ZƏİFLİK MƏKTƏBİ
Əql məktəbi onu inkar edən müqabil nöqtəyə və eşq məktəbi onun fikir və prinsiplərini xülya adlandıran əks cəhətə
malik olduğu kimi, qüdrət məktəbinin də əks-müqabil nöqtəsi vardır. Bə
᾽
ziləri ifrat şəkildə qüdrəti təhqir edərək insanın
kamilliyini onun zəifliyində olmasını bildiriblər. Bunların fikrincə kamil insan qüdrətli olmayan insandır, çünki deyirlər
ki, insanın güc və qüdrəti olsa o, təcavüzkarlıq edəcəkdir. öz şairlərimizdən olan Sə
᾽
di yazdığı rübailərdən birində belə
bir səhvə yol verib.
Mən an murəm ki dər payəm bemalənd
Nə zəmburəm ki əz nişəm benalənd.
Yə
᾽
ni, mən ayaq altında qalıb tapdalanan qarışqayam, tikanlı və sancmağımla nalə çəkdirən arı deyiləm.
Koca xod şokre in ne
᾽
mətqozarəm
Ke zure mərdumazari nə darəm
Yə
᾽
ni, mən bu ne
᾽
mətin şükrünü necə yerinə yetirim ki, xalqa əzab-əziyyət vermək gücünə malik deyiləm.
Xeyir, cənab Sə
᾽
di! Məgər insan mütləq ya qarışqa, ya da arı olmalıdırmı ki, sən onlardan yalnız qarışqa olmağı
seçirsən?! Sən nə qarışqa olub əl-ayaq altında əzil və nə də arı olub başqalarını sanc! Sə
᾽
di həmin rübaini belə deməli
idi:
Nə an murəm ki dər payəm bemalənd
Nə zəmburəm ki əz nişəm benalənd
Çequne şokre in ne
᾽
mətqozarəm
Ke darəm zur və azari nədarəm.
Yə
᾽
ni, nə ayaq altında tapdalanan qarışqayam, nə də tikan və sancmasından nalə çəkilən arı! Mən bu ne
᾽
mətə necə
şükr edim ki, gücüm var, amma əzab-əziyyət verən deyiləm!
İnsanın gücü varsa və o, bununla yanaşı heç kəsə əziyyət etmirsə, şükr etməlidir. Amma gücü yoxdursa və heç
kəsə əziyyət də etmirsə bu, buynuzu olmayan və başqalarını buynuzlamayan canlı misalındandır. Çünki buynuzsuzun
buynuz vurmaması hünər və qoçaqlıq deyildir!? Buynuzu olub buynuz vurmamaq bir məsələdir!
Sə
᾽
di başqa bir yerdə belə deyir:
Dostları ilə paylaş: |