|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan«Səbr etmək və namaz qılmaqla kömək diləyin.»Kamil insan«Səbr etmək və namaz qılmaqla kömək diləyin.»
Təfsir alimləri səbrdən məqsədin oruc olmasını və ya heç
olmasa səbrin növlərindən birinin oruc olduğunu bildiriblər. Qur
᾽
an, mö
᾽
minlərə namaz və səbrdən kömək diləməyə
əmr edib. Biz namazdan necə kömək diləyə bilərik? Allaha ibadətdən necə yardım ala bilərik? Allaha ibadətin özü
yardım və köməkdir. Ümumiyyətlə hər bir yardımı buradan almaq olar. Əgər siz cəmiyyətdə həqiqi müsəlman və güclü
mücahid olmaq istəyirsinizsə xalis, saf və əsil namaz qılan olmalısınız.
ÜZDƏNİRAQ ZİYALILIQ
Bə
᾽
ziləri deyirlər ki, namaz qılmaq nə deməkdir, ibadət nədir? Bunlar qoca qarıların işidir, insan ictimai olmalıdır!
Bu sözlər bir növ ziyalılıq, amma üzdəniraq ziyalılıqdır!
Bildiyiniz kimi, ikinci xəlifə azandan
«Həyyə əla xəyril əməl»
(əməllərin xeyirlisinə tələsin) sözlərinin çıxarılmasına
əmr vermişdi. O, bu ifadəni azandan nə üçün çıxarıb? Onun özündən kəşf etdiyi «ziyalılıq» bu işi görməsinə səbəb
olub. Cənab ömər bu işi ilə böyük bir səhvə yol verib. Onun xilafət dövrü islami fəthlərin qızğın çağına təsadüf edirdi.
İslam döyüşçüləri dəstə-dəstə gərgin döyüşlərə gedir və az sayla özlərinin güclü düşmənlərini diz çökdürürdülər.
Sayları 50-60 min nəfəri keçməyən müsəlmanlar, hər biri neçə yüz minlik qoşuna malik olan böyük İran və Rum
imperatorluğu ilə döyüşüblər və hər iki cəbhədə düşmənə qalib gəliblər. Cihad bir daha öz dəyərini sübuta yetirir və
islamın mücahid yetişdirməsinin mə
᾽
nası bəlli olurdu. Belə olan şəraitdə o, öz-özlüyündə belə düşünür: Azanda uca
səslə
«Allahu əkbər»
«Həyyə ələs-səlat» və «Həyyə ələl fəlah»
deyilməsinin heç bir eybi yoxdur, amma
«Həyyə əla
xəyril əməl»
deyilməsi mücahidlərin ruhiyyəsinə xələl gətirər. Çünki mücahidlər öz-özlərində fikirləşərlər ki, əgər
namaz əməllərin ən yaxşısıdırsa, biz döyüş meydanlarında cihad etmək əvəzinə Mədinə məscidində Peyğəmbər (s)-
in qəbri yaxınlığında qalıb əməllərin ən yaxşısı olan namaz qılmaqla məşğul olarıq; Başqaları gedib döyüşsünlər,
yaralanaraq ölsünlər, gözləri kor olsun, əl-ayaqları kəsilsin, qarınları deşilsin, biz burda öz evimizdə ailəmizin yanında
qalıb dörd rəkət namaz qılarıq və əməl baxımından onlardan da üstün olarıq. Cənab ömər buna görə də belə dedi: Xeyir,
bu pis nəticələr verə bilər. Bu ifadəni azandan çıxarmağımız məsləhətdir. Onun yerinə belə deyin:
Dostları ilə paylaş: |
|
|