MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


BU MƏKTƏBİN İNSANIN ALLAHLA ƏLAQƏSİ BARƏSİNDƏKİ SƏHVİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə150/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   146   147   148   149   150   151   152   153   ...   158
Kamil insan

BU MƏKTƏBİN İNSANIN ALLAHLA ƏLAQƏSİ BARƏSİNDƏKİ SƏHVİ
Cənab Sarter! Allah iki səbəbə görə insana yad deyil. Birincisi, insanın Allaha bağlılığı onun, öz zatına zidd və yad 
bir şeyə bağlılığı deyil və buna görə də insan Allaha bağlananda özünü unutmur. Çünki o, Allahı yadına salır. İslam 
fəlsəfəsində hər bir şeyin yaradıcı və vücuda gətirən amil və səbəbinin və hər bir şeyin zatının dayağının, yə

ni şeyin 
dayağı olan yaradıcı səbəbin həmin şeyə onun özündən yaxın olması çox aydın dəlillərlə bəyan və sübut edilib.
Qur

an buyurur ki
«Biz sizə sizin özünüzdən də yaxınıq. Bizim sizə olan yaxınlığımız sizin özünüzə olan 
agahlığınızdan çoxdur və bizim zatımız sizə, sizin özünüzdən də yaxındır.»
Qur

anın bu ifadəsi doğrudan da çox 
maraqlıdır. Hamı özünün özünə hamıdan yaxın olmasını deyir, amma Qur

an deyir ki, Allah hər bir şeyə onun özündən 
də yaxındır, çünki, Allah hər bir şeyə onun özündən daha çox «öz»dür. Əlbəttə bu çox ali səviyyəli bir sözdür.
Əli (ə) buyurub: 
«Allah şeylərdən xaricdə və onlardan ayrı deyil, amma eyni zamanda onların daxilində də deyil.» 
Bu Nəhcül-bəlağənin istinad etdiyi mətləblərdən biridir.
İkincisi, Qur

anın insanın Allaha bağlı olmasını deməsinin səbəbi onun, Allahı insan hərəkətinin son nöqtəsi hesab 
etməsidir və o, insan yolunun ona tərəf getməsini bildirir. Deməli, insanın Allaha üz tutması, onun öz kamalına diqqətidir, 


ni bu, həmin gül toxumunun öz kamilliyinin son nöqtəsinə diqqəti kimidir. İnsanın Allaha tərəf getməsi onun özünə 
tərəf, yə

ni naqis «öz»ündən kamil «öz»ünə doğru getməsidir.
Deməli, Allahı da digər şeylərlə müqayisə edən və insanın Allaha tərəf getməsini onun özünü unutması və hərəkətdən 
qalması hesab edən şəxs səhvə düçar olub.
İNSANIN «öZ»ÜNDƏN VƏ «ALLAH»DAN AGAHLIĞI
Allah insana o qədər yaxındır ki, insanın Ondan agahlığı, eyni ilə özündən agah olmasıdır və insan Allahdan 
xəbərdar olanda özündən xəbərdar ola bilər. Kiminsə «öz»ündən xəbərdar olaraq Allahdan xəbərsiz və qafil olması 


92
Kamilliyə doğru Wap.IXLAS.Az
qeyri-mümkündür. Qur

an buyurur: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə