MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə62/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   58   59   60   61   62   63   64   65   ...   158
Kamil insan

DİGƏR İKİ MƏKTƏB
Son iki-üç əsrdə bir sıra məktəblər yaranıbdır ki, onlarda fərdi cəhətlərə deyil, ictimai cəhətlərə daha çox meyl 
göstərilir. Onların biri «sinfi təbəqəyə bağlı olmayan insanı» kamil hesab edir və bildirir ki, insan hansısa təbəqədə, 
xüsusilə yüksək təbəqədə olsa həmişə naqis və eybli olacaqdır. Hətta deyirlər ki, ümumiyyətlə təbəqələrə bölünmüş 
cəmiyyətdə heç vaxt düz və sağlam insan mövcud ola bilməz. Bu məktəb insana yüksək dəyər vermədiyi üçün ideal 
kamil insana da çox inam bəsləmir. Bu məktəbin fikrincə kamil insan, təbəqəsiz və həmişə digər insanlarla bərabər 
vəziyyətdə yaşayan insandır.


ziləri isə insanın azadlıq və agahlığına daha çox tə

kid ediblər və onların, agahlıqdan məqsədləri ictimai şüurun 
inkişaf etdirilməsidir. Eksistanisializm məktəbi azadlıq, agahlıq və ictimai məs

uliyyətlərə daha çox tə

kid edir. Bu 
məktəbin fikrincə kamil insan azad, agah, vəzifəsinə əməl edən və məs

uliyyətli insandır. Azadlığın özü də qalmaqal və 
üsyan tələb edir ki, bunun özü də başqa bir məktəbdir.
MALİKİYYƏT MƏKTƏBİ
Burada başqa bir məktəb də vardır və o, qüdrət məktəbinə çox yaxın olan «malikiyyət» məktəbidir. Bunların 
fikrincə, «kamil insan filosof olmalıdır», «kamil insan Allaha çatmalıdır» və bu kimi digər sözlər mə

nasız ifadələr 
və fəlsəfi uydurmalardır. Əgər insanlıq kamalına çatmaq istəyirsənsə, bəhrə aparmağa, daha çox yiyələnməyə çalış, 
varlığın ne

mətlərindən nə qədər çox bəhrələnsən o qədər kamil insansan; ümumiyyətlə kamil insan bəhrələnən 
insandır. Buna görə də insan kamalının hikmətlə deyil, elmlə, elmin isə təbiətin tanımasından ibarət olmasını deyənlər 
və təbiətin tanınmasını ona hökmranlıq, onun insana xidməti və bəşərin ondan bəhrələnməsi üçün istəyənlərin sözləri, 
sonda bu nöqtəyə qayıdır ki, elmin insan üçün olan dəyəri zati deyil, vasitə xarakterlidir. Elm insan üçün ona görə 
yaxşıdır ki, o, insanın təbiətə hakim olmasında vasitə rolunu oynayır və təbiəti insana ram edir və o, təbiəti insana tabe 
etdikdə bəşər ondan daha yaxşı bəhrələnərək fayadalanır. Deməli, insanları kamala çatdırmaq istəyirsinizsə, onları 
təbiətdən bəhrələndirməyə çalışmalısınız. Təbiətdən bəhrələnməkdən başqa digər bir kamal yoxdur. Elmi bu qədər 
müqəddəsləşdirmək və ona zati dəyər və zati kamal qail olmağın hamısı boş şeylərdir. Elm vasitədən başqa bir şey 
deyil, elm bəşəriyyət üçün inəyin buynuzu və şirin dişləri kimidir.
Əvvəlcə dediyimiz kimi, bunlar bir sıra nəzərlərdir. Gələcək söhbətlərimizdə islamın bunların hər biri barəsindəki 
nəzərlərini geniş şəkildə açıqlayacaq, onun əql, eşq, qüdrət, ictimai məs

uliyyətlər və təbəqələrə bölünməmiş cəmiyyət 
barəsindəki baxışları və onları nə qədər dəyərləndirdiyini izah edəcəyik. Bunların hər biri geniş bəhslər tələb edir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə