MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Allahın iki höccət və peyğəmbəri



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə68/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   64   65   66   67   68   69   70   71   ...   158
Kamil insan

«Allahın iki höccət və peyğəmbəri 
var. Peyğəmbərlərin biri batinidir və o, insanın əqlidir, digəri isə insan olmuş və bəşəriyyəti (düz yola) çağırmış 
aşkar peyğəmbərlərdir. Allahın iki höccəti var və onlar bir-birlərini tamamlayaraq təkmilləşdirirlər. Yə

ni bəşər, 
peyğəmbərlər olmadan təkcə əql ilə səadət yolunu gedə bilməz. Həmçinin əgər peyğəmbərlər tək olsalar və əql 
olmasa, insan yenə də səadət yolunu gedə bilməz. Əql və peyğəmbər hər ikisi bir-birilə bir iş görürlər.»
Əqli himayə 
etməkdə bundan ali söz tapıb demək mümkün deyildir.
Belə ibarətlər çoxdur və siz onları çox eşitmisiniz. Məsələn: 
«Ağıllı adamın yuxusu nadan adamın ibadətindən 
üstündür», «Ağıllı adamın yemək yeməsi nadanın orucundan üstündür», «Allah hər bir peyğəmbəri göndərməmişdən 
əvvəl həmin peyğəmbərin əqlini kamala yetirib, belə ki, onun əqlini ümmətinin hamısının əqlindən daha kamil 
edib.» Biz həzrət Peyğəmbəri (s) «kamil ağıl» adlandırırıq. və s.
Bu, xristianlığın zövqü ilə heç cür düz gəlmir. Çünki bu dində əql ilə din ayrı-ayrı şeylərdir. Amma biz öz 
peyğəmbərimizi «kamil ağıl» adlandırırıq.
Deməli, əqlin agahlıq əldə etməkdə əsilliyi və onun höccət olması, yə

ni filosofların nəzəriyyələrinin bir hissəsində 
deyilən mətləb – əqlin düzgün və həqiqi agahlıqlar əldə edə bilməsi məsələsi – bura kimi islam tərəfindən qəti surətdə 
təsdiq edilib.
ƏQL MƏKTƏBİNƏ TUTULMUŞ İKİ İRAD
Filosofların fikrincə insanın cövhəri yalnız onun əqlidir və qalan şeylərin hamısı onun üçün alət və vasitədirlər. 
Onlar deyirlər ki, əgər bizə bədən, göz, qulaq, hafizə, xəyal, vahimə və hər hansı bir başqa qüvvə verilibsə, onlar bizim 
zatımız üçün vasitədirlər və bizim zatımız da həmin əqldir.
Biz islamda bu məsələni təsdiqləyəcək bir mətləb tapa bilərikmi? Xeyir, biz islamdan insanın cövhərinin yalnız 
əql olması məsələsini təsdiqləyəcək bir şey gətirə bilmərik. İslam, əqli insan vücudunun hamısı və onun bütün varlığı 
hesab edən nəzəriyyələri deyil, onu insan vücudunun bir hissəsi hesab edən fikirləri təsdiq edir. Üçüncü mətləb budur 
ki, bizim fəlsəfi kitablarımız, adətən imanı «mə

rifət və tanımaq» kimi izah edirlər. Onlar deyirlər ki, islamda imanın 


nası ancaq mə

rifətdir, Allaha iman gətirmək Onu tanımaq deməkdir və peyğəmbər, mələklər və mə

ada iman da 
həmin mə

nadadır. Qur

anın harasında iman kəlməsi işlənibsə, mə

nası mə

rifət və agahlıqdır və onun bundan başqa 


41
Kamilliyə doğru Wap.IXLAS.Az
heç bir mə

nası yoxdur.
Bu mətləb islamın dedikləri ilə heç cür düz gəlmir. İman, islamda mə

rifət və tanışlıqdan artıq bir həqiqətə malikdir. 
Tanımaq bilməkdir. Astronom ulduzu, sosioloq cəmiyyəti, psixoloq ruhu, baytar heyvanı tanıdığı kimi su mütəxəssisi 
də suyu tanıyır. «Tanıyır», yə

ni həmin şey ona aydındır və o, həmin şeyi dərk edir. Məgər Qur

andakı imanın mə

nası 
yalnız tanımaqdır? Allaha iman gətirməyin mə

nası, Onu yalnız dərk etməkdirmi? Xeyir! Tanımağın imanın əsaslarından 
və onun hissələrindən biri olması və onsuz olan imanın, iman olmaması düzgün fikirdir, amma quru mə

rifət və tanışlıq 
da iman deyil. İman rəğbət və təslimdir, onda tə

zim, bağlılıq və məhəbbət ünsürləri də vardır, amma tanışlıqda rəğbət 
və meyl məsələsi yoxdur.
Bir nəfərin astronom olması, onun ulduza rəğbət və meyl göstərməsi demək deyil, o, sadəcə olaraq ulduzu tanıyır. 
Həmçinin kiminsə şaxtaçı və ya su mütəxəssisi olması onun mə

dən və suya rəğbət bəsləməsi mə

nasını vermir. 
Çünki insanın, çox nifrət etdiyi bir şeyi tanıması da mümkündür. Bə

zən kimsə siyasət aləmində düşmənini özündən 
yaxşı tanıyır. Məsələn, İsraildə olan ərəbşünas, müsəlmanşünas və hətta islamşünasların sayı müsəlmanlar arasında 
həmin sahələrlə məşğul olanlardan çox ola bilər. İsraildə olan Misirşünas, Suriyaşünas və Əlcəzairşünasların sayını 
İrandakılardan çox olması qətidir. Ümumiyyətlə, bəlkə də İranda bir nəfər belə həqiqi Misirşünas yoxdur, amma onlarda 
həmin işlə məşğul olanların sayı yüzlərlədir. Misirdə də İranşünaslıq çoxdur. İndi, İsrailin Misiri tanımasının mə

nası 
onun İsrailə meyl və rəğbəti olması mə

nasındadırmı? Xeyir, belə deyil, bəlkə məsələ tamamilə əksinədir və onlar bir-
birlərinə nifrət bəsləyirlər.
İslam alimləri, filosofların iddialarının əksinə olaraq, islam imanının yalnız mə

rifət və tanışlıqdan ibarət olmasının 
dəlilinin, Qur

anın ən yaxşı tanıyanlardan ən yaxşı nümunələr gətirməsi olduğunu bildirirlər. Bu ilahi kitab Allah, 
peyğəmbərlər, ilahi höccətlər və mə

adı ən yüksək və ali səviyyədə tanıyan bir məxluqu misal gətirib ki, o, bütün 
bunlara baxmayaraq müsəlman deyil, kafirdir. O, hansı məxluqdur? Şeytan! Şeytan Allahı tanıyır, yoxsa Onu inkar edir 
və materialistdir? O, Allahı biz və sizdən çox yaxşı tanıyır, neçə min il də Allaha ibadət edib. Qur

an bizə mələklərə 
iman gətirməyimizi deyir. Şeytan mələkləri tanıyır ya yox? Bəli tanıyır. O, minlərlə il mələklərlə bir sırada dayanıb 
və Cəbraili mən və sizdən çox-çox yaxşı tanıyır. Peyğəmbərləri necə? O, peyğəmbərlərin peyğəmbər və ilahi elçilər 
olduqlarını bilir ya yox? Bəli, o, peyğəmbərlərin hamısını bizdən yaxşı tanıyır. Mə

adı da həmçinin! Allahla həmişə 
qiyamət barəsində danışır. Əgər belədirsə, bəs nə üçün Qur

an onu kafir adlandıraraq belə buyurur: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə