İMAN «MƏN»LƏRİN «BİZ» OLMA YOLUDUR
Digər bir məsələ isə budur ki, əvvəldə «O»na çevrilmiş «mən» gerçək və həqiqi «biz» ola bilər. Bu ariflərin
nəzəriyyəsindəki mətləbdir. Əvvəlcə «O» olmamış, «mən» «bizə» çevrilə bilməz. «Mən»lərin «biz» olma yolu
onların, əvvəlcə «O» olmaları, yə
᾽
ni Allaha iman gətirmələridir.
«[Ya Məhəmməd!] Söylə: «Ey kitab əhli, sizinlə
bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin!» [O bu kəlmədir ki:] Allahdan başqasına ibadət etməyək. Ona
şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] rəbb qəbul etməyək!...»
Bu ayədə kitab əhlinə xitab edilib.
Ey kitab əhli! Ey yəhudi, xristian, zərdüşt və atəşpərəstlər! Gəlin hamımız bir kəlmə və həqiqət ətrafında toplaşaq,
hamımızın arasında eyni olan bir həqiqət ətrafında! Siz Qur
᾽
anın ifadələrinin incəliyinə diqqət edin. Buyurur ki, O, elə
bir həqiqətdir ki, nə mənim, nə sənin, nə bizim və nə də sizindir. O, bizim hamımızındır, həm siz və həm də biz onda
şərikik. O, bizim hər ikimizə, hamımıza aiddir. Peyğəmbər buyurur ki, Allah hamınındır və mən iddia edə bilmərəm
ki, O, xristianın, yəhudinin, zərdüştin və bütpərəstin də Allahı deyil, yalnız mənim Allahımdır. O, hamının Allahıdır və
hamıya məxsusdur. İnsanın Ona mənsub olması, «mən» yaradaraq aralarda sərhəd çəkən məhdud şeyə bağlılığı kimi
deyildir. O, mən və sənin bağlandığımız zaman çəkişmə və vuruşmalara səbəb olan pul deyil. O, elə bir həqiqətdir ki,
eyni anda hamını özündə birləşdirə bilir. Gəlin hamımız «biz» olaq! Hansı yolla? Vahid iman, ideya və kəlmə – Allah
kəlməsi və Ona iman vasitəsilə! Gəlin hamımız «biz» olaq, amma bundan əvvəl hamımız «o» olmalıyıq. Hamımız
«o» olduqdan, yə
᾽
ni bu «mən»lər onun müqabilində yoxa çıxdıqdan və hamımız bir rəng – «o»nun rəngində olduqdan
sonra «biz» ola bilərik. Bizim və sizin aramızda eyni və bərabər olan bir kəlməyə tərəf gəlin! İslam Peyğəmbəri əgər
hamının «biz» olması üçün ərəb dilini öyrənməsini təklif etsəydi, fars dili deyərdi ki, nə üçün ərəb dili? Gəlin hamımız
fars dilini öyrənək. Fransalı deyərdi ki, nə üçün ərəb dili? Həmin dil fransız dili olsun. Ərəb dili hamının onda bərabər
ola bilməsi mümkün olan şey deyil. Ərəb, fars, türk, fransız və s. dillərin hər biri bir xalqa məxsusdur. Bir çox digər
şeylər də belədir.
Amma hamının olan və heç kəsə məxsus olmayan həqiqət bizim Allahımızdır. Bəli, mütləq həqiqət, hamımızı və
dünyanı yaradan və son dönüş nöqtəsi olan Allah hamınındır, gəlin Ona tərəf tələsək, təkcə Ona itaət edək və heç nəyi
Ona şərik qoşmayaq. Sonra buyurur ki, Allahı qoyub bir-birimizi özümüzə Rəbb etməyək! Biz «Ona» tərəf gedərək «o»
olduqdan sonra «biz» ola bilərik. Belə olan surətdə bir-birimizi özümüzə Rəbb, yə
᾽
ni Allah seçməyək. Ağalıq-nökərlik,
istismarçı-istismar olunan, yuxarı-aşağı söhbəti də aradan götürülsün, yığışdırılsın, amma oradan başlamaq, yə
᾽
ni ayədə
deyilən yerdən başlamaq şərti ilə! Gördüyümüz kimi, Qur
᾽
an «biz» tərəfdarıdır və həmişə «biz»dən söhbət edir.
Namazda Allahı sitayiş edərək Ona həmd etdikdən, yə
᾽
ni
Dostları ilə paylaş: |