MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə36/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   32   33   34   35   36   37   38   39   ...   266

'm. 

Mirağa Cəfərqıtliyev 

ması, ona qanunsuz təsir, hədə-qorxu, müdaxilə edilməsi, hömıətsiz- lik 

göstərməsi,  məhkəməyə  qarşı  açıq-aşkar  etinasız  hərəkətlər  edilməsi 

yolverilməzdir  və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilmiş məsuliyyətə səbəb olur. 

Hakimlərin  və  iclasçıların  müstəqilliyi  və  yalnız  qanuna  tabe 

olmaları müddəasını təkcə birinci instansiya məhkəməsi kimi işə baxan 

məhkəmə tərkibinə aid etmək düzgün olmazdı. Bu prinsip məhkəməyə 

veraıə  mərhələsi,  apellyasiya,  kassasiya  və  nəzarət  icraatı,  habelə 

hökmün  icra  edilməsi  mərhələlərində  işə  baxan  məhkəmələrin 

fəaliyyəti üçün də xarakterikdir. 

Hakimlərin və iclasçıların müstəqilliyi qanunçuluq prinsipi ilə üzvi 

surətdə bağlıdır. Hakimlər qanuna tabe olduqlan üçün müstəqildirlər. 

Hakimlərin və andlı iclasçıların müstəqilliyi və yalnız qanuna tabe 

olmaları  ədalət  mühakiməsinin  düzgün  həyata  keçirilməsinin  mühüm 

təminatlarından  biridir.  Bu  prinsip  tələb  edir  ki,  məhkəmənin  bütün 

fəaliyyəti ciddi olaraq qanuna uyğun aparılsın. 

Məhkəmə  iclasının  həyata  keçirilməsinin  prosessual  qaydası  və 

onun şərtləri tam və aydın şəkildə qanunla nizama salınır və qanunda 

göstərilməyən  hər  hansı  hərəkətin  məhkəmə  tərəfindən  edilməsi  qəti 

qadağan edilir. 

Cinayət  mühakimə  icraatı  qaydalanm  nizama  salan  normalar  hər 

cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsinə təminat yaradır. 

Yuxarı məhkəmələrin birinci instansiya məhkəmələrinin çıxartdığı 

hökmlərin qanuni və əsaslı olmasını yoxlamaq hüququna malik olması 

heç də hakimlərin müstəqilliyi və yalnız qanuna tabe olmaları prinsipini 

inkar etmir. 

Belə  ki.  Respublika  Ali  Məhkəməsi  də  daxil  olmaqla  yuxan 

məhkəmə hökmü apellyasiya, yaxud kassasiya qaydasında ləğv edib işi 

birinci  instansiya  məhkəməsində  yeni  tərkibdə  baxılması  üçün 

qaytararkən məhkəməyə işin mahiyyət üzrə nə cür həll edilməsi haqda 

göstərişlər  verə  bilməz.  Bu  müddəa  özünün  tam  və  aydın  ifadəsini 

Cinayət-Prosessual  Məcəllənin  427-ci  maddəsinin  8-ci  bəndində 

tapmışdır.  Adı  çəkilən  maddədə  qeyd  edilir  ki,  cinayət  işi, 

məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi 

ittiham  qaydasında  şikayət  üzrə  icraatın  materiallan  birinci  və  ya 

apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərildiyi 

halda Azərbaycan Respublikası 




n'FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCRAATI,\IS ƏSAS PRİNSİPLƏRİ l'Ə ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

Ü 

Ali Məhkəməsinin Plenumu təkrar baxış zamanı məhkəmənin gələcəyi 



nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 

1)

 

ittihamın sübuta yetirilib-yetirilməməsi

2)

 

bir sübutun mötəbərliliyi və ya digər sübutun mötəbərsizliyi

3)

 

bir sübutun digər sübutlardan üstünlüyü

4)

 

məhkəmə tərəfindən cinayət qanununun bu və ya digər müddəasının 

tətbiq edilməsi: 

5)

 

məhkəmə tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsi. 

Hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləş- 

dirilməsi, dəyişilməzliyi və toxunulmazlığı, vəzifəyə təyin olunmasının, 

məsuliyyətə  cəlb  edilməsinin,  səlahiyyətlərinə  xitam  verilməsinin  və 

vəzifədən 

kənarlaşdırılmasmın 

məhdudlaşdırılması, 

məhkəmə 


hakimi)^ətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin 

qanunda  nəzərdə  tutulmuş  qaydada  həyata  keçirilməsi,  məhkəmə 

icraatına  hər  hansı  şəxs  tərəfindən  məhdudiyyət  qoyulmasının  və 

müdaxilə 

edilməsinin 

yolverilməzliyi, 

hakimlərin 

şəxsi 


təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və bunun üçün 

onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. 

Bu prinsipin mənası ondan ibarətdir ki, məhkəmələrin xarici təsirsiz, 

yalnız  qanuna  müvafiq  və  ədalətli  qərarlar  çıxarmaq  üçün  real  im- 

kanlan olsun. 

Çoxillik təcrübə göstərir ki, məhkəmələrə müxtəlif təsiretmə üsul- 

lan  tətbiq  edilir  (ələ  almaqdan  və  rüşvət  verməkdən  fiziki  xəsarət 

yetirmələrə kimi). Aydın məsələdir ki, konkret işə baxan məhkəmənin 

fəaliyyəti  işin  nəticəsindən  maraqlı  olan  başqa  dövlət  orqanlannm, 

vəzifəli şəxslərin və adi insanların daima diqqət mərkəzindədir. 

Bununla  əlaqədar  hakimlərin  və  andlı  iclasçılann  müstəqilliyinin 

təmin edilməsi üzrə təminatlann işlənib tətbiq edilməsinə xüsusi zərurət 

yaranır. Bu zərurətdən doğan hallan və qaydalan qanunvericilik yolu ilə 

işlənib  müvafiq  prosessual  normalar  şəklində  qəbul  etdiyi  zaman 

aşağıdakı  müddəaların  nəzərə  alınması  mühakimə  icraatının 

təkmilləşdiril-  məsinə,  daha  dolğun  formada  həyata  keçirilməsinə, 

hakimlərin  və  and-  lı  iclasçılann  müstəqil  olub,  yalnız  qanuna  tabe 

olmalan  prinsipinin,  sözün  əsil  mənasında,  həyata  keçirilməsinə  real 

şərait yaratmış olardı: 

1)

 



ədalət  mühakiməsinin  həyata  keçirilməsi  üçün  qanunda  xüsusi 

qaydanın nəzərdə tutulması, ədalət mühakiməsinin həyata keçirilməsi 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə