1
Kamilliyə doğru Wap.IXLAS.Az
Bismillahir-rəhmanir-rəhim
KAMİL İNSAN
MÜƏLLİF: USTAD ŞƏHİD MÜRTƏZA MÜTƏHHƏRİ
TƏRCÜMƏ EDƏN: İSLAMŞÜNAS AĞABALA MEHDİYEV
Kitabın adı:................................Kamil insan
Müəllif:...Ustad Şəhid Mürtəza Mütəhhəri
Tərcümə edən:.......................Ağabala Mehdiyev
Kompüterə yığan:.......................Məşədi Ramiz
Naşir:....................................................Mədyən
Tiraj:.........................................................3000
Çap tarixi:........................................2001 Qış
Çap növbəsi:........................................Birinci
Çap hüququ qorunur.
3
Kamilliyə doğru Wap.IXLAS.Az
BİRİNCİ FƏSİL
İNSANIN RUHİ VƏ PSİXOLOJİ NÖQSANLARI
Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə
sözlə imtahana çəkdiyi zaman o, Allahın
əmrlərini tamamilə yerinə
yetirdi. Belə olduqda Allah-taala ona:
«Səni insanlara imam tə
᾽
yin edəcəyəm» dedi.
İbrahim isə
«Nəslimdən necə?»
– deyə soruşdu. Allah-taala onun cavabında:
«(Sənin nəslindən olan) zalimlər Mənim imamlığıma nail olmazlar»
–
buyurdu.
Söhbətimizin mövzusu islam baxımından kamil insan barəsindədir. Kamil insandan məqsəd nümunəvi, daha ali
və uca insandır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam
insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından
kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və islam
dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və islami tə
᾽
lim-tərbiyə əsasında
insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yə
᾽
ni onun mə
᾽
nəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik.
Biz bu barədə hərtərəfli mə
᾽
lumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun me
᾽
yarları əsasında
formalaşdıra bilərik. Əgər islamın nəzərdə tutduğu «kamil insan» simvolunu tanımasaq heç vaxt tam və kamil müsəlman
ola bilmərik.
Başqa sözlə desək, islam baxımından
hətta nisbətən də olsa, kamil insan kimi dəyərləndirilmərik.