MüƏllifdən II


III FƏSİL AZƏRBA YCAN CİN A YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə31/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   27   28   29   30   31   32   33   34   ...   266

III FƏSİL AZƏRBA YCAN CİN A YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN 

İNKİŞAFI 

çıxarılması,  məhkəmə  icraatı  iştirakçılarının  hüquqi  və  qanuni 

mənafelərinin təmin edilməsi. 

Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra onun 

cinayət-prosessual qanunvericiliyinin inkişafında, 14 iyul 2000- ci ildə 

təsdiq  edilmiş  və  1  sentyabr  2000-ci  ildə  qüvvəyə  minmiş  yeni 

Cinayət-Prosessual  Məcəllə  böyük  bir  tarixi  hadisəyə  çevrilmişdir 

(3; 

106. s.l03-123;84. s.4-7).

 

’’Məhkəmələr  və  hakimlər  haqqında”  Qanun  Azərbaycan 



Respublikasında  ədalət  mühakiməsinin  həyata  keçirilməsini  təmin 

etmək  məqsədilə  Azərbaycan  Respublikası  Konstitusiyasında  təsbit 

olunmuş müstəqil məhkəmə hakimiyyəti yaratmağa yönəlmişdirsə, yeni 

Cinayət-Prosessual  Məcəllə  cinayət  mühakimə icraatının  vəzifələrinin 

yerinə  yetirilməsi  mexanizmini,  onun  əsas  prinsiplərini  və  şərtlərini 

müəyyən  etmişdir.  Yeni  qəbul  edilmiş  CPM  iki  hissədən,  on  bir 

bölmədən, 58 fəsildən, 521 maddədən ibarətdir 

(33. s.36-39). 

Adı çəkilən 

CPM-in  9-cu  maddəsində  konkret  olaraq  qeyd  edilir  ki,  cinayət 

mühakimə  icraatının  əsas  prinsipləri  və  şərtləri:  1)  cinayət  təqibinin 

həyata  keçirilməsinin  əsasını  təşkil  edən  qaydaları  müəyyən  edir;  2) 

insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdıniması 

hallanndan  onun  müdafiəsini  təmin  edir;  3)  hər  bir  cinayət  təqibinin 

qanuniliyini və əsaslılığını müəyyən edir. Şərh etdiyimiz maddədə ciddi 

surətdə xəbərdarlıq edilir ki, bu yeni CPM ilə müəyyən edilmiş hallarda 

cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi 

üzrə  başa  çatmış  icraatın  etibarsız  sayılmasına,  onun  gedişində  qəbul 

edimiş  qərarların  ləğvinə,  yaxud  toplanmış  materialların  sübutedici 

qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 

Əvvəlki  CPM-dən  fərqli  olaraq,  14  iyul  2000-ci  il  tarixdə  təsdiq 

olunmuş yeni Cinayət-Prosessual Məcəllədə bir sıra əlavə bölmələr və 

fəsillər  nəzərdə  tutulmuş,  digər  bölmə  və  fəsillər  isə  əsaslı  surətdə 

dəyişikliklərə 

məruz 


qalmışlar. 

Onlara 


cinayət-prosessual 

qanunvericiliyi; cinayət təqibi üzrə icraatın aparılması; bəraət qazanma 

(reabilitasiya), vurulmuş ziyanın ödənilməsi; prosessual qərarların məc- 

buriliyi; nümayəndələr və hüquq varisləri; cinayət prosesində etirazlar; 

cinayət  prosesində  iştirak  edən  şəxslərin  hüquqlarının  və  qanuni 

mənafelərinin  təmin  edilməsi;  prosessual  məcburiyyət  tədbirləri; 

cinayət prosesində digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi



5



Mirağa Cəfərquliyev 

cinayət  mühakimə  icraatında  əmlak  məsələləri;  cinayət  mühakimə 

icraatında  mülki  iddia;  zərər  çəkmiş  şəxsə  kompensasiya  verilməsi; 

əməyin  və  çəkilmiş  xərclərin  ödənilməsi;  cinayət  mühakimə  zamanı 

konfidensiallığın  qorunması;  böyük  ictimai  təhlükə  törətməyən  aşkar 

cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat; andlı iclasçıla- nn 

iştirakı  ilə  birinci  instansiya  məhkəməsində  icraatın  xüsusiyyətləri; 

apellyasiya  və  kassasiya  instansiyaları  məhkəmələrində  icraat;  bəzi 

kateqoriyalı şəxslər barəsində icraatın xüsusiyyətləri; xüsusi icraatlar və 

s. aid etmək olar. 

Yeni CPM yuxarıda sadaladığımız əlavə bölmə və fəsilləri nəzərdə 

tutmaqdan  başqa,  ümumiyyətlə,  ibtidai  araşdırmanın  apanimasınm  və 

məhkəmə  baxışının  keçirilməsinin  prosessual  qaydasını  (o  cümlədən 

apellyasiya  və  kassasiya  instansiyaları  məhkəmələrində  icraat)  əsaslı 

surətdə dəyişmişdir. 

Birmənalı şəkildə qeyd etmək lazımdır ki, yeni Cinayət-Prosessual 

Məcəllədə ibtidai istintaqla bağlı daha böyük dəyişikliklər və əlavələr 

müşahidə olunur. Məsələn, əvvəlki CPM-ə görə ibtidai istintaq orqan- 

lan  yalnız  Prokurorluqda,  Daxili  İşlər  və  Milli  Təhlükəsizlik 

nazirliklərinin  nəzdində  fəaliyyət  göstərirdilər.  Amma  yeni 

cinayət-prosessual  qanunvericilik  ilə  bunlara  Ədliyyə,  Vergilər, 

Fövqəladə  Hallar  nazirliklərinin  və  Dövlət  Gömrük  Komitəsinin  də 

istintaq  orqanlan  əlavə  olundu.  Ölkədə  artıq  yeddi  dövlət  orqanları 

tərkibində  ibtidai  istintaq  orqanlan  yaradıldı.  Bu  dəyişikliklər 

təhqiqatdan  da  yan  keçmədi.  Belə  ki,  CPM-in  214-cü  maddəsinə 

müvafiq  olaraq,  təhqiqat  ibtidai  araşdırmanın  növü  kimi  aşağıdakı 

şəkildə  müəyyən  edilmişdir:  a)  ibtidai  istintaqı  məcburi  olan  cinayət 

işləri  üzrə  təxirə  salınmaz  istintaq  hərəkətlərinin  icraatı;  b)  böyük 

ictimai  təhlükə  törətməyən  bəzi  aşkar  cinayətlər  üzrə  məhkəməyədək 

sadələşdirilmiş  icraat.  Əvvəlki  təhqiqat  orqanlarının  sırasına  üç  yeni 

orqanın  -  Vergilər,  Fövqəladə  Hallar  nazirlikləri  və  Dövlət  Gömrük 

Komitəsinin təhqiqatçıları da qatıldı. 

Yeni  CPM-də  prosesdə  iştirak  edən  şəxslərin  hüquqlarının  və 

qanuni mənafelərinin təmin edilməsinə geniş yer verilmişdir. Prosesdə 

ittiham  tərəfi  ilə  müdafiə  tərəfi  bərabər  prosessual  hüquqlara 

malikdirlər. Daha dəqiq desək, müdafiə tərəfi olduqca güclü pozisiyalar 

əldə etmişdir. CPM-in, demək olar ki, bütün müddəalan çox geniş və 

ətraflı şərh olunur. Hər bir prosessual hərəkətin keçirilməsinin əsasları 




 

III FƏSİL AZƏRBAYCAN CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

VƏ 


qaydaları, bütün incəliklər nəzərə alınmaqla, izah edilir. 

Qanunların qəbul edilməsi, təkmilləşdirilməsi və sistemləşdirilməsi 

ilə  bağlı  ümumi  prinsiplərə  uyğun  olaraq  2000-ci  ilin  1  sentyabr 

tarixində qüvvəyə minmiş yeni Cinayət-Prosessual Məcəllənin bir sıra 

normaları  dəyişikliklərə  məruz  qalmışdır.  Belə  ki,  2  iyul  2001-ci  il 

tarixdə  Milli  Məclis  tərəfindən  “Azərbaycan  Respublikasının  bəzi 

qanunvericilik  aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında” 

Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir 



(7. s.2-3).

 

Yuxarıda qeyd olunan Qanunla yeni Cinayət-Prosessual Məcəllənin 



87-dən çox maddəsinə dəyişikliklər edilmiş və eyni zamanda məcəlləyə 

üç yeni maddə əlavə olunmuşdur. Eyni zamanda 2005-2007-ci illərdə 

qəbul olunmuş qanunlarla yeni CPM-yə 1 O-dan yuxan yeni maddələr 

əlavə  olunmuş  və  90-na  qədər  maddələrə  dəyişiklik  və  düzəlişlər 

edilmişdir.  Bu  qanunauyğun  prosesdir,  çünki  yenicə  müstəqilliyini 

qazanmış  ölkə  dövlət  quruculuğu  ilə  bağlı  hüquq  islahatlanm  həyata 

keçirir  və  bununla  əlaqədar  qanunvericilikdə  total  dəyişikliklər  baş 

verir.  Dövlət  quruculuğunda  gedən  dəyişikliklər,  şübhəsiz  ki,  hüquq 

islahatla-  nnı  da  yeni  müstəviyə  keçirərək  dinamik  şəkildə  inkişaf 

etdirir.  Bu  dəyişikliklər  hüququn  bütün  sahələrində  olduğu  kimi 

cinayət-prosessual  qanunvericilikdə  də  ümumi  qaydalar  üzrə  davam 

etməlidir. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə