MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


ARİFLƏR NƏZƏRİNDƏN İNSANIN KAMAL MƏRHƏLƏLƏRİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə41/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   37   38   39   40   41   42   43   44   ...   158
Kamil insan

ARİFLƏR NƏZƏRİNDƏN İNSANIN KAMAL MƏRHƏLƏLƏRİ
Ariflər, kamil insanın təkamül seyrini müəyyənləşdirərkən necə də gözəl sözlər deyiblər. Onların fikrincə insanın 
kamal seyri dörd səfər və mərhələdə baş verir.
1. İnsanın, özündən Allaha olan səfəri;
2. İnsanın Allahla birlikdə Allahda səfəri; (Yə

ni Allahtanıması).
3. İnsanın təkcə deyil, Allahla birlikdə Onun bəndələrinə doğru səfəri;
4. İnsanın Allahla birlikdə onun bəndələri arasında bəndələrin nicatı üçün səfəri.
Bundan gözəl söz demək mümkün deyil. İlk səfər insanın Allaha doğru olan səfəridir. İnsan nə qədər ki, Allahdan 
ayrıdır bütün sözləri puçdur. O, Allahın zikrinə çatdıqda, Onu tanıyaraq özünü Ona yaxın hiss etdikdən sonra Allahla 
birlikdə Allah bəndələrinə doğru qayıdır. Bu insan Allah bəndələrinin qurtuluşu üçün onların arasında hərəkət edir və 
onları hərəkətə gətirərək Allaha yaxınlaşdırmaq üçün çalışır.
İnsanın səfərinin xalqdan Allaha tərəf olaraq orada qalmasını deməyimiz, bizim insanı tanımamağımızı göstərir. 
Həmçinin bu günkü materialist məktəblər kimi, insanın Allaha doğru hərəkət etmədən insanlara doğru getməli olduğunu 
demək tamamilə səhvdir və o, insanların qurtuluşu üçün heç bir iş görə bilməz. İlk növbədə özləri qurtuluş əldə etmiş 
şəxslər insanlara nicat verə biliblər. İnsanların nicat və qurtuluşu nə deməkdir? İnsanlar nədən nicat tapmalıdırlar? 
Təbiətin əsirliyindən? Yoxsa mə

nası insanın insandan azadlığı olan digər insanların əsirliklərindən qurtulmasımı? 


26
Kamilliyə doğru Wap.IXLAS.Az
Bunların hamısı düzdür, amma bunlardan qabaq, insan özündən, pis işlərə əmr edən nəfsindən və özünün məhdud 
«özüm» çərçivəsindən qurtulmalıdır. İnsan məhdud «özüm» çərçivəsindən nicat tapmayınca təbiət və digər insanların 
əsirliklərindən qurtula bilməz.
DAXİLİ VƏ XARİCİ MEYLLƏRİN BİRGƏLİK ZƏRURİYYƏTİ
Biz hələ ki, əsas bəhsimizin birinci mərhələsindəyik. Bu gün mübarək Ramazan ayının 21-ci və bu ayın son on 
günlüyünün birinci gecəsidir. Mübarək Ramazan ayının son on günlüyü çatanda həzrət Peyğəmbər (s) yataq yerinin 
yığışdırılaraq onun Şəvval ayına kimi salınmaması göstərişini verərdi. Belə ki, əziz islam Peyğəmbəri (s) bu ongünlüyün 
heç bir gecəsində yatmazdı. Bu gecələr ibadət, münacat və Allahla gizli razi-niyaz gecələridir. Bu məsələni keçən 
söhbətlərimizdəki mətləblə əlaqədar deyirəm ki, bə

zən bir sıra dəyərlər digər dəyərləri aradan aparır.
İslam cəmiyyəti keçmişdə ibadətin dəyərliliyinə meyl göstərərək digər dəyərləri aradan aparmaq istəyirdi və mən 
indi digər ifratçı cərəyanın formalaşmasını hiss edirəm. Belə ki, bir qrup, islamın ictimai dəyərlərinə meyl göstərərək 
onun ilahi dəyərlərini yaddan çıxarmaq istəyirlər. Bu da digər bir azğınlıq və səhvdir. Bir ərəbin bir uzunqulağı var 
idi və onu minmək üçün o qədər arxaya çəkilir ki, uzunqulağa tərəf tullananda heyvanın o biri tərəfinə düşür və belə 
deyir: Yenə əvvəlki kimi oldu. Əgər islamın orta mövqeyindən çıxırıqsa, cəmiyyətdən uzaqlaşan abid və ya Allahdan 
uzaqlaşan ictimai şəxs olmağımız arasında heç bir fərq yoxdur. İslam məntiqində bunlar bir-birlərindən fərqlənirlər. 
Qur

anda bu barədə çoxlu ayələr vardır. Allah-taala Qur

anın Fəth surəsinin axırıncı ayəsində belə buyurur:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə