|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan«[Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu QurKamil insan«[Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu Qur
᾽
ana inanmasalar, [səndən üz çevirib getdiklərinə
görə] arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!»
(Kəhf-6).
Peyğəmbər (s) xalqın hidayət və səadəti, onların dünya əsirlikləri və giriftarçılıqlarından qurtarmaları və axirətlərinin
yaxşı olmasına o qədər rəğbət bəsləyirmiş ki, sanki özünü bu yolda həlak etmək istəyirmiş. Buna görə də ona xitab
edilir ki, nə olub? Nə xəbərdir? özünü xalqa görə həlak edəcəksənmi?
«Biz Qur
᾽
anı sənə məşəqqət çəkməyin üçün
nazil etmədik!
[Biz onu Allahın əzabından] qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik.»
(Taha-2-3).
Digər bir ayədə isə belə buyurur:
«[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə
düşməyiniz ona ağırdır, o, ;sizin iman gətirməyinizi] çox istəyir, mö
᾽
minlərə şəfqətli və mərhəmətlidir.»
(Tövbə-128).
Siz bu ayədə Qur
᾽
anın ifadəsinin nə qədər maraqlı və ali olduğuna diqqət edin. Camaat! Sizin öz aranızdan və öz
cinsininzdən olan peyğəmbər gəlib. Onun birinci xüsusiyyəti budur ki, sizin çətinlik, məşəqqət və narahatçılıqlarınız
ona ağır gəlir və o, sizin dərdinizi çəkir. Deməli, müsəlman həm Allah və həm də Allah bəndələrinin dərdini çəkən
şəxsdir. Qur
᾽
an həris kəlməsindən istifadə edib. Bə
᾽
zən valideynlər uşaqlarının ruhani olmalarını istəyirlər və bu
məsələdə o qədər ifrata varırlar ki, onlar barəsində belə deyilir: Filankəs uşağının savadlı olmasına hərisdir. Bu hərislik,
istəyin çoxluğu baxımından eynilə dünyapərəstlik və pulpərəstlik kimidir. Peyğəmbər xalqın nicat tapmasına, onların
dərdlərinin yaxşılaşmasına həris olub. Xalqın dərdini çəkmək budur.
Əli (ə)-ın özü də bu ifadədən istifadə edib və dərd ifadəsi ona məxsusdur.
Bəlkə də bu məsələni dəfələrlə eşidibsiniz. Osman ibni Huneyf Bəsrədə bir qonaqlıqda iştirak edibmiş. Həmin
məclisdə nə olmuşdu? Allah eləməmiş, orada araq içilmişdimi? Xeyir! Qumar oynanılmışdımı? Xeyir! Pozğunçuluq
olmuşdumu? Xeyir! Bəs nə olmuşdu? Osman ibni Huneyfin günahı tam əşraf, bu günkü dillə desək, aristokratlar
məclisində iştirak etməsidir. Belə ki, həmin məclisdə yoxsullardan heç kəs olmayıb. Təəssüflər olsun ki, bizlər bu gün
belə şeylərə tamamilə laqeyidliklə yanaşırıq. Əli (ə)-a xəbər çatır ki, sənin nümayəndə və hakimin yoxsullardan bir
nəfərin belə iştirak etmədiyi varlı, əşraf və pulluların qonaqlıq məclisində iştirak edib. Əli (ə) belə buyurur:
Dostları ilə paylaş: |
|
|