25
Kamilliyə doğru Wap.IXLAS.Az
heykəlini yonmuş heykəltəraşın onların sevişmək səhnəsini deyil, oğlanın qızdan qaçması səhnəsini yonmaqdan
məqsədinin nə olduğunu başa düşmədim. Məsələ ilə yaxından tanış olan şəxsiyyətlərdən izah istədim. Onlar dedilər
ki, bu heykəl Əflatunun məşhur nəzərinin təcəssümüdür. Əflatunun belə bir nəzəri var ki, insan həmişə əvvəldə hər bir
mə
᾽
şuquna və sevdiyi şeyə doğru böyük eşq, məhəbbət, vurğunluq və rəğbət hissi ilə irəliləyir, amma vüsala çatdıqda
eşq orada dəfn edilir. Vüsal eşqin dəfn edildiyi, nifrət və çəkinmənin başlanğıc yeridir.
Görəsən bu nə üçün belə olur? İlk baxışda bu məsələnin qeyri-təbii və qeyri-məntiqi bir iş olması düşünülür. Amma
bu barədə dəqiq fikirləşmiş şəxslər onu həll edə biliblər. Onlar deyirlər ki, insan məhdud, fani, məkan və zaman
çərçivəsində olan şeylərin aşiqi ola bilmir. İnsan yalnız mütləq kamal, yə
᾽
ni Haqq və Allahın zatına aşiqdir. Allahı inkar
edən şəxs belə, Onun aşiqidir. Allahı inkar edərək Onu söyənlər belə fitrət və təbiətlərinin dərinliyində mütləq kamal
aşiqi olduqlarını, amma yol və mə
᾽
şuqlarını itirdiklərini, səhv saldıqlarını bilmirlər.
Mühyiddin Ərəbi deyir:
Dostları ilə paylaş: