29
Kamilliyə doğru Wap.IXLAS.Az
bağlayıblar. Ey mənim səhabələrim! Teşnəsiniz? Su istəyirsiniz? Mənim yanıma suyunuz olmadığı üçün gəlibsiniz?
Camaat! Nə etməli olduğunuzu bilirsiniz? Əvvəlcə gərək qılınclarınızı bu rəzil qanlarla suvarasınız, sonra özünüz
sudan içib doyasınız.»
Sonra elə bir cümlə dedi ki, hamını həyacanlandırdı. O, həyat və ölümün qəhrəmanlıq və hərbi
baxımdan olan tə
᾽
rifini belə dedi: Ey camaat! Həyat nədir? Yaşamaq nə deməkdir? ölüm nədir? Həyat torpaq üstündə
yerimək, yemək və yatmaqdan ibarətdirmi? Xeyir, nə o həyatdır və nə də bu ölüm! Həyat odur ki, öləsiniz, amma qalib
gələsiniz, ölüm odur ki, sağ olasınız, amma başqalarının hökmü altında qalasınız! Bu cümlə nə qədər gözəl və igidliyin
ali dərəcəsindədir!? İndi Əli (ə)-ın qoşununun qarşısını güclə almaq olarmı? İki dəfəyə hücuma keçdilər, Müaviyə və
onun qoşununu sudan neçə kilometr uzağa qovdular. Su Əli (ə)-ın qoşununun ixtiyarına keçdi. Onlar suyun qabağını
kəsdilər və Müaviyə susuz qaldı. Müaviyə xahiş üçün adam göndərdi. Əli (ə)-ın səhabələri dedilər ki, bizim sizə su
verməyimiz qeyri-mümkündür, çünki bu işi əvvəlcə biz yox, siz etdiniz və indi biz sizə su verməyəcəyik. Amma Əli
(ə) belə buyurdu: Mən belə iş görməyəcəyəm; bu namərdlikdir; mən düşmənlə döyüş meydanında üzləşəcəyəm; bu
cür təzyiqlər yolu ilə qələbə qazanmaq istəmirəm; bu cür yollarla qələbə qazanmaq nə mənim və nə də heç bir şərəfli
müsəlmanın şə
᾽
ninə yaraşmaz.
Bu işin adı nədir? Buna mürüvvət və mərdlik deyirlər. Mürüvvət şücaətdən də üstündür. Mövlana, Əli (ə)-ın mədhində
deyilmiş ən gözəl şe
᾽
rlərdən birində necə də gözəl söz deyib. O, Əli (ə)-a xitab edərək belə deyir:
Dostları ilə paylaş: