Mirağa Cəfərquliyev
nin İkinci fəslində isə birinci instansiya kimi Ali Məhkəmədə icraatın
prosessual qaydaları nizama salınırdı.
Beləliklə, CPM-in sonuncu - altıncı bölməsi hökmün icrasına həsr
edilmişdi. Burada hökmün icraya yönəldilməsi qaydaları, hökmü icra
edən orqanlar və həmin mərhələ ilə əlaqədar digər prosessual məsələlər
şərh edilirdi.
Haqqında söhbət apardığımız CPM-in qəbulundan sonra
respublikanın iqtisadi, siyasi və mədəni həyatında baş verən mühüm
dəyişikliklərlə əlaqədar olaraq həmin məcəlləyə müəyyən dəyişikliklər
və əlavələr edilmişdir. Amma, bununla belə, məcəllənin əsas
müddəaları 1961-ci il martın 1-nə qədər, yəni Azərbaycan SSR-də yeni
Cinayət-Prosessual Məcəllənin qəbulunadək qüvvədə olmuşdur.
1924-
cü il oktyabrın 29-da SSRİ MİK-i “SSRİ və müttəfiq
respublikaların cinayət mühakimə icraatı əsasları” adlı Ümumittifaq
Prosessual Qanunu qəbul etdi. Əsaslar sovet cinayət prosesinin rəhbər
prinsiplərini və institutlarım müəyyən etdi ki, bunlar da müttəfiq
respublikaların,
0
cümlədən respublikamızın Cinayət-Prosessual
Məcəlləsində əsas müddəalar kimi rəhbər tutuldu.
Demək olar ki, cinayət-prosessual hüquq özünün sonrakı inkişafını
SSRİ-nin 1936-cı il Konstitusiyasında tapdı. Konstitusiyaya “Məhkəmə
və prokurorluq” başlığı altında müstəqil bir fəsil daxil edildi. Onu da
qeyd edək ki. Konstitusiya ilk dəfə olaraq bütün məhkəmələrin
fəaliyyəti üzərində nəzarəti SSRİ Ali Məhkəməsinə, qanunçuluq
üzərində ali nəzarəti isə SSRİ Baş prokuroruna həvalə etdi.
SSRİ MİK və XKS-nin 20 iyul 1936-cı il tarixli “SSR İttifaqı Xalq
Ədliyyə Komissarlığının yaradılması haqqında” qəran (81.
s.556)
ilə
digər müttəfiq respublikaların prokurorluq və istintaq orqanları kimi,
Azərbaycan SSR-in bu orqanlan da xalq ədliyyə komissarlıqlan
sistemindən ayrılır və birbaşa SSR İttifaqı Prokurorluğunun tabeliyinə
keçirilir. Azərbaycan SSR-in prokuroru birbaşa SSRİ prokuroruna tabe
edilir
(164. S.185).
Beləliklə, prokurorluq orqanları ittifaq miqyasında
ciddi mərkəzləşdirilmiş vahid sistem təşkil edir. Bu vaxtdan da müttəfiq
respublika prokurorluqları mərkəzə münasibətdə öz müstəqilliklərini
itirirlər. Prokurorluğun tarixində yeni bir mərhələ başlanır.
Prokurorluğun göstərilən hüquqi vəziyyəti 1936-cı il SSRİ
Konstitusiyası və 1937-ci il Azərbaycan SSR Konstitusiyası ilə təsbit
edilir
(39. s.86-87).
III FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSL'AL QANUNVERİCİLİYİNİN İNKİŞAFI
Beləliklə, 1936-cı il SSRİ Konstitusiyası ilə, demək olar ki, ilk dəfə
olaraq konstitusiya qanunvericiliyi səviyyəsində qanunların dürüst
icrasına ali nəzarət anlayışı dövriyyəyə daxil edilir. Eyni zamanda bu
hüquq, həmin konstitusiyanın ll3-cü maddəsinə əsasən, yalnız SSRİ
prokuroruna verilirdi. SSRİ Konstitusiyası ilə, habelə prokurorluq
orqanlarının yalnız SSRİ prokuroruna tabe olması və heç bir yerli
orqandan asılı olmaması prinsipi təsbit edilirdi.
1936-cı il SSRİ Konstitusiyasının əsas müddəalarını təkrar edən
1937-ci il Azərbaycan SSR Konstitusiyasının 120-ci maddəsinə əsasən,
prokurorluğun əsas funksiyası Azərbaycan SSR ərazisində bütün
nazirliklərin və onlara tabe olan idarələrin, habelə ayn-ayn vəzifəli
şəxslərin, həmçinin vətəndaşların qanunlara dürüst əməl etmələrinə ali
nəzarətin həyata keçirilməsi kimi müəyyən edilirdi. Bu nəzarət
Azərbaycan SSR ərazisində SSRİ Baş prokuroru tərəfindən həm
bilavasitə, həm də Azərbaycan SSR prokuroru vasitəsilə həyata
keçirilirdi. Azərbaycan SSR prokuroru, Naxçıvan MSSR və DQMV
prokurorları SSRİ Baş prokuroru tərəfindən, rayon və şəhər prokurorları
isə Azərbaycan SSR prokuroru tərəfindən, SSRİ Baş prokurorunun
təsdiqi ilə təyin edilirdilər. Bütün səviyyədən olan prokurorlann vəkalət
müddəti beş il müəyyən edilirdi.
Yuxanda söhbət apardığımız SSRİ Konstitusiyasının IX fəsli ədalət
mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi,
mühakimə icraatının milli dildə aparılması, məhkəmənin açıq şəkildə
aparılması, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi,
hakimlərin müstəqilliyi və yalnız qanuna tabe olmaları, şəxsiyyət
toxunulmazlığı prinsiplərini qeyd etməklə həmin rəhbər müddəaları
sovet cinayət prosesinin konstitusiya prinsipləri səviyyəsinə qaldırdı.
Sovet məhkəməsinin təşkili və fəaliyyəti sahəsində SSRİ
Konstitusiyasının rəhbər müddəaları sonradan SSRİ, müttəfiq və
muxtar respublikaların məhkəmə quruluşu haqqında 1938-ci il 16
avqust tarixli Ümumittifaq Qanununda inkişaf etdirildi və bununla
əlaqədar olaraq bütün müttəfiq respublikaların, o cümlədən Azərbaycan
SSR-in cinayət-prosessual qanunvericiliyində müəyyən dəyişikliklər
edildi.
Böyük Vətən müharibəsi dövründə hərbi vəziyyətlə əlaqədar olaraq
SSRİ Ali Sovetinin Rəyasət Heyəti cinayət işləri üzrə hərbi tribunalların
aidiyyətinin genişləndirilməsi haqqında fərmanlar qəbul etdi. Hər-
Mirağa Cəfərquliyev
bi tribunallar hərbi vəziyyət elan edilən yerlərdə təkcə hərbi
qulluqçuların deyil, digər ağır cinayət işlərinə də baxırdılar. Bu dövrdə
hərbi vəziyyəti nəzərə alaraq işlərə hərbi tribunallarda baxılması üçün
cinayət mühakimə icraatının ümumi qaydalarında bir sıra istisnalıq
müəyyən edilmişdi (işlərə xalq iclasçılarının iştirakı olmadan
məhkəmənin üç üzvündən ibarət tərkibdə baxılması, ittihamnamənin
surətinin təqsirləndirilən şəxsə verilməsinin müddətinin azaldılması və
s.). Laldn onu da qeyd edək ki, bu hərbi qaydalar müvəqqəti xarakter
daşıyırdı və müharibə qurtardıqdan sonra SSRİ Ali Sovetinin Rəyasət
Heyətinin 1945-ci il 22 iyun tarixli Fərmanı ilə dərhal öz qüvvəsini
itirdi.
İkinci dünya müharibəsi illərində digər dövlət strukturları kimi,
prokurorluq orqanlarının fəaliyyəti də ümumi vəzifəyə tabe edilməklə,
onun işi hərbi rels üzərinə keçirilmişdir. Hərbi vəziyyətdə olan
Azərbaycan Prokurorluğunun fəaliyyəti fərariliklə mübarizəyə, hərbi
məhsulların tədarükü haqqında, cəbhəyə yardım və arxa cəbhənin
möhkəmləndirilməsi haqqında qanunların dürüst icrasını təmin etməyə
yönəlmişdir (129).
Müharibədən sonrakı dövrdə prokurorluq orqanlarının səyi SSRİ
Baş prokurorunun “Qanunların dürüst icrasına ümumi nəzarətin
gücləndirilməsi haqqında” 17 iyun 1946-cı il tarixli 128 №-li əmri ilə
iqtisadiyyat sahəsində qanunçuluğun möhkəmləndirilməsinə yönəldildi.
Həmin əmrlə ümumi nəzarət sahəsində prokurorların vəzifələri, qanun
pozuntularının aradan qaldırılması üzrə onlann səlahiyyətləri, aşkar
edilmiş qanun pozuntularına qarşı prokuror təsirinin əsas vasitələri
müəyyən edilirdi.
Ümumi nəzarətlə yanaşı, digər nəzarət sahələri, habelə cinayətlərin
istintaqı icraatı da təkmilləşdirilirdi. SSRİ Baş prokurorunun 28 iyul
1949-cu il tarixli 131 №-li əmri ilə prokurorluq orqanlarının
müstəntiqləri üçün sahə iş sistemi tətbiq edilir. Bütün cinayət işləri
müstəntiq tərəfindən ərazi aidiyyəti üzrə icraata qəbul edilirdi (66. s.28).
Müstəntiq onun sahəsində yerləşən təhqiqat orqanları və daxili işlər
orqanlarının əməliyyat-axtarış xidmətləri ilə sıx əlaqədə işləyirdi ki, bu
da cinayətlərin tam və tez açılmasına imkan yaradırdı.
Qeyd etmək lazımdır ki, ölkənin dinc quruculuq dövrünə keçməsi
qanunçuluğun, həmçinin istintaq, prokurorluq və məhkəmə orqanlarının
daha da möhkəmləndirilməsini tələb edirdi. Belə ki, müttəfiq və
Dostları ilə paylaş: |