|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanEŞQ MƏKTƏBİ
Kamil insan barəsində söz açmış digər bir məktəb isə eşq məktəbidir. İrfan məktəbi olan bu eşq məktəbi insanın
kamilliyini eşqdə, yə
᾽
ni Allahın zatına olan məhəbbətdə və eşqin insanı yetirdiyi şeydə görür. Bu məktəb əql məktəbinin
əks qütbündə dayanır. Əql məktəbi hərəkət deyil, fikir məktəbi idi. Filosof hərəkətdən söz açmır. Onun fikrincə bütün
hərəkətlər zehni hərəkətdir. Bu hərəkət özü də üfüqi deyil, vertikal və şaquli hərəkət məktəbidir. Kamala çatmaq istəyən
insanın hərəkəti əvvəlcə vertikal və şaquli, yə
᾽
ni Allaha doğru hərəkət və uçuş olmalıdır.
Bunların fikrincə əsl söz fikir, əql, deduksya və s. deyil, insan ruhunun sözüdür. Bu əqidə sahiblərinin nəzərlərinə
əsasən, insanın ruhu doğrudan da mə
᾽
nəvi hərəkətlə Allaha çatana kimi irəliləyir. Amma ariflər bu məsələyə çatanda
səs-küy qoparırlar ki, «insan Allaha çatır» sözləri nə deməkdir? Amma onlar sözlərini öz yerində çox yaxşı deyiblər.
Ümumiyyətlə eşq məktəbi əql məktəbini təhqir edir.
Bizim ədəbiyyatımızın çox gözəl və ali bölmələrindən biri də əql və eşqin mübahisəsi bölməsidir. Bu bəhsə daxil
olanların əksəriyyəti irfan əhli olduqları üçün həmişə eşqi əqlə qalib ediblər. Eşq məktəbi, insanın kamala çatması üçün
əqli qənaətbəxş və yetərli saymır. Bunlar deyirlər ki, əql, insan zatının hamısı deyil, onun vücudunun bir hissəsidir. Əql
də göz kimi vasitələrdən biridir. İnsanın zatı və cövhəri əql deyil, ruhdur və ruh eşq aləmindəndir. Ruh elə bir cövhərdir
ki, onda haqqa doğru hərəkətdən başqa bir şey yoxdur. Buna görə də bu məktəbdə əql təhqir edilir.
Hafiz bə
᾽
zən çox maraqlı ifadələrlə bu məsələyə toxunub:
Bəhaye badeyi çun lə
᾽
l çist cohəre əql
Biya ke sud kəsi bord kayine ticarət kərd
Ariflər həmişə xüsusi mə
᾽
nada işlətdikləri məstliyi əqldən üstün tuturlar. Onların özünəməxsus sözləri vardır və
tohidi bir başqa mə
᾽
nada düşünürlər. Ariflərin tohidi vəhdəti vücuddur (pantsizmdir). Bu elə bir tohiddir ki, insan ona
çatdıqda hər şey söz halına düşür. Kamil insan bu məktəbin nəzərdə tutduğu sonda ilahiləşir. Ümumiyyətlə əsl kamil
insan Allahın özüdür və kamil olan hər bir insan puça çıxaraq Allaha çatır. Bu məktəb barəsində də öz yerində söhbət
edəcəyik.
Dostları ilə paylaş: |
|
|