26
Kamilliyə doğru Wap.IXLAS.Az
Bunların hamısı düzdür, amma bunlardan qabaq, insan özündən, pis işlərə əmr edən nəfsindən və özünün məhdud
«özüm» çərçivəsindən qurtulmalıdır. İnsan məhdud «özüm» çərçivəsindən nicat tapmayınca təbiət və digər insanların
əsirliklərindən qurtula bilməz.
DAXİLİ VƏ XARİCİ MEYLLƏRİN BİRGƏLİK ZƏRURİYYƏTİ
Biz hələ ki, əsas bəhsimizin birinci mərhələsindəyik. Bu gün mübarək Ramazan ayının 21-ci və bu ayın son on
günlüyünün birinci gecəsidir. Mübarək Ramazan ayının son on günlüyü çatanda həzrət Peyğəmbər (s) yataq yerinin
yığışdırılaraq onun Şəvval ayına kimi salınmaması göstərişini verərdi. Belə ki, əziz islam Peyğəmbəri (s) bu ongünlüyün
heç bir gecəsində yatmazdı. Bu gecələr ibadət, münacat və Allahla gizli razi-niyaz gecələridir. Bu məsələni keçən
söhbətlərimizdəki mətləblə əlaqədar deyirəm ki, bə
᾽
zən bir sıra dəyərlər digər dəyərləri aradan aparır.
İslam cəmiyyəti keçmişdə ibadətin dəyərliliyinə meyl göstərərək digər dəyərləri aradan aparmaq istəyirdi və mən
indi digər ifratçı cərəyanın formalaşmasını hiss edirəm. Belə ki, bir qrup, islamın ictimai dəyərlərinə meyl göstərərək
onun ilahi dəyərlərini yaddan çıxarmaq istəyirlər. Bu da digər bir azğınlıq və səhvdir. Bir ərəbin bir uzunqulağı var
idi və onu minmək üçün o qədər arxaya çəkilir ki, uzunqulağa tərəf tullananda heyvanın o biri tərəfinə düşür və belə
deyir: Yenə əvvəlki kimi oldu. Əgər islamın orta mövqeyindən çıxırıqsa, cəmiyyətdən uzaqlaşan abid və ya Allahdan
uzaqlaşan ictimai şəxs olmağımız arasında heç bir fərq yoxdur. İslam məntiqində bunlar bir-birlərindən fərqlənirlər.
Qur
᾽
anda bu barədə çoxlu ayələr vardır. Allah-taala Qur
᾽
anın Fəth surəsinin axırıncı ayəsində belə buyurur:
Dostları ilə paylaş: