|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insan«La hövlə və
la qüvvətə illa billahil əliyyil əzim»
(Uca və Əzəmətli Allahdan başqa heç bir güc və qüvvə yoxdur) deyir. «Allah hər
şeydən böyükdür və bütün qüdrətlər Onun əlindədir» deyir. İnsan Allaha arxalanmalı, Ondan güc və qüvvə istəməlidir.
Ona bu namaz güc verir. Əgər bu namaz olmasaydı həmin mücahid əsgər, mücahid olmazdı.
Əgər kimsə bunları səhv başa düşərək Mədinədə qalıb cihad etmək əvəzinə namaz qılmaq istəyirsə və məsələni
düzgün dərk edə bilmirsə sən onu başa salıb səhvdən uzaqlaşdırmalısan. Məgər islam bütün hökm və göstərişlərin
bir-biri ilə bağlı olduğunu söyləməyibmi? Cihad etməsi vacib olan şəxs cihada getməlidir və onun namaz qılmaq üçün
Mədinə məscidində qalması haramdır. Namazın qəbul olmasının şərti cihad, cihadın qəbul şərti isə namazdır. Mücahidə
lazım olan şərtlərin toplandığı şəxsin cihada getməsi vacibdir; ona cihadsız namazın batil olmasını başa salmaq lazımdır.
Bu nəinki əməllərin xeyirlisi deyil, hətta pisidir və ümumiyyətlə namaz deyil. Ona islamın istədiyi namazı başa sal!
Cihaddan qaçıb məscidi seçən şəxsin namazı islam namazı deyil; islam namazı əməllərin ən xeyirlisidir. Deməli
«Həyyə
əla xəyril əməl»
i namazdan götürmək və onun müsəlmanların cihad əvəzinə namaza üz tutmalarına səbəb olmasını
fikirləşmək əvəzinə məsələləri düzgün dərk etməyənləri başa salmaq lazımdır! Onu başa salaraq səhv fikri zehnindən
çıxarmaq lazımdır. Belə işlər görmək əvəzinə nə üçün azanda dəyişikliklər aparırsan?!
Buna görə də islam məntiqində, bu günkü dillə desək, islamın dəyərlər quruluşunda, ibadət dəyərlərin ən başlıcasıdır,
amma bütün şərtləri riayət edilən islami ibadət! Qur
᾽
an nişanə və tə
᾽
sirlərin aşkar olan namazın düzgün namaz olduğunu
bildirib. Namaz öz tə
᾽
sirini necə göstərməlidir? Qur
᾽
an bu barədə belə buyurur:
«...Həqiqətən, namaz [insanı] çirkin
Dostları ilə paylaş: |
|
|