MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə39/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   35   36   37   38   39   40   41   42   ...   266

Mir ağa Cəfərquliyev 

6.

 



Hüquqi  yardım  almaq  və  müdafiə  hüququnun  təmin 

edilməsi 

Bu  prinsip  Azərbaycan  Respublikası  Konstitusiyasının  61-ci 

maddəsində  öz  əksini  tapmış  və  cinayət  məsuliyyətinə  cəlb  olunan 

şəxslərin  təkcə  müdafiə  hüququnun  olmasını  elan  etmir,  həm  də  bu 

hüququn təminatını verir. 

Belə  ki,  yuxanda  qeyd  olunduğu  kimi,  hər  bir  kəsin  yüksək 

keyfiyyətli  hüquqi  yardım  almaq,  səlahiyyətli  dövlət  orqanlan 

tərəfindən  tutulduğu,  həbsə  alındığı,  cinayət  törədilməsində  ittiham 

olunduğu  andan  müdafiəçinin  köməyindən  istifadə  etmək  hüququ 

vardır.  Qanunla  nəzərdə  tutulmuş  hallarda  hüquqi  yardım  ödənişsiz, 

dövlət hesabına göstərilir. 

Göstərilən prinsip üç müddəaya əsaslanır. 



Birincisi, Konstitusiyanın 26-cı maddəsində göstərilir ki, hər kəsin 

qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə 

etmək  hüququ  vardır.  Dövlət  isə  hər  kəsin  hüquqlarının  və 

azadlıqlarının  müdafiəsinə  təminat  verir.  Bu  məqsədlə  cinayət 

məsuliyyətinə  cəlb  olunan  şəxslərə  geniş  hüquqlar  verilir:  onun  nədə 

ittiham  olunduğunu  bilmək,  ifadə  və  izahat  vermək,  sübutlarla  tanış 

olmaq,  istintaqı  aparan  və  ya  ittiham  edən  vəzifəli  şəxslərin 

hərəkətlərindən şikayət etmək hüququ var. 



İkincisi,  təqsirləndirilən  şəxsin  müdafiəçinin  köməyindən  istifadə 

etmək  hüququ  var.  O,  müdafiəçini  özü  çağıra  bilər  və  yaxud 

qanunvericilikdə nəzərdə tutulmuş hallarda müdafiəçi təyin edilə bilər. 

Müdafiəçi kimi çıxış edən vəkillərə müdafiə edilənin hüquq və qanuni 

mənafelərinin fəal müdafiəsi üçün qanun geniş hüquqlar verir. 

Üçüncüsü,  təhqiqat  aparan  şəxslərə,  müstəntiqlərə,  prokuror  və 

hakimlərə  şübhələnilən  və  ya  təqsirləndirilən  şəxslərin  müdafiəsinə 

yönəlmiş  hərəkətlərin  həyata  keçirilməsi  vəzifəsinin  həvalə 

edilməsidir.  Bu  şəxslərin  müdafiəsi  təkcə  onların  şəxsi  işi  deyil. 

Məsələn,  Cinayət-Prosessual  Məcəlləyə  əsasən,  hüquq-mühafizə 

orqanlarının vəzifəli şəxsləri  ittiham edilən şəxsin  məsuliyyətini həm 

ağırlaşdıran, həm də yüngülləşdirən və ya bəraət qazandıran sübutları 

aşkar  etməyə  borcludurlar.  Onlar  həm  də  şübhəli  və  təqsirləndirilən 

şəxslərə onların hüquqlarını izah etməlidirlər. 

Cinayət-prosessual qanunvericilikdə təqsirləndirilən şəxsin müdafiə 

hüququnun təmin edilməsi prinsipi dedikdə təqsirləndirilən şəxsə elan 

edilən ittihamdan özünü müdafiə etmək üçün qanunla ona veril 




FƏSİL. CİNA YƏT .MÜHAKİMƏ İCRAA TIMS ƏSAS PRİ.\SİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

miş  hüquqların  məcmusunu  və  təhqiqat  aparan  şəxsin,  müstəntiqin, 

prokurorun  və  məhkəmənin  təqsirləndirilən  şəxsə  elan  olunan 

ittihamdan qanunla müəyyən edilən vasitə və üsullarla özünü müdafiə 

edə bilməsi imkanını və onun şəxsi və əmlak hüquqlarının mühafizəsini 

təmin  etməyə  borclu  olmalarını  başa  düşürük.  Bu  prinsip  cinayət 

prosesinin  yüksək  demokratik  xarakterini  göstərməklə  ədalət 

mühakiməsinin düzgün həyata keçirilməsinə şərait yaradır. 

Təqsirləndirilən  şəxs  cinayət  prosesində  prosessual  fəaliyyətin 

subyekti  kimi  ona  elan  edilən  ittihamdan  özünü  müdafiə  etmək  üçün 

geniş  imkanlara  malikdir.  O,  cinayət  prosesinin  bütün  mərhələlərində 

müdafiə hüququna malikdir. 

Qanunvericilik  təqsirləndirilən  şəxsə  ona  elan  edilən  ittihamdan 

özünü müdafiə etmək üçün geniş hüquqlar verməklə kifayətlənməyib, 

bu  hüquqların  təmin  edilməsini  istintaq,  prokurorluq  və  məhkəmə 

orqanlarından  bir  vəzifə  kimi  tüləb  edir.  Bütün  bunlar  daha  geniş  və 

hərtərəfli  Cinayət-Prosessual  Məcəllənin  19-cu  maddəsində  şərh 

olunur. Orada deyilir: 

“Cinayət  təqibi  gedişində  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya 

məhkəmə  zərər  çəkmiş,  şübhəli  və  ya  təqsirləndirilən  şəxslərin 

keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər 

görməlidir”. 

Cinayət  prosesini  həyata  keçirən  orqan  zərər  çəkmiş  şəxs  (xüsusi 

ittihamçı),  mülki  iddiaçı  və  ya  onun  qanuni  nümayəndəsi,  şübhəli, 

yaxud  təqsirləndirilən  şəxsin  qanuni  nümayəndəsi,  habelə  mülki 

cavabdeh  cinayət  prosesi  gedişində  özlərinin  dəvət  etdiyi 

nümayəndənin  hüquqi  yardımından  istifadə  etmək  hüququnu 

gözləməlidir. 

Zərər  çəkmiş  şəxsin  və  ya  şahidin  dindirilməsi  zamanı  cinayət 

prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində 

dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etməyə hüququ 

yoxdur. 


Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən 

şəxsin aşağıdakı hüquqlarını təmin etməlidir: 

1)

 

tutulduğu,  həbsə  alındığı  və  ya  müvafiq  olaraq  şübhəli  şəxs 



qismində  birinci  dindirməyədək,  yaxud  təqsirləndirilən  şəxsə  ittiham 

elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; 

2)

 

hüquqlarını izah etmək; 




EL 

Mirağa Cəfərquiiyev 

3)

 



ÖZ 

müdafiəsini  hazırlamaq  üçün  kifayət  qədər  vaxt  vermək  və 

imkan yaratmaq; 

4)

 



şəxsən  və  ya  özünün  seçdiyi  müdafiəçi  vasitəsilə  müdafiə 

olunmaq,  yaxud  müdafiəçinin  haqqını  ödəmək  üçün  kifayət  qədər 

vəsaiti olmadıqda pulsuz hüquqi yardım almaq; 

5)

 



onun əleyhinə ifadə  vermiş şahidləri  məhkəmə istintaqı zamanı 

dindirmək. 

Cinayət prosesini həyata keçirən orqan Cinayət-Prosessual Məcəllə 

ilə  müəyyən  edilmiş  hallarda  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin 

qanuni nümayəndəsini işə cəlb etməlidir. 

Cinayət  prosesində  müdafiəçinin  və  qanuni  nümayəndənin  iştirak 

etməsi şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlannı məhdudlaşdıra 

bilməz. 


Şübhəli və ya təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini 

həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər 

hansı yardım göstərməyə məcbur edilə bilməz. 

Bütün bu hüquq və vəzifələr birlikdə müdafiə hüququnu təmin edir. 

7.

 

Təqsirsizlik prezumpsiyası 



Bu  prinsip  Konstitusiyanın  63-cü  maddəsində  əks  olunmuşdur: 

«Hər  kəsin  təqsirsizlik  prezumpsiyası  hüququ  vardır.  Cinayətin 

törədilməsində  təqsirləndirilən  hər  bir  şəxs,  onun  təqsiri  qanunla 

nəzərdə  tutulan  qaydada  sübuta  yetirilməyibsə  və  bu  barədə 

məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 

Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə 

yol  verilmir.  Cinayətin  törədilməsində  təqsirləndirilən  şəxs  özünün 

təqsirsizliyini  sübuta  yetirməyə  borclu  deyildir.  Ədalət  mühakiməsi 

həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə 

oluna  bilməz.  Məhkəmənin  hökmü  olmasa  kimsə  cinayətdə  təqsirli 

sayıla bilməz». 

Cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində bu 

ən ümdə və vacib demokratik prinsipdir və insan hüquqları sahəsində 

yüksək  nüfuzlu  beynəlxalq  sənədlərə  əsaslanır.  “Ümumdünya  insan 

hüquqları” Bəyannaməsinin 11-ci maddəsində deyilir: “Hər bir insanın 

haqqı var ki, cinayət törətməkdə ittiham olunanda günahı açıq məhkəmə 

istintaqı  tərəfindən  qanuni  yolla  sübut  olunana  qədər  günahsız  hesab 

olunsun və istintaq zamanı müdafiə olunmaqdan ötrü bütün imkanlarla 

təmin olunsun”. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə