|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanƏQLPƏRƏSTLƏRİN NƏZƏRLƏRİNİN XÜLASƏSİKamil insanƏQLPƏRƏSTLƏRİN NƏZƏRLƏRİNİN XÜLASƏSİ
Əvvəldə qeyd etdiyimiz kimi, qədim filosofların fikrincə insanın cövhəri və həqiqi «məni»i onun əqlidir. İnsanın
bədəni onun şəxsiyyətinin bir hissəsi olmadığı kimi, onun müxtəlif ruhi iste
᾽
dad və qüvvələri də onun həqiqi şəxsiyyətini
təşkil etmir. İnsanın həqiqi şəxsiyyəti onun düşünən qüvvəsidir. İnsan görən, təsəvvür edən, sevən, şəhvəti olan və
qəzəblənən deyil, fikirləşən varlıqdır. Bütün bunlar, fikirləşən varlığın əlində olan bir alət və vasitələrdir. İnsanın
cövhəri təfəkkürdür və kamil insan fikirləşməkdə kamil həddə çatmış insandır. Fikirləşmək və təfəkkürdə kamil həddə
çatmağın mə
᾽
nası isə budur ki, o, dünya və varlığı olduğu kimi dərk və kəşf etmiş olsun.
Bu məktəbdə insan cövhərinin və həqiqi «mən»in əql olmasından əlavə, başqa bir şey də diqqət mərkəzindədir və o
da budur ki, əql dünyanı olduğu kimi kəşf edə bilən, dünya gerçəkliklərini olduğu kimi əks etdirən və dünyanı düzgün
şəkildə özündə göstərmək bacarığına malik olan bir qüvvədir.
Bu nəzəriyyəni qəbul etmiş islam filosoflarının fikrincə, Qur
᾽
anda deyilmiş islami iman dünyanı ümumi şəkildə,
olduğu kimi tanımaq, dünyanın başlanğıcı, hərəkət, quruluş və hansı nöqtəyə qayıtmasını dərk etməkdən ibarətdir.
Onlar deyirlər ki, Qur
᾽
anda Allaha, varlığın vasitələri olan mələklərə, dünyanın məxluq olmasına, Allahın dünyanı boş
buraxmaması və hidayət etməsi, habelə bəşəriyyəti peyğəmbərlər vasitəsilə istiqamətləndirməsi və hər şeyin Allahdan
gəlməsi, Ona qayıdacağı və Mə
᾽
ad adlandırılan əslə iman bəsləməkdən məqsəd dünyanın tanınmasıdır və bundan
başqa bir məqsəd yoxdur. Bu filosoflar, həmişə öz təfsirlərində imanı fəlsəfi agahlıq və tanışlıq kimi izah edirlər. Onlar
deyirlər ki, iman mə
᾽
rifət və tanışlıqdır. Amma cüz
᾽
i mə
᾽
rifət olan elmi tanışlıq deyil, fəlsəfi və filosofların düşüncə və
tanışlığıdır. Fəlsəfi və ümumi mə
᾽
rifət dünyanın başlanğıc və sonunu, varlıqların dərəcələri və dünyanın ümumi hərəkət
və cərəyanlarını kəşf edib bilmək mə
᾽
nasındadır.
Dostları ilə paylaş: |
|
|