37
Kamilliyə doğru Wap.IXLAS.Az
kitabın adı «Budur mənim dinim»-dir. Qandi bu kitabda deyir: «Mən Opanişadhanı oxuyanda üç şeyi başa düşdüm
ki, bu üç şey mənim üçün bir ömürlük həyat dərsidir.» Qandinin qeyd etdiyi birinci əsas budur: «Dünyada yalnız bir
həqiqət var və o, özünü tanımaqdır.» «özünü tanı!» Qandi bu mətləb əsasında əcnəbi dünyaya çox gözəl hücum edərək
belə deyib: «Əcnəbilər dünyanı tanıyıb, amma özlərini tanımayıblar, özlərini tanımadıqları üçün də həm özlərini, həm
də dünyanı bədbəxt ediblər.» O, bu söhbətində çox gözəl və ali sözlər deyib.
İkinci əsas budur ki, «özünü tanıyan həm Allahı və həm də başqalarını tanıyacaq.»
Üçüncü əsas isə budur: «Yalnız bir qüvvə, azadlıq və ədalət mövcuddur və o, özünə hakimlik qüvvəsidir. Kim
özünə hökmranlıq etsə və özünü idarə edə bilsə, digər əşyalara da hökmranlıq edəcəkdir və bu, düzgün hökmranlıqdır.
Dünyada yalnız bir yaxşılıq var və o, insanın başqalarını da özü kimi sevməsidir. Başqa sözlə desək, başqalarına da
özümüz kimi baxmalıyıq.»
Bildiyimiz kimi, Hind fəlsəfəsində «əməllərə diqqət» və «özünə qapılmaq» kimi məsələlər vardır. Əlbəttə hal-
hazırda o mürəkkəbləşərək bir sıra çətin və qəribə məşğələlər, tə
᾽
limlələr və yoqa əməlləri şəklini alıb ki, mənim
məqsədim bunlar deyildir. Hind fəlsəfəsinin əsası özünü tanıma, əməllərə diqqət, təxəyyülün uzaqlaşdırılması və öz
həqiqətinin kəşfidir və burada insanın özünü tanımasından məhəbbət yaranır.
Deməli, bu məktəbin fikrincə kamil insan özünü tanıyan insandır ki, əgər o, özünü tanısa, özünə hökmranlıq edər
və özünə hökmranlıq etsə, onda digərlərinə qarşı məhəbbət yaranar. İndi bu məktəbin adını istəyirsiniz «məhəbbət»
məktəbi qoyun, istəyirsiniz də «tanışlıq və mə
᾽
rifət!»
Dostları ilə paylaş: