|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanDər şücaət şire rəbbanisti
Dər mürüvvət xod ki danəd kisti
Mə
᾽
nası:
Şücaətdə Allahın şirisən, amma mürüvvətdə kim olduğunu yalnız özün bilirsən.
Mövlananın məqsədi budur ki, sənin mürüvvətdə kim olduğunu heç kəs vəsf edə bilməz.
Biz Əli (ə)-ı burada məxsus bir mövqe, səhnə və vəziyyətdə görürük.
ƏLİ (Ə)-IN MÜNACATI
Bir dəfə də Əli (ə)-ı camaatın işlərini qurtardıqdan sonra təklikdə olanda təsəvvür edin. Belə hallarda onun bir özü,
bir də Allahı olur; təklikdə Allahı ilə aşiqanə surətdə razi-niyaz edir və ibadət dünyasında qərq olur. Xoşbəxtlikdən
Nəhcül-bəlağədə bu barədə də söhbətlər vardır. Əli (ə) bu barədə belə deyir:
«İlahi! Sən övliyaların üçün bütün
həmdəmlərindən ən yaxınısan.»
Yə
᾽
ni mən heç bir həmdəmlə Sənin kimi ünsiyyətdə olmuram, mənim həmdəmim
Sənsən, yalnız Səninlə olanda kimsəsiz olduğumu hiss etmirəm. Əli (ə) söhbətinin davamında belə buyurur:
«Sənə
təvəkkül edənlər, Sənin hər yerdə olduğunu görürlər, çünki Sən təvəkkül edənlərin harayına çatırsan. İlahi! Dost
və aşiqlərini batini sirrlərində görürsən və onların batinlərindən xəbərdarsan, onların bəsirətlərinin necə olmasını
bilirsən, onların sirləri Sənə əyandır və ürəkləri Sənə doğru uçmaqdadır.»
Cümə axşamları Əli (ə)-ın duası olan Kumeyl duasını oxuyun. Bu dua məzmun baxımından irfanın ən yüksək
zirvələrindədir. Belə ki, siz o duanı əvvəldən axıra kimi oxusanız, onda nə dünya və nə də axirət, yə
᾽
ni behişt və
cəhənnəmə rast gəlməzsiniz. Kumeyl duasında dünya və axirətdən üstün şeylər – Allah, müqəddəs ilahi zata vurğun
və valeh olan pərəstişkar bəndənin Haqq ilə səmimi əlaqəsi, yə
᾽
ni ibadətin həqiqəti vardır. Onun özü də həqiqi ibadəti
məhz bu cür izah edir. Siz Əli (ə)-ın öz Allahı ilə necə razi-niyaz etdiyinə, necə münacatlar etdiyinə nəzər salın.
Həmçinin imam Zeynəlabidin (ə)-ın Ramazan ayında səhər çağları Əbu Həmzə duasında öz Allahı ilə necə razi-niyaz
və münacat etdiyinə diqqət edin. Bu, bizim müsəlmançılığımızın ilk addımıdır. Müsəlmançılığın ilk addımı budur ki,
öz Allahımıza yaxınlaşaq. Biz Allahımıza yaxınlaşdıqdan sonra digər vəzifələrimiz, o cümlədən ictimai məs
᾽
uliyyət
və vəzifələrimizi yaxşı və düzgün yerinə yetirə bilərik. Biz dinin birtərəfli meyllər xəstəliyinə düçar olmaması üçün
müsəlmanların həmişə giriftar olduqları bu xəstəliyi kənara qoymalıyıq. İbadətin dəyərini heç vaxt azaltmamalıyıq.
İmam Sadiq (ə) ömrünün son anlarında bütün yaxın qohumlarını çağırtdırdı. Sonra gözünü axırıncı dəfə açaraq
bir cümlə dedi və dünyadan köçdü. Həmin cümlə bu idi:
Dostları ilə paylaş: |
|
|