Mir ağa Cəfərquliyev
6.
Hüquqi yardım almaq və müdafiə hüququnun təmin
edilməsi
Bu prinsip Azərbaycan Respublikası Konstitusiyasının 61-ci
maddəsində öz əksini tapmış və cinayət məsuliyyətinə cəlb olunan
şəxslərin təkcə müdafiə hüququnun olmasını elan etmir, həm də bu
hüququn təminatını verir.
Belə ki, yuxanda qeyd olunduğu kimi, hər bir kəsin yüksək
keyfiyyətli hüquqi yardım almaq, səlahiyyətli dövlət orqanlan
tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham
olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ
vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz,
dövlət hesabına göstərilir.
Göstərilən prinsip üç müddəaya əsaslanır.
Birincisi, Konstitusiyanın 26-cı maddəsində göstərilir ki, hər kəsin
qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə
etmək hüququ vardır. Dövlət isə hər kəsin hüquqlarının və
azadlıqlarının müdafiəsinə təminat verir. Bu məqsədlə cinayət
məsuliyyətinə cəlb olunan şəxslərə geniş hüquqlar verilir: onun nədə
ittiham olunduğunu bilmək, ifadə və izahat vermək, sübutlarla tanış
olmaq, istintaqı aparan və ya ittiham edən vəzifəli şəxslərin
hərəkətlərindən şikayət etmək hüququ var.
İkincisi, təqsirləndirilən şəxsin müdafiəçinin köməyindən istifadə
etmək hüququ var. O, müdafiəçini özü çağıra bilər və yaxud
qanunvericilikdə nəzərdə tutulmuş hallarda müdafiəçi təyin edilə bilər.
Müdafiəçi kimi çıxış edən vəkillərə müdafiə edilənin hüquq və qanuni
mənafelərinin fəal müdafiəsi üçün qanun geniş hüquqlar verir.
Üçüncüsü, təhqiqat aparan şəxslərə, müstəntiqlərə, prokuror və
hakimlərə şübhələnilən və ya təqsirləndirilən şəxslərin müdafiəsinə
yönəlmiş hərəkətlərin həyata keçirilməsi vəzifəsinin həvalə
edilməsidir. Bu şəxslərin müdafiəsi təkcə onların şəxsi işi deyil.
Məsələn, Cinayət-Prosessual Məcəlləyə əsasən, hüquq-mühafizə
orqanlarının vəzifəli şəxsləri ittiham edilən şəxsin məsuliyyətini həm
ağırlaşdıran, həm də yüngülləşdirən və ya bəraət qazandıran sübutları
aşkar etməyə borcludurlar. Onlar həm də şübhəli və təqsirləndirilən
şəxslərə onların hüquqlarını izah etməlidirlər.
Cinayət-prosessual qanunvericilikdə təqsirləndirilən şəxsin müdafiə
hüququnun təmin edilməsi prinsipi dedikdə təqsirləndirilən şəxsə elan
edilən ittihamdan özünü müdafiə etmək üçün qanunla ona veril
FƏSİL. CİNA YƏT .MÜHAKİMƏ İCRAA TIMS ƏSAS PRİ.\SİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
m
miş hüquqların məcmusunu və təhqiqat aparan şəxsin, müstəntiqin,
prokurorun və məhkəmənin təqsirləndirilən şəxsə elan olunan
ittihamdan qanunla müəyyən edilən vasitə və üsullarla özünü müdafiə
edə bilməsi imkanını və onun şəxsi və əmlak hüquqlarının mühafizəsini
təmin etməyə borclu olmalarını başa düşürük. Bu prinsip cinayət
prosesinin yüksək demokratik xarakterini göstərməklə ədalət
mühakiməsinin düzgün həyata keçirilməsinə şərait yaradır.
Təqsirləndirilən şəxs cinayət prosesində prosessual fəaliyyətin
subyekti kimi ona elan edilən ittihamdan özünü müdafiə etmək üçün
geniş imkanlara malikdir. O, cinayət prosesinin bütün mərhələlərində
müdafiə hüququna malikdir.
Qanunvericilik təqsirləndirilən şəxsə ona elan edilən ittihamdan
özünü müdafiə etmək üçün geniş hüquqlar verməklə kifayətlənməyib,
bu hüquqların təmin edilməsini istintaq, prokurorluq və məhkəmə
orqanlarından bir vəzifə kimi tüləb edir. Bütün bunlar daha geniş və
hərtərəfli Cinayət-Prosessual Məcəllənin 19-cu maddəsində şərh
olunur. Orada deyilir:
“Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya
məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin
keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər
görməlidir”.
Cinayət prosesini həyata keçirən orqan zərər çəkmiş şəxs (xüsusi
ittihamçı), mülki iddiaçı və ya onun qanuni nümayəndəsi, şübhəli,
yaxud təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, habelə mülki
cavabdeh cinayət prosesi gedişində özlərinin dəvət etdiyi
nümayəndənin hüquqi yardımından istifadə etmək hüququnu
gözləməlidir.
Zərər çəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı cinayət
prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində
dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etməyə hüququ
yoxdur.
Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən
şəxsin aşağıdakı hüquqlarını təmin etməlidir:
1)
tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs
qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham
elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək;
2)
hüquqlarını izah etmək;
EL
Mirağa Cəfərquiiyev
3)
ÖZ
müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və
imkan yaratmaq;
4)
şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə
olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər
vəsaiti olmadıqda pulsuz hüquqi yardım almaq;
5)
onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı
dindirmək.
Cinayət prosesini həyata keçirən orqan Cinayət-Prosessual Məcəllə
ilə müəyyən edilmiş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin
qanuni nümayəndəsini işə cəlb etməlidir.
Cinayət prosesində müdafiəçinin və qanuni nümayəndənin iştirak
etməsi şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlannı məhdudlaşdıra
bilməz.
Şübhəli və ya təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini
həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər
hansı yardım göstərməyə məcbur edilə bilməz.
Bütün bu hüquq və vəzifələr birlikdə müdafiə hüququnu təmin edir.
7.
Təqsirsizlik prezumpsiyası
Bu prinsip Konstitusiyanın 63-cü maddəsində əks olunmuşdur:
«Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin
törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla
nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə
yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün
təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi
həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə
oluna bilməz. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli
sayıla bilməz».
Cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində bu
ən ümdə və vacib demokratik prinsipdir və insan hüquqları sahəsində
yüksək nüfuzlu beynəlxalq sənədlərə əsaslanır. “Ümumdünya insan
hüquqları” Bəyannaməsinin 11-ci maddəsində deyilir: “Hər bir insanın
haqqı var ki, cinayət törətməkdə ittiham olunanda günahı açıq məhkəmə
istintaqı tərəfindən qanuni yolla sübut olunana qədər günahsız hesab
olunsun və istintaq zamanı müdafiə olunmaqdan ötrü bütün imkanlarla
təmin olunsun”.
Dostları ilə paylaş: |