MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə151/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   147   148   149   150   151   152   153   154   ...   158
Kamil insan

«Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə 
bənzəməyin! Onlar fasiqlərdir!»
Bəli, Allahı unudan özünü unudub. İnsan Allahını tapanda özünü tapır, Onu unudanda 
isə özünü də unudur. Qur

an eksistansializmin sözlərinin əksini buyurub. Onlar deyirlər ki, insanın diqqəti Allaha 
yönəldikdə o, Allahdan agah olaraq özünü unudur. Qur

an isə buyurur ki, insan yalnız Allahdan agah və xəbərdar 
olanda özündən xəbərdar ola bilər. Bu, Qur

anın ən ali və dəqiq insani və psixoloji mətləblərindəndir və doğrudan da 
çox heyrətləndirici məsələdir.
Qur

an deyir ki, insan bə

zən özünü unudur. Bu ilahi kitabın buyurduğu mətləblərə əsasən ən böyük məğlubiyyət 
və uduzmaq bütün pullarını, var-yoxunu və ya namusunu uduzmaq deyildir, ən böyük uduzan özünü uduzmuş şəxsdir. 
İnsan özünü uduzanda hər şeyini uduzmuş olur. Bəli, insanın özünü uduzması onun hər şeyini uduzması deməkdir.
İbadətin fəlsəfəsi nədir? İbadətin fəlsəfəsi insanın özünü tapmaq üçün Allahı tapmasıdır; Qur

anın buyurduğu kimi 
özünü həqiqi mə

nada tapmaq və özündən xəbərdar olmaqdır. Bəşəriyyət bu mətləbi hələ ki, dərk edə bilməyib və bunu 
yalnız islam məktəbindən ilham alan şəxslər dərk ediblər. Siz əgər islam dünyasında Mühyiddin Ərəbinin peyda olaraq 
insanın özündən agahlığını təfsir etməsini görürsünüzsə və bu bəhsi ondan sonra Mövləvi və digər şagirdlərin davam 
etdirməsini müşahidə edirsinizsə, nəzərə almalısınız ki, onlar Qur

andan altı yüz il sonra gəlib və bu ilahi kitabdan 
ilham alıblar. Əlbəttə onlar Qur

andan altı yüz il sonra gəliblərsə də, müasir filosoflardan 700 il qabaq olmaq iftixarına 
da malikdirlər.
Mövləvi, insanın özünüdərk və şüurun ilahi agahlıqdan ayrı olmaması barəsində belə deyib:
İqtizayi can çe ey del agəhist

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə