30
Kamilliyə doğru Wap.IXLAS.Az
özünəməxsus xüsusiyyətə malik olub.
Peyğəmbərin (s) vəfatından xilafətə qədər olan 25 illik iztirablı həyat;
Əli (ə)-ın həyatının digər bir mərhələsi də vardır ki, təqribən iki gün davam etmişdir. Bu, o həzrətin zərbətlənməsindən
vəfatına kimi olan müddəti əhatə edir. Onun kamil insan olması burada, yə
᾽
ni ölümlə üzləşdiyi anda aşkar olur. Əli (ə)
ölümlə üzləşərkən göstərdiyi ilk əksül-əməl nədən ibarət olub?
Qılınc, o həzrətin mübarək başına dəyəndə ondan iki cümlə eşidilib. Həmin cümlələrin biri «bu şəxsi tutun», ikincisi
isə «Kə
᾽
bənin Rəbbinə and olsun ki, muradıma nail oldum» yə
᾽
ni şəhadətə çatdım, şəhadət mənim üçün böyük səadət
və uğurdur sözləri olub.
Əli (ə)-ı gətirib yatağında uzatdılar. Onun yarasını müalicə etmək üçün Kufədə yaşayan adlı-sanlı təbib Əsir ibni
Əmri gətirdilər. Təbib dövrün mövcud müalicə və müayinə üsulları ilə o həzrəti yoxladı və qılıncın zəhərlə suvarıldığını
və onun qana keçdiyini başa düşdü. Buna görə də bu dərdin əlacsız olduğunu bildirdi.
Adətən əlacsız xəstənin dərdinin düzəlməyəcəyini onun özünə deyil, yaxın adamlarına deyirlər. Amma o bilirdi ki,
Əli (ə)-ın vəziyyətini ilk növbədə onun özünə demək lazımdır. Buna görə də belə dedi: Ey Əmirəl-mö
᾽
minin, vəsiyyətin
varsa buyur!
Ummu Kulsum əzəli və əbədi lə
᾽
nət sahibi olan İbni Mülcəmi görəndə ona belə deyir:
Dostları ilə paylaş: