88
Kamilliyə doğru Wap.IXLAS.Az
Bu məktəb bu gün çox yayılmış məktəblərdəndir və demək olar ki, insani dəyərlər və kamil insan üçün çəkdiyi
cizgilər baxımından sosializmin müqabil və əks nöqtəsidir. Sosializm məktəbində ictimai cəhətlərə çox diqqət yetirilib.
Sosializm baxımından insan, bütün insanlar arasında bərabərlik və vəhdət bərqərar edildikdə kamil olur. Onların
müştərək
və kollektiv mülkiyyətə tə
᾽
kid etmələri də ümumi və ictimai cəhətlərə diqqət etmələri səbəbindən olur.
Eksistansializm məktəbində isə ictimai deyil, fərdi cəhətlərə malik dəyərlərə diqqət edilir. Bu məktəb iradə azadlığı,
düşüncə azadlığı, insanın özünə hakimiyyəti və müstəqilliyi məsələsinə çox tə
᾽
kid edir. Bu məktəb deyir ki, hər bir
icbardan azad olan, heç bir qüdrətin tə
᾽
siri altında olmayan, tam azad həyat tərzi keçirən və azad iradəyə malik insan,
kamil insandır. Bu məktəbin fikrincə insanlığın əsas me
᾽
yarı azadlıqdır. Onların agahlıq demələri də onun azadlığın
müqəddiməsi olmasına görədir. Deyirlər ki, «kamil insan» azad insandır və insan nə qədər çox azad olsa, bir o qədər
kamildir. O, digər amillərin tə
᾽
siri altında nə qədər çox olsa, insanlığı bir o qədər azalar. Bu məktəb tərəfdarlarının
fikrincə, Allaha inam, e
᾽
tiqad və bəndəçilik onun insanlığını sındırır. Onlar deyirlər ki, bu qism inam və e
᾽
tiqadlar insanı
Allah müqabilində təslim olmağa vadar edir və Allaha bəndəçilik insanın azadlığını əlindən alır. İnsanın kamilliyi onun
azadlığında olduğu və kamil insan, bütün şeylərdən azad olmalı olduğu üçün insan, hətta dini əsirlik və tabeçiliklərdən
də azad olmalıdır. Hafiz deyir:
Dostları ilə paylaş: