KAMİL İNSAN İFADƏSİNİN TARİXİ Hicri-qəməri tarixinin yeddinci əsrinə kimi islam ədəbiyyatında «kamil insan» ifadəsi mövcud olmayıb. Amma bu
termin bu gün Avropada da çox geniş işlədilir. Bu termin islam dünyasında ilk dəfə insan barəsində işlədilib. İnsan
barəsində bu ifadəni ilk dəfə məşhur arif Mühyiddin Ərəbi işlədib. Mühyiddin Ərəbi islam irfanının atası hesab olunur.
Belə ki, yeddinci əsrdən sonra bütün müsəlman xalqlarından olmuş ariflər, Mühyiddin məktəbinin şagirdləridir. Mövlana
Cəlaləddin Rumi də Mühyiddin məktəbinin yetişdirmələrindən sayılır. O, bütün əzəmət və böyüklüyünə baxmayaraq,
irfan baxımından Mühyiddinlə müqayisə oluna bilməz. Mühyiddin Ərəbi, ərəb soyludur və Hatəm Tayinin nəslindən
olub. O, vaxtı ilə müsəlman ölkəsi olmuş Andalos (indiki İspaniya) əhalisindən olub. Bu böyük arif bütün islam ölkələrinə
səfərlər edib və sonda, Şamda vəfat edib. Onun qəbri Dəməşq şəhərindədir. Mühyiddinin Sədrəddin Konyəvi adlı şagirdi
olub ki, ondan sonra ən böyük arif hesab edilir. İslam irfanının həddindən artıq elmi şəkil alması Mühyiddinin işləri və
Sədrəddinin şərhlərinin məhsuludur. Türkiyənin Konya şəhərindən olan Sədrəddin Mühyiddinin oğulluğu sayılır. Belə
ki, Mühyiddin Sədrəddinin həm ustadı, həm də anasının əri olub. Mövlana Sədrəddinin müasirlərindən olub. Sədrəddin
məsciddə pişnamaz olan zaman Mövlana həmin məscidə gedərək namazda ona iqtida edirmiş. Mühyiddinin fikirləri
Sədrəddin vasitəsi ilə Mövlanaya çatdırılıb.
Onun irəli sürdüyü məsələlərdən biri «kamil insan» məsələsi olub. Əlbəttə o, bu məsələni irfan baxımından irəli
sürüb. Başqaları da öz baxışları ilə «kamil insan» barəsində bir sıra sözlər deyiblər. Amma «kamil insan» ifadəsi ilə ilk
dəfə bu məsələni irəli sürən şəxs, Mühyiddin Ərəbi olub. Biz kamil insanın, Qur
᾽
an baxımından necə olmasını bilmək
istəyirik. Söhbətimizi sonrakı mərhələlərə çatdırmaq üçün tam və naqis insanla başlayırıq.