MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə44/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   40   41   42   43   44   45   46   47   ...   158
Kamil insan

İSLAM TARİXİNDƏN BİR NÜMUNƏ
Peyğəmbərin səhabələri necə olublar? «Kafi» kitabında nəql edilmiş və Mövlananın nəzmə çəkdiyi məşhur hədis, 
doğrudan da çox maraqlıdır. Bu hədis həm şiə və həm də sünni mənbələrində nəql edilib. Hədisdə deyilir ki, Peyğəmbər 
(s) bir gün səhər tezdən dan yeri söküləndə Suffə sakinlərinin yanına getdi. Suffə sakinləri arasında gözü bir gəncə 
sataşdı. Peyğəmbər həmin gəncin qeyri-adi halda olduğunu müşahidə etdi. O, sağa-sola aşırdı, gözləri çuxura düşmüş 
və rəngi solmuşdu. Peyğəmbər (s) ona yaxınlaşaraq soruşdu: Səhəri necə açdın? Gənc dedi: Yəqinliyə çatmış halda 
səhərə çıxdım; yə

ni sənin dil ilə bizim qulağımıza dediyin şeyləri mən bəsirət gözümlə gördüm. Peyğəmbər (s) ondan 
söz almaq üçün belə buyurdu: Hər şeyin əlaməti var; sən ki, yəqin əhlindən olmağını iddia edirsən, yəqinliyə çatmağının 
əlaməti nədir? Gənc belə cavab verdi: Mənim yəqinliyimin əlaməti budur ki, o, məni gecələr yuxusuz, gündüzlər 
isə susuz saxlayır. Yə

ni, gecə yuxusuz qalmağım və gündüz oruc olmağım mənim yəqinliyə çatmağımın əlamətidir. 
Mənim yəqinim, gecə balışa baş qoymağa və gündüz yemək yeməyimə icazə vermir. Peyğəmbər (s) buyurdu: Bunlar 
bəs deyil, başqa şeylər de; səndən, bunlardan artıq əlamət istəyirəm. Gənc, peyğəmbərin cavabında belə dedi: Ey 
Allahın peyğəmbəri! İndi bu dünyadayam, amma sanki o dünyanı görürüm, oranın səslərini eşidirəm. Behiştdən behişt 
əhlinin, cəhənnəmdən isə cəhənnəm əhlinin səslərini eşidirəm. Ey Allahın peyğəmbəri, əgər icazə versən səhabələrinin 
bir-bir behiştlik və ya cəhənnəmlik olmalarını deyərəm. Peyğəmbər barmağını dodağına yaxınlaşdıraraq buyurdu: 
Sakit! Danışma!
Peyğəmbər sonra ona belə buyurdu: Gənc, arzun nədir? Nə arzulayırsan! Gənc belə dedi: Ey Allahın peyğəmbəri, 
Allah yolunda şəhid olmaq arzusundayam.
Bu günkü söhbətimin əvvəlində Bəqərə surəsinin 45-ci ayəsini oxumuşdum. Qur

an doğrudan da çox qəribə sözlər 
deyir: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə