BU MƏKTƏB BAXIMINDAN ALLAHA E᾽TİQAD MƏSƏLƏSİ Deməli, bu məktəb baxımından insanın cövhər və həqiqəti, insani dəyərlərin ən dəyərlisi, başqa sözlə desək, insani
dəyərlərin anası azadlıq və ixtiyardır, insanlığını qorumaq və məhv olmaqdan saxlamaq istəyən şəxs isə azadlığını
qorumalıdır. İnsanlığını qorumaq istəyən adam «ay üzlü nigara bağlılıq» və «haqq aşiqi olmaq» məsələlərini
yığışdırmalıdır.
Bu məktəb deyir ki, insan tam azad olmalıdır. Buna görə də, eksistansializm məktəbi nəzəriyyələrinin çoxu dialektik
materializmlə zidd olmasına baxmayaraq, onun davamçılarının bir qrupu Allaha inamın iki baxımdan bu məktəblə düz
gəlmədiyini vurğulayırlar. Həmin iki səbəbdən biri budur ki, Allaha inam ilahi təqdirə, ilahi təqdir isə icbara və insanın
sabit təbiətə malik olmasına e
᾽
tiqad bəslənilməsini tələb edir. Çünki Allah varsa, insan Onun elmində müəyyən təbiətə
malik olmalıdır və həmçinin Allahın olması insana ilahi təqdir və onun nəticəsində yaranan icbarın hakim olmasına
səbəb olur və nəticədə azadlıq və ixtiyar aradan götürülür. Buna görə də biz azadlığı qəbul etdiyimiz üçün Allahı qəbul
etmirik.
Digər səbəb isə budur ki, Allaha inamın azadlığa inamla zidd olması nəzərə alınmasa belə, həmin inam Allaha iman
gətirilməsini tələb edir və bu imanın mə
᾽
nası Allaha bağlanmaq deməkdir, halbuki bağlılıq malik olduğu formadan
asılı olmayaraq, insan azadlığına ziddir. Xüsusilə Allaha bağlılıq daha kəskindir, çünki bu bağlılıq bütün bağlılıqların
başındadır. Şair demişkən:
Mən bəsteye to həstəm mohtace bəstəni nist Əhdi ke ba to bəstəm hərgez şekəstəni nist. Yə
᾽
ni: Mən sənə bağlıyam, bağlanmaq üçün başqa şeyə ehtiyac yoxdur; səninlə bağladığım əhd heç vaxt sınmaz.
Allaha olan bağlılığı heç bir şəkildə sındırmaq olmaz. Buna görə də bu məktəb insanın kamilliyini onun azadlığında
görür.
Bu məktəb barəsində iki cəhətdən danışmaq olar: Birincisi, onların Allaha inamı, azadlıq və ixtiyara zidd hesab
etmələridir. Bu, onların səhvlərindən biridir. Biz «Materializmə yönəlmənin səbəbləri» və «İnsan və taleh» kitablarında
bu mətləbi izah edib məsələnin onlar deyən kimi olmamasını bildirmişik. Onlar ilahi təqdir barəsində qoca qarılar kimi
fikirləşirlər. Bəli, onlar bu məsələni düzgün dərk etməyiblər, çünki islam maarifində olan ilahi təqdir məsələsi azadlıq
və ixtiyarla heç cür zidd deyildir. Söhbətimizin əsas mövzusu bu məsələ olmadığı üçün onun haqqında çox danışmaq
istəmirəm. Bizim söhbətimiz, ikinci hissə barəsindədir.
Bu məktəbin ikinci iradı «bütün bağlılıqlar insan azadlığına ziddir, hətta həmin bağlılıq Allaha bağlılıq olsa belə!»
deməsidir. Mən burada bir müqəddimə gətirmək istəyirəm.