|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan«O belə deyər: Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdinKamil insan«O belə deyər: Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin.
Allah buyurar: Elədir, amma sənə ayələrimiz [mö
᾽
cüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər] gəldi, sən isə
[özünün görməməzliyə vurub] onları unutdun [iman gətirmədin]. Bu gün eləcə də sən unudulacaqsan.»
(Taha 125-126).
Qiyamət günü məhşərə kor gətirilən bəndə e
᾽
tiraz edərək deyəcək: Ey Rəbbim! Nə üçün məni məhşərə kor halında
gətirdin, mənim dünyada gözüm görürdü, nə üçün burada kor olmuşam? Ona xitab olunacaq ki, dünyada malik olduğun
göz bura yaramır. Burada başqa göz lazımdır və sən özün həmin gözü dünyada kor edibsən, buna görə də burada korsan.
Bizim dünyada nişanələrimiz var idi. Sən, həmin nişanələrlə bizi görmək əvəzinə, bizi tanıyaraq həqiqəti dərk etmək
yerinə, orada onları kor etdin. Buna görə də həqiqət aləminə gəldiyin zaman, məhşərə kor gətirilirsən. Bu dünyada
yalnız həqiqi görüm faydalıdır.
Mütəffifin surəsində də belə buyurur:
«Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar.»
Allah-taala
peyğəmbərə göstəriş verir ki, onlardan əl çəksin. Həmin gün onların gözlərini tor və pərdə tutacaqdır, onlar görmək
üçün dünyada qəflət pərdəsini kənara çəkməli idilər. İmanın mə
᾽
nası budur: Ey insan, sən bura, bu dünyada gözünün o
o biri dünyanı görməsi və qulağının burada oranı eşitməsi üçün gəlmisən.
Mən dəfələrlə gənclərin dini ədəbiyyat, xüsusilə «Nəhcül-bəlağə»yə diqqət yetirmələrini görəndə sevindiyimi
bildirmişəm. Amma, yaddan çıxarmaq lazım deyil ki, sizlər «Nəhcül-bəlağə»nin bütün cəhətlərini görməmisiniz. Orada
göz və qulaqlar barəsində necə söhbət açdığına diqqət edin. «Nəhcül-bəlağə» imana əsas kimi baxır. Həzrət Əli (ə)
imanın yalnız təməl və e
᾽
tiqadi dəyər olmasını demir. O, deyir ki, iman təməli və e
᾽
tiqadi dəyərə malik olmaqla yanaşı,
həm də əsas dəyərə malikdir.
Əli (ə) «Nəhcül-bəlağə»də Allah əhli barəsində belə buyurur:
Dostları ilə paylaş: |
|
|