış maşınlar alveri və korrupsiyalan-

mış hökümətin rəsmilərinin himayəsi altında adam oğurluğu ilə məşğul olan 

cinayətkar  şəbəkələrə qoşulur və  nəticədə dondurulmuş münaqişələr bütün 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə