7
Kamilliyə doğru Wap.IXLAS.Az
MƏSX OLMUŞ İNSAN
Məsx olma çox mühüm məsələlərdəndir. Məsx nə deməkdir? Yəqin ki, keçmiş ümmətlər içərisində çoxlu günahlar
etdikləri üçün zəmanə peyğəmbərlərinin nifrinlərinə düçar olaraq məsx olmuş insanlar
barəsindəki hekayətləri
eşitmisiniz. Belə ki, onlar meymun, canavar, ayı və digər heyvanlara çevriliblər. Buna məsx deyirlər. Bu məsx necə
olur? Doğrudan da insanlar məsx olaraq heyvana çevriliblərmi? Məsələnin izahı belədir ki, əgər insanın cismi baxımdan
məsx olmasını bə
᾽
ziləri yalnız fərziyyə olaraq qəbul etsələr də belə, onun mə
᾽
nəvi və ruhi cəhətdən heyvana çevrilməsi
qəti və inkar edilməz bir məsələdir. Hətta insan elə bir heyvana çevrilə bilər ki, dünyada pislik və çirkinlik baxımından
misli olmasın. Qur
᾽
an bu qism insanlar barəsində belə buyurub:
«...Onlar heyvan kimidirlər, bəlkə də, [ondan] daha çox zəlalətdədirlər. Qafil olanlar da onlardır!» (Ə
᾽
raf-179).
Bu ayə heyvanlardan da alçaq və rəzil insanlar barəsindədir. İnsanın, doğrudan da ruhi baxımdan heyvana çevrilməsi
mümkündürmü? Bəli! Çünki insanın şəxsiyyəti, onun əxlaqi və ruhi xüsusiyyətləri ilə bağlıdır. Əgər insanın ruhi və
əxlaqi xüsusiyyətləri bir heyvan və vəhşinin xüsusiyyət və sifətləri kimi olsa o, doğrudan da məsx olub. Belə ki, onun
ruhu həqiqətən məsx olaraq heyvana çevrilib. Donuzun cismi onun ruhi ilə münasibdir və insanın bütün xislətlərinin
donuz xisləti olması mümkündür. Belə bir həddə çatmış insan insanlıqdan çıxıb və əsil
həqiqətlər görünən ruhlar
aləmində doğrudan da başqa şey deyil, məhz donuzdur. Deməli, naqis insan bə
᾽
zən məsx olmuş insan mərhələsinə çatır.
Biz belə şeyləri az eşidirik və bəlkə də bə
᾽
ziləri, bunların mə
᾽
cazi mə
᾽
na daşıdığını fikirləşirlər. Amma bütün bunlar
həqiqətdir.
Bir
nəfər nəql edir ki, imam Zeynul-abidin (ə) ilə Ərəfat səhrasında idik. Yuxarıdan baxanda səhrada hacıların
izdihamını gördüm. İmama dedim ki, Allaha şükr olsun, bu il həcc ziyarətinə gələnlərin sayı çoxdur. İmam mənim
cavabımda dedi:
Dostları ilə paylaş: