|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanHƏYAT öLÜM-DİRİM MÜBARİZƏSİDİRMİ?Kamil insanHƏYAT öLÜM-DİRİM MÜBARİZƏSİDİRMİ?
Bizim aramızda da bilmədən və özümüzdən asılı olmayaraq həmin sözlərdən yayılıb. Məsələn, «həyat ölüm-dirim
mübarizəsidir» kimi bə
᾽
zi ifadələr işlədirik. Amma əslində bu belə deyil. Bəli, həyat ölüm-dirim mübarizəsi deyil,
özünü müdafiə xarakteri daşıyan ölüm-dirim mübarizəsi haqq bir işdir.
Hətta Fərid Vəcdi kimi bə
᾽
zi müsəlman alimlər deyiblər ki, insanlar arasında döyüş və mübarizənin mövcudluğu
zəruridir. Nə qədər ki, insan var, müharibə də olmalıdır. Müharibə bəşər həyatının toxunulmaz bir hissəsidir. Bunların
fikrincə Qur
᾽
an da bu mətləbi təsdiq edir. Onlar bu iddialarında Qur
᾽
anın aşağıdakı ayəsinə istinad edirlər.
«...Əgər Allah insanların bir qismini digər qismi ilə [müşrikləri mö
᾽
minlərlə] dəf etməsəydi, sözsüz ki, soməələr
[rahiblərin yaşadığı monastırlar], kilsələr, yəhudi mə
᾽
bədləri və içərisində Allahın adı çox zikr olunan məscidlər
uçulub dağılmışdı...»
(Həcc-40).
«...Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı...»
(Bəqərə-251).
Deyirlər ki, Qur
᾽
an bu ayələrdə müharibənin qanun və şəriətə uyğun bir şey olduğunu bəyan edib.
Amma demək lazımdır ki, həmin qrup şəxslər bu ayəni səhv başa düşüblər. Qur
᾽
anın bu ayəsi müdafiə məsələsini
irəli sürür və xristianlığın əksinə olan bir fikir açıqlayır. Bu ilahi kitab «müharibə mütləq şəkildə məhkumdur və biz tam
sülh istəyirik» deyən keşişin cavabında deyir ki, bəli, müharibə məhkumdur, amma haqq və həqiqətin müdafiəsi xatirinə
olan müharibə deyil, təcavüzkarlıq xarakteri daşıyan müharibə pisdir! Cənab keşiş! Əgər müdafiə xarakterli müharibə
olmasaydı, nə sən kilsəyə gedib ibadət edə bilərdin və nə də məscidə gedən mö
᾽
min öz məscidində ibadətlə məşğul ola
bilərdi. Məsciddə ibadət edən mö
᾽
minin ibadəti haqq və həqiqəti müdafiə edən əsgərin cəsurluqlarına borcludur. Cənab
xristianlar! İbadətlə məşğul olduğunu güman edən sizlər də həmin əsgərə minnətdar olmalısınız.
Buna görə də, ola bilər ki, insan kamillik və yetkinliyin elə bir mərhələsinə çatsın ki, ümumiyyətlə təcavüzkar
mövcud olmasın, qanuni və şər
᾽
i döyüşlər belə baş verməsin. Deməli «həyat ölüm-dirim müharibəsidir» kimi ifadələrin
(döyüş və toqquşmanın) həyatın zərurətlərindən olması mə
᾽
nasında işlədilməsi səhvdir.
Bəlkə də bə
᾽
ziləri üçün narahatedici olacaq bir mətləbə toxunmaq istəyirəm. Çünki bə
᾽
zi gənclər onların meyl və
istəklərinə zidd olan şeylər eşidəndə narahat olurlar.
İmam Hüseyn (ə)-a bir cümləni aid edirlər ki, nə mə
᾽
nası düzdür və nə də onun o həzrətdən olması heç bir kitabda
yoxdur. Onun dillərə düşmə müddəti də 40-50 ildən çox deyildir. Deyirlər ki, imam Hüseyn (ə) buyurub:
«Həyat
əqidəyə malik olmaq və onun uğrunda mübarizə aparmaqdan ibarətdir.»
Xeyir, bu söz əcnəbilərin fikirləri ilə düz
gəlir. Onlar deyirlər ki, insan hər hansı bir əqidəyə malik olmalı və onun yolunda vuruşmalıdır. Qur
᾽
an haqdan söz
açır. Qur
᾽
an baxımından cihad və həyat haqpərəstlik və haqq yolunda cihaddan ibarətdir, əqidə və onun yolunda cihad
etməkdən yox! Əqidə həm haqq və həm də batil ola bilər. Əqidə bağlılıqdır, insanın zehnində minlərlə bağlılıq tapıla
bilər. İnsanın hər halda bir əqidə və ideyaya sahib olmasının və onun yolunda cihad və sə
᾽
y etməsinin zəruriliyini deyən
islam dini deyil, başqa bir məktəbdir. Onlar həmin əqidənin nədən ibarət olması barəsindəki suala cavabda deyirlər ki,
əqidənin nə olması fərq etmir. Amma Qur
᾽
anın sözləri çox dəqiqdir. Bu səmavi kitab əqidə və onun yolunda cihad deyil,
haqq və onun yolunda cihaddan söz açır. Qur
᾽
an deyir ki, sən əvvəl əqidəni islah etməlisən. Çox vaxt sənin ilk cihadın
öz əqidənlə olur. Əvvəlcə əqidənlə cihad edərək düzgün və haqq əqidə əldə etməlisən, haqqı kəşf etdikdən sonra isə
onun yolunda cihad etməlisən.
Deməli, qüdrətli və güclü insanın kamil insan olması fikri həyatın ölüm-dirim mübarizəsi olması nəzəriyyəsi üzərində
qurulub. Bu nəzəriyyə də Darvinin «Həyat ölüm-dirim mübarizəsidir və heyvanlar həmişə ölüm-dirim mübarizəsi
aparmaqdadırlar» fəlsəfəsinə əsaslanır. Biz bu fikirdə olanlara deyirik ki, əgər heyvanlar və insandan başqa digər
varlıqlar belədirlərsə də, biz insanı bu cəhətdə onlarla bir hesab edə bilmərik. Çünki həmin söz müştərək həyat, qarşılıqlı
rabitə, həmkarlıq, səfa-səmimiyyət və digər insani dəyərləri puç hesab edir. Bəs insanlar arasındakı bu səmimiyyət,
vəhdət, həmkarlıq və məhəbbətlər nədir? Onlar bu sualın cavabında deyirlər ki, sən səhv edirsən! Bu həmkarlığı həmin
mübarizə məcburi olaraq onlara qəbul etdirib. Həmin həmkarlıq, səmimiyyət və dostluqların arxasında mübarizə durur.
Bunun necə olduğunu soruşanda isə belə deyirlər: İnsan həyatının əsası müharibə və mübarizədir. Amma insanlar böyük
düşmənlə qarşılaşanda həmin böyük düşmən onlara məcburi dostluğu qəbul etdirir. Onların bu işləri əslində dostluq,
səmimiyyət və həqiqət deyil və ola da bilməz. Böyük düşmənlə mübarizə üçün edilən əməkdaşlıqdır. Əməkdaşlıq və
səmimiyyətlər daha böyük düşmənlə mübarizə aparmaq üçün yaranır. Həmin düşməni aradan götürsən görərsən ki,
35
Kamilliyə doğru Wap.IXLAS.Az
bir-birləri ilə dost olan həmin qruplar parçalanaraq iki düşmənə çevrildilər. Əgər onların bir qrupu da aradan getsə
yerdə qalan qrupun özü parçalanacaq və bir-birləri ilə düşmənçilik aparacaqdır. Bu proses yerdə iki nəfər qalana kimi
davam edəcək və əgər həmin iki nəfər tək olsalar və onların müqabilində üçüncü bir qüvvə olmasa, onlar bir-birləri ilə
döyüşməyə başlayacaqlar.
Bu nəzəriyyə tərəfdarlarının fikrincə bütün dostluq, səmimiyyət, sülh, insanlıq və birliklər bəşəriyyətə mövcud
düşmənçiliklər tərəfindən məcburi şəkildə qəbul etdirilib. Deməli, bunların nəzərlərinə əsasən, mübarizə və döyüş əsas
xarakter daşıyır və həmkarlıqlar ondan doğan və onun nəticəsində yaranmış bir ünsürdür.
Dostları ilə paylaş: |
|
|