42
Kamilliyə doğru Wap.IXLAS.Az
ki, ona, bu zehni məhsulları üzərində qurması
üçün e
᾽
tiqadi təməl vermək lazımdırmı?
Bu eyni ilə bir bina, salon və ev tikmək istəyən şəxsə bənzəyir. Həmin şəxsin hədəf və məqsədi dörd divar, bir tavan,
qapı, pəncərə və s. şeylərə malik olan bir salon tikməkdir. Hər hansı bir tikinti, o cümlədən bu salonun tikilməsində
görüləcək ilk iş, yə
᾽
ni yerin qazılması və tikinti təməlinin tökülməsi həmin şəxsin hədəf və məqsədindən xaricdir,
amma tikiləcək salonun möhkəmliyi və titrəyərək uçmaması üçün həmin işin görülməsi zəruridir.
Məsələn, kommunizm materializmə arxalanan və materialist fikirləri üzərində qurulmuş bir sıra e
᾽
tiqadi əsaslara
malikdir. Onun, həmçinin bir sıra ictimai, siyasi, iqtisadi və əxlaqi əsasları vardır ki, həmin e
᾽
tiqadi əsaslar fikri quruluş
baxımından bu əsaslar üçün təməldirlər. Amma kommunist şəxs üçün həmin fikri əsaslar hədəf deyildir. Doğrudan
da kommunist üçün materializm hədəf deyil və bu onun üçün əsas məqsəd sayılmır. Amma o, səhvən belə fikirləşir
ki, materializmsiz bu ictimai, siyasi, iqtisadi və əxlaqi əsasları heç cür yozmaq mümkün deyildir. Buna görə də bu
əsasları yozmaq üçün həmin fikri əsasları qəbul edir. Son zamanlar dünyada olan kommunistlərin çoxu materializmi
kommunizmdən ayırmağa başlayıblar. Onlar deyirlər ki, materializm nəinki bizim üçün əsas deyil, bəlkə bizim onu
inkaredilməz əsas kimi qəbul etməyimizin heç bir lüzumu yoxdur, biz hətta materializmsiz olsa belə, kommunizmi
istəyirik. İndi dünyanın bə
᾽
zi yerlərində kommunist başçıları dinlə mübarizəni yavaş-yavaş azaltmağa başlayıblar. Bunun
səbəbi odur ki, həmin fikri əsaslara inam onlar üçün əsas deyil. Həmin fikri əsaslar yalnız e
᾽
tiqadi baza və fikri təməldir.
Dünyagörüşü olmadan ideologiya qurmaq mümkün olmadığı üçün, bu dünyagörüşünü onun altında qururlar. Bundan
məqsəd öz ideologiyalarını həmin dünyagörüşü üzərində qurmaqdır. Amma əsas və hədəf ideologiyanın özüdür.
Bu məsələ islamda necədir? İslam da, Allah, mələklər, peyğəmbər, övliyalar və mə
᾽
ada iman bəsləməyi fikri və
e
᾽
tiqadi təməl təqdim etmək üçün irəli sürübmü? İslam, ideologiyasının fikri əsaslar üzərində qurmaq üçün bu fikri
əsasları irəli sürüb və əslində, əsas hədəf ideologiyadır və bu fikri əsaslar əsassızdırlar? Yaxud bu fikri əsasların özləri
də əsasdırlar? Bu sualın cavabı budur ki, həmin fikri əsaslar islam ideologiyasının e
᾽
tiqadi təməli olmaqla yanaşı, təməl
dəyərinə malik deyillər. İslam da, iman və e
᾽
tiqadi təməldir və islam ideologiyası həmin iman üzərində qurulur, amma
iman təməl dəyərinə malik olmaqla yanaşı həm də əsasdır. (Yə
᾽
ni hədəf də sayılır).
Deməli burada filosoflar haqlıdırlar və imanın dəyəri onun əmələ müqəddimə olmasına görə deyildir, onun özü
əsasdır. Hər şey əməl, fəaliyyət və sə
᾽
ydən ibarət deyil. Əgər imanı əməldən ayırsaq onun bir sütununu xarab etmiş
olarıq. Həmçinin əməlin imandan ayrılması onun sütunlarından birini xarab etmək deməkdir. Qur
᾽
an həmişə «iman
gətirib yaxşı əməl edənlər...» deyir. İman əməlsiz olsa, səadətin rükunlarından biri var, digəri isə yoxdur. Əməli əsas
kimi tutub, imanı buraxmaq da düz deyil. Səadət çadırı bir sütun üzərində dayanmır. İslam baxımından imanın zatı
dəyəri var və onun özü əsasdır. Doğrudan da insanın bu dünya, xüsusilə axirət dünyasındakı kamalı onun imanlı olması
ilədir. Çünki islamda ruh doğrudan da müstəqildir, özünün kamalı var və o, insan öləndən sonra da qalacaqdır. Ruh öz
kamilliklərinə çatmasa naqis olur və səadətə nail ola bilmir.
Dostları ilə paylaş: