MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə63/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   59   60   61   62   63   64   65   66   ...   158
Kamil insan

öLÜMLƏ ÜZLƏŞMƏ TƏRZİ
Burada ancaq bunu demək istəyirəm ki, insan kamalının təzahürlərindən biri onun ölümlə üzləşmə tərzidir. Çünki 
ölüm qoruxusu insanın ən böyük zəif nöqtələrindəndir və bəşərin alçalmaq, zillətlərə düçar olmaq kimi minlərlə 
bədbəxtlikləri bu qorxudan yaranır. Əgər insan ölümdən qorxmasa bütün həyatı dəyişər. Ən böyük insanlar ölümlə 
qarşılaşanda son dərəcə cəsurluqla, bəlkə ondan da artıq böyük hiss ilə – təbəssüm və gülərüzlə – ona tərəf gedənlərdir. 
(Əlbəttə məqsəd intihar deyil, hədəf yolunda olan ölümdür. Çünki onlar həyatda məs

uliyyət daşıdıqlarını hiss edirlər. 


38
Kamilliyə doğru Wap.IXLAS.Az
İntihar edən şəxs məs

uliyyətdən boyun qaçırır). Məs

uliyyətin yerinə yetirilməsi yolunda qarşıya çıxan ölüm səadət 
və xoşbəxtlikdir. Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə cansız həyatdan başqa bir şey hesab etmirəm. Allah 
övliyalarından başqa heç kəs ölümə bu cür yanaşdığını iddia edə bilməz. ölüm onlar üçün bir mənzildən digər bir 
mənzilə köçməkdən, imam Hüseyn (ə)-ın dili ilə desək, bir körpüdən keçməkdən başqa bir şey deyil. İmam Hüseyn (ə) 
Aşura günü sübh çağı ətrafındakılara belə buyurdu: 
«ölüm, üzərindən keçdiyimiz körpüdən başqa bir şey deyil! Ey 
mənim səhabələrim! Bizim qarşımızda bir körpü var və biz onun üzərindən keçməliyik, onun adı ölümdür, həmin 
körpünü keçəndən sonra təsəvvür edilməz yerə çatacağıq.» 
ölüm onlara yaxınlaşdıqca o həzrətin üzü daha da açılır, 
təbəssümlə dolurdu.
ömər Sə

din yanında olan və hadisələri yazanlardan biri imam Hüseyn (ə)-ın həyatının son anlarında, yə

ni döyüş 
qurtardıqda və o həzrət halsız vəziyyətdə meydanda yerdə qaldığı vaxtda savab etmək məqsədilə ömər Sə

din yanına 
gedib belə deyir: İcazə ver Hüseyn ibni Əliyə bir qurtum su aparım, onsuz da o getməlidir, bu suyu içib-içməməsinin 
sənə elə bir fərqi yoxdur. ömər Sə

d ona icazə verir. Amma həmin şəxs gedəndə görür ki, əvvəl və axır varlıqların 


nətlənmişi olan Şimr İmamın müqəddəs başını əlində gətirir. İmam Hüseynə su aparan şəxs deyir: Allaha and olsun 
ki, imamın üzündə olan təbəssüm məni onun qətli barəsində fikirləşməkdən yayındırdı. Yə

ni imam Hüseyn (ə)-ın başı 
kəsiləndə dodaqları gülürmüş.
Bəli, kamil insan o şəxsdir ki, hadisələr ona tə

sir etməsin. Əli (ə) iqtisadi baxımdan ən aşağı iş sayılan fəhləlikdən 
tutmuş ən yüksək vəzifə sayılan xəlifəliyə kimi olan mərhələləri keçmiş bir şəxsdir. Məşhur alimlərdən biri deyir: Əli 
(ə) Karl Marksın fəlsəfəsini puça çıxarıb. Çünki o həzrət daxmada, sarayda olduğu kimi və sarayda, daxmada olduğu 
kimi yaşayırdı. (Məqsəd əsl saray deyil). Demək istəyir ki, Əli (ə) fəhləlikdə də xəlifə olduğu kimi fikirləşirdi. Buna 
görə də onları kamil insan adlandırırlar.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə