MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə69/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   65   66   67   68   69   70   71   72   ...   158
Kamil insan

«...O, [səcdə etməyə] 
təkəbbür göstərdi və kafirlərdən oldu». (Sad-74). 
İman filosofların dedikləri kimi, yalnız mə

rifət və tanımaq olsaydı, 
şeytan birinci mö

min olmalı idi, halbuki mö

min deyil. Çünki o, inadkar tanıyandır, yə

ni mə

rifət və tanımasına 
baxmayaraq, inad və müxalifət edir. Tanıdığı həqiqət müqabilində təslim olmur. Həmin həqiqətə rəğbəti yoxdur. Həmin 
həqiqətə əlaqə göstərmir və ona doğru hərəkət etmir. Deməli iman, təkcə tanımaq deyil. Buna görə də bizim filosofların 
çoxu Tin surəsinin ayələrinin birinin təfsirində səhvə yol veriblər. Həmin surə belədir:
«And olsun əncirə və zeytuna, and olsun Tur dağına, and olsun bu təhlükəsiz, qorxusuz-xətərsiz şəhərə ki, biz 
insanı ən gözəl biçimdə yaratdıq. Sonra da onu qaytarıb rəzillərin rəzili edirik! Yalnız iman gətirib yaxşı əməllər 
edənlərdən başqa!»
Filosoflar deyirlər ki, bu surənin 6-cı ayəsindəki 
«İlləl-ləzinə amənu»
(iman gətirənlərdən başqa) ifadəsindən məqsəd 
nəzəri hikmət, 
«Və əmilus-salihati»
(yaxşı əməllər edənlər) ifadəsindən məqsəd isə əməli hikmətdir. Bu düzgün deyil. 
«İlləl-ləzinə amənu»
ifadəsində nəzəri hikmətdən üstün şeylər vardır və nəzəri hikmət onun bir hissəsi və təməlidir, 
iman yalnız hikmət, elm və tanışlıq əldə etmək demək deyildir, onda mə

rifət və tanışlıqdan üstün şeylər vardır.
Biz bura kimi əql məktəbi barəsində üç məsələni açıqladıq. Onlardan biri budur ki, əql höccətdir, onun əldə etdiyi 
şeylər mö

təbərdir və o, düzgün agahlıq və bilik əldə edə bilər. İslam bu mətləbin düzgün olduğunu bildirib. İkinci 
məsələ bu idi ki, əql insanın yeganə cövhəridir. İslam bu məsələni təsdiq etmir. Üçüncü məsələ isə budur ki, islami 
iman əqlin həmin dərk, bilik və agahlığıdır və tanışlıqdan başqa bir şey deyil. İslam baxımından bu fikrin də düzgün 
olmamasını qeyd etmişdik.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə