36
Kamilliyə doğru Wap.IXLAS.Az
Bu, həmin abidin cavabıdır: O, deyir ki, şəhərdə pəri üzlü gözəllər var, əgər gözüm onlara sataşsa ixtiyarım, əlimdə
olmadığı üçün özümü saxlaya bilmərəm, buna görə də gəlib özümü mağarada həbs etmişəm.
«Bərəkəllah» bu kamala! İnsan kamala çatmaq üçün gedib özünü haradasa həbs etməlidirmi? Bu ki, kamal deyil!
Cənab Sə
᾽
di! Qur
᾽
an sizə ən gözəl hekayətləri nəql edib. Qur
᾽
anın ən gözəl hekayətlərindən biri Yusifin əhvalatıdır.
Yusifin əhvalatı Allahdan qorxub pis işlərdən çəkinənlərin və səbr edənlərin dastanıdır. Qur
᾽
an deyir ki, sən həm Yusif
ol, ləzzət almaq üçün lazım olan bütün imkan və şərait mövcud olsun və hətta qapı belə bağlı olsun, amma eyni halda öz
iffətini qoru və bağlı qapıları öz üzünə aç! Yusif subay və həddindən artıq çox gözəl bir gənc olub. O, qadınların dalına
düşməkdənsə, qadınlar onun dalına düşürmüşlər. Hər gün ona yüzlərlə məktub və sifariş göndərilirmiş və hər şeydən
üstünü bu olub ki, Misirin ən gözəl və tanınmış qadınları onun tam aşiq və vurğunu olublar. Züleyxa lazımı şəraiti
hazırlayaraq onu ölüm ilə hədələyərək deyib ki, ya məni arzuma çatdıracaqsan, ya da səni öldürəcəm, qanını tökəcəm.
Amma Yusif nə edir? O, Allaha əl açaraq belə deyir:
Dostları ilə paylaş: