|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanvə pis işlərdən çəkindirir...»
(Ənkəbut-45).
Bəli düzgün namazın xüsusiyyəti budur ki, o, insanı pis və çirkin işlərdən çəkindirir. Əgər namaz qılır və eyni
zamanda günah edirsənsə, namazının namaz olmadığını bil, namazını düzəlt! Namazın düzgün namaz olsa o, səni bütün
dəyərlərə çatdıracaqdır.
Bütün dərs və ibrətləri Əli (ə)-dan almalıyıq. O, bütün islami dəyərləri bir yerdə cəm etmiş toplumdur. Nəhcül-bəlağə
Əli (ə)-ın sözləri toplanmış kitabın adıdır. Bu elə bir kitabdır ki, adam onun harasına baxırsa, yeni bir məntiqlə rastlaşır,
yə
᾽
ni bundan əvvəl danışan şəxsin deyil, başqa bir insanın danışdığını güman edirsən. O, Nəhcül-bəlağənin hər yerində
əvvəlkindən fərqli, yeni bir şəxsiyyət, yə
᾽
ni bütün insani dəyərlərə malik olan bir şəxsiyyətdir. O, bir yerdə ancaq
qəhrəmanlıq məntiqinə əsaslanır. Sanki uşaqlıq dövründən sonra hərbiçilik məktəbindən təhsil alıb və hərbi rütbələri
keçərək bir komandan olub və hərbi komandanlıq məsələlərindən başqa heç nə bilmir; yalnız hərbi qəhrəmanlıqla dolu
bir ruha malikdir. Başqa bir yerdə isə həmin Əlini aşiqcəsinə olan münacatdan başqa heç nəyə diqqət etməyən arif kimi
görürük.
ƏLİ MÜRÜVVƏTİ
Bu gün Ramazan ayının 21-ci gecəsidir. İslamın məntiqi ilə tanış olmağımız üçün Nəhcül-bəlağədən bu iki məsələyə
aid iki qısa ibarə oxuyuram. Müaviyə və Əli (ə)-ın qoşunları Fərat kənarında bir-birləri ilə üzləşirlər. Müaviyə göstəriş
verir ki, onun döyüşçüləri tez, Əli (ə) və onun qoşunu çatmamış suyu onların üzünə bağlasınlar. Bu göstəriş Müaviyənin
ətrafındakıları çox sevindirir. öz-özlərində fikirləşirlər ki, yaxşı vasitədən istifadə etdik, çünki Əlinin qoşunu çatanda su
əldə edə bilməyəcək və nəticədə qaçmaq məcburiyyəti qarşısında qalacaqdır.
Əli (ə) məsələdən xəbərdar olanda belə buyurur: Əvvəlcə müzakirə aparaq, bəlkə məsələni bu yolla həll edə bildik.
(Necə deyərlər əl ilə açıla bilən düyünü dişlə açmayaq.)
Elə bir iş görək ki, iki müsəlman dəstəsi arasında döyüş baş verməsin və qan tökülməsinin qarşısı alınsın. Sonra
Müaviyəyə xitab edərək belə deyir: Sən biz çatmamış belə işə əl atmısan! Müaviyə döyüş şurası yaradaraq məsələni
öz əsgər və sərkərdələri ilə müzakirə edərək belə deyir: Siz nə məsləhət görürsünüz? Onları su içməyə azad qoyaq ya
yox? Bə
᾽
ziləri suyun azad buraxılmasına, bə
᾽
ziləri isə bunun əksini bildirdilər. Əmr As dedi: Azad qoyun, çünki azad
qoymasanız zor gücünə suyu sizdən alacaqlar və sizin abrınız gedəcək. Axır ki, Əli (ə)-ın qoşununu azad su içməyə
buraxmadılar və onu müharibəyə girişmək məcburiyyəti qarşısında qoydular. Belə bir vəziyyətdə Əli (ə) öz qoşunu
qarşısında tə
᾽
siri minlərlə təbil, şeypur, hərbi nəğmə və marşdan yüksək olan belə bir xütbə oxudu:
Dostları ilə paylaş: |
|
|