8
Kamilliyə doğru Wap.IXLAS.Az
tanıtdırmağa çalışdım. Söhbətlərimizdən belə bir nəticəyə gəldik ki, kin-küdurət, paxıllıq və həsəd hissi keçirən insanlar
naqis insanlardırlar. Həmçinin bu dünyada olan maddələrdən birinə ondan istifadə etmədən pərəstiş edən insan da naqis
və məsx olunmuş insandır.
MÜBARƏK RAMAZAN AYININ İNSAN YETİŞDİRMƏ PROQRAMI
Ümumiyyətlə mübarək Ramazan ayı insan yetişdirmə proqramıdır.
Proqram bundan ibarətdir ki,
naqis insanlar
bu
ayda özlərini sağlam insanlara, sağlam insanlar isə kamil insanlara çevirsinlər. Mübarək Ramazan ayı
nəfsin
təmizlənməsi, eyb və nöqsanların aradan qaldırılaraq islah edilməsi, əql, iman və iradənin nəfsi istək və şəhvətlərə
qələbəsi, dua, Haqqın pərəstişi, Allaha doğru yüksəliş, ruhun təkamülə doğru aparılması və zərifləşdirilməsi proqramıdır.
Əgər Ramazan ayı girdikdən sonra, insan otuz gün aclıq, susuzluq və yuxusuzluq çəkib gecə yarısına kimi müxtəlif
məclislərdə iştirak etməklə ayı başa vursa və Fitr bayramına çatdıqdan sonra Şə
᾽
ban ayının son günü ilə müqayisədə
bir zərrə belə dəyişilməsə, həmin orucun ona heç bir tə
᾽
siri yoxdur. İslam insanların quruca ağızlarını bağlamalarını
istəmir. Çünki onların ağızlarını bağlamaları ilə bağlamamaları islam üçün fərq etmir. Məqsəd, insanların oruc tutaraq
islah edilmələridir. Nə üçün hədislərdə deyilir ki, oruc tutanların çoxlarının orucdan olan bəhrə və nəsibləri aclıqdan
başqa bir şey deyil?! Ağız halal yeməkdən ona görə çəkinir ki, insan həmin otuz gün ərzində dilini haram söhbət,
qeybət, yalan, söyüş və digər işlərdən qorumağı məşq etsin.
Bir gün oruc tutmuş bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlmişdi. Peyğəmbər (s) ona süd və ya nə isə digər
bir yeməli şey təklif edir. Qadın deyir: Ey Allahın peyğəmbəri, orucam. Peyğəmbər (s) ona deyir ki, yox sən oruc
deyilsən, götür iç. Qadın yenə də oruc olduğunu bildirir. Amma Peyğəmbər (s) yenə də onun südü içməsini israr edir.
Qadın bir daha oruc olduğunu deyir. Əlbəttə, o, doğrudan da öz fikrində oruc idi, amma bizim oruclarımız kimi zahiri
oruc! Peyğəmbər ona belə buyurdu:
Dostları ilə paylaş: