MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«[Onlar Allaha] tövbə, ibadət və şükr-səna edənlər



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə43/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   39   40   41   42   43   44   45   46   ...   158
Kamil insan

«[Onlar Allaha] tövbə, ibadət və şükr-səna edənlər
oruc tutanlar [və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerə gedənlər], rüku və səcdə 
edənlər [namaz qılanlar], yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlərdir. [Ya Məhəmməd!] Belə mö

minləri 
[Cənnətlə] müjdələ!»
(Tövbə-112).
Ayədə onların ilahi cəhətlərini, yə

ni tövbə, ibadət, şükr-səna etmələri, oruc tutmaları, rüku və səcdə etmələrini 
sadaladıqdan sonra birbaşa, onların öz cəmiyyətlərini islah etmək məqsədi ilə yaxşı işlər görməyi əmr edib pis işləri 
yasaq etmələrini qeyd edir.
Digər bir ayədə isə belə buyurur: 
«...O bəndələr ki [müsibətlərə] səbr edən, [sözlərində və işlərində] doğru olan, 
Allaha itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı Allahdan bağışlanmaq diləyənlərdir [sübh namazına 
qalxanlardır].»
(Ali-İmran-17).
Səbr kəlməsi Qur

anın hər yerində müqavimət, xüsusilə döyüş meydanında müqavimət göstərmək mə

nasında 
işlədilib. Bu ayədə də ictimai xislətlərin ardınca birbaşa, onların səhərlər Allahdan bağışlanmaq diləmələri, yə

ni 
abidlikləri zikr edilib. Deməli, islamda bu iki xislət bir-birindən ayrılmazdır. Bunlardan birinə qarşı e

tinasızlıq 
göstərmək digərinə e

tinasızlıq göstərmək deməkdir.
İmam Zaman (ə)-ın səhabələrinin sifətləri barəsində xüsusi bir ifadə var ki, mən onu bir hədisdə deyil, bir çox 


27
Kamilliyə doğru Wap.IXLAS.Az
hədislərdə görmüşəm. Hədislərdə deyilir ki, onlar gecələr rahib, gündüzlər isə aslandırlar. Onları gecə görsən bir qrup 
rahibi gördüyünü düşünərsən, amma gündüz rastlaşsan, onların aslan olduğunu sanarsan.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə