6
Kamilliyə doğru Wap.IXLAS.Az
çoxu nəsibsizlik və uğursuzluqlardan nəş
᾽
ət tapır. Bildiyiniz kimi Fervid, hədsiz dərəcədə bu məsələyə, xüsusilə cinsi
məsələlərə tə
᾽
kid edir. Hər halda insanın nəsibsizlik və məhrumiyyətlərinin onda bir çox xəstəliklər yaratması əsaslı
məsələlərdən biridir. Kin-küdurət nədir? Bu elə bir hissdir ki, insan kimə qarşı kin bəsləsə, ondan intiqam almaq istəyir
və onu qana bulaşdırmayınca sakitləşmir. İnsanda olan bu intiqam hissi nədir?
Həsəd hissi keçirən insan başqalarının ne
᾽
mət və rifahda yaşamalarını gördükdə yeganə arzusu həmin ne
᾽
mətlərin,
sahiblərinin əllərindən çıxması olur, o, özü barəsində fikirləşmir. Sağlam insanda həsəd və paxıllıq hissi deyil, qibtə
olur. Qibtə edən şəxs həmişə özü barəsində fikirləşərək qabaqcıl olmasını istəyir. Əgər şəxs özünün qabaqcıl olmasını
istəsə və bu barədə fikirləşsə o, sağlam insandır. Bu, eyb və nöqsan sayılmır. Amma həmişə, başqalarının geridə qalması
barəsində fikirləşən şəxs xəstədir. Paxıl insanlar hətta elə bir dərəcəyə çatırlar ki, özlərinə yüz dərəcə ziyan dəymək
bahasına olsa da, başqalarına əlli dərəcə ziyan yetirmək fikrində olurlar.
Dostları ilə paylaş: